Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır
28 avqust 2024
# 17:25

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümünü sentyabrın 21-də açacaq.

Kulis.az xəbər verir ki, gündüz seansında teatrın balacalar üçün hazırladığı “Qaraca qız” (quruluşçu rejissor Cənnət Səlimova), axşam isə “Fiqaronun toyu” (Nicat Kazımov) göstəriləcək.

İlin sonunadək nəzərdə tutulan plana görə, yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” dramı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə əsərinə Əməkdar artist Nicat Kazımov quruluş verəcək.

Bundan başqa, uşaqlar üçün Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağılı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə işini Elşad Rəhimzadə ərsəyə gətirəcək.

Hələ ötən mövsümdə səhnə oxunuşlarına başlanılan “Mən Feyerbaxam” adlı monotamaşa da ilin sonunadək teatrsevərlərə təqdim olunacaq. Əsasən festival üçün nəzərdə tutulan tamaşa alman dramaturqu Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanır. Nümunənin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Monotamaşada Əməkdar artist Şövqi Hüseynov oynayacaq.

# 2384 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir

Akademik Milli Dram Teatrı Çinlə əməkdaşlığı genişləndirir

11:26 25 noyabr 2026
Bakıda “3-cü Uşaq Teatr Festivalı”  keçiriləcək

Bakıda “3-cü Uşaq Teatr Festivalı” keçiriləcək

16:59 24 noyabr 2026
Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

16:01 24 noyabr 2026
Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

13:22 21 noyabr 2026
Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

19:37 14 noyabr 2026
Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

15:18 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər