“Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi

“Eynək” İncəsənət Studiyası  ilk tamaşasını təqdim etdi
11 dekabr 2025
# 17:02

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Əməkdar artist Elman Rəfiyev studiyanın məqsədləri barədə məlumat verərək yaradıcı gənclərə göstərilən dəstəyə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür edib.

Daha sonra İttifaqın sədri, Xalq artisti, dövlət mükafatı Hacı İsmayılov studiyanın yaradıcı heyətini təbrik edərək onlara uğurlar arzulayıb.

Gecədə S. Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.

Məlumat üçün bildirək ki, “Eynək” İncəsənət Studiyasının təsisçisi və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.

Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.

# 1490 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər