"Bölgə teatrlarının Bakı premyerası" layihəsi uğurla başa çatdı

"Bölgə teatrlarının Bakı premyerası"  layihəsi uğurla başa çatdı
11 fevral 2025
# 12:27

29 oktyabr 2024-cü il tarixində start götürən, Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə reallaşan "Bölgə teatrlarının Bakı premyerası" layihəsinin son qonağı Naxçıvan Dövlət Milli Dram Teatrı oldu.

Kulis.az xəbər verir ki, 10 fevral 2025-ci il tarixində Akademik Milli Dram Teatrının səhnəsində çıxış edən Naxçıvan teatrı, rejissor Mir Qabil Əkbərovun quruluş verdiyi Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ilə tamaşaçılar qarşısına çıxdı.

Əsərin uğurlu təqdimatı tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı.

Layihənin yekununda Naxçıvan Dövlət Milli Dram Teatrı, uğurlu çıxışına görə Akademik Milli Dram Teatrı adından xüsusi diplomla təltif edildi. Bu mükafat, teatrın peşəkarlığını və Azərbaycanın teatr ənənələrinin inkişafına verdiyi töhfəni vurğulayan əlamətdar bir hadisə oldu.

Tamaşanın sonunda çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə "Bölgə teatrlarının Bakı premyerası" layihəsinin məqsəd və vəzifələrindən geniş söz açdı. Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərova isə bu uğurlu tamaşaya görə xüsusi təşəkkür edərək, gənc rejissorların Azərbaycan teatrının inkişafındakı rolundan danışdı.

"Bölgə teatrlarının Bakı premyerası" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən teatr kollektivləri Bakıda tamaşalar təqdim edərək paytaxt tamaşaçıları ilə görüşmək imkanı əldə etdilər. Layihə teatr sənətinin regionlarda inkişafına və mədəniyyət mübadiləsinə töhfə vermək məqsədi daşıyırdı.

# 2206 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

15:12 4 dekabr 2025
Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

12:01 4 dekabr 2025
Musiqili Teatrda Rumıniya folklor gecəsi  keçirildi

Musiqili Teatrda Rumıniya folklor gecəsi keçirildi

13:00 3 dekabr 2025
Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

12:40 3 dekabr 2025
“Regionlarda peşəkar teatr dərsləri”  layihəsi davam edir

“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

16:09 1 dekabr 2025
Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

16:03 27 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər