Salvador Dalinin bığları qəbirdə şax qalıbmış - GÜNÜN MÖCÜZƏSİ

Salvador Dalinin bığları qəbirdə şax qalıbmış - <span style="color:red;">GÜNÜN MÖCÜZƏSİ
21 iyul 2017
# 15:32

Salvador Dalinin bığları əvvəlki forma və görünüşünü saxlayıbmış.

Kulis.az xəbər verir ki, dahi rəssam Salvador Dalinin məzarını məhkəmə tibb ekspertizasının mütəxəssisləri belə deyib.

“Dalinin bığları rəssamın arzusuna uyğun yüzdə yüz olduğu kimi qalıb. Bu, sadəcə möcüzədir. Onun bədəni mumiya kimidir, sanki taxtaya çevrilib” – deyə ekspertlərdən biri şərh edib.

Xəbər verdiyimiz kimi, Dalinin cəsədinin qalıqları onun adına olan teatr-muzeydə rəssamın qızı olduğuna iddia edən 61 yaşlı Pilar Abelin tələbilə ekshumasiya olunub.

Rəssamın bədənindən götürülən bioloji material DNK analizi üçün Madridə göndəriləcək. Bununla da Abel və Dalinin arasında qohumluq bağının olub-olmaması ortaya çıxacaq.

Dali sürrealizmin əsas fiqurlarından hesab olunur. Rəssamın İspaniyaya miras qalan işləri 325 milyon avro civarında qiymətləndirilir. Dali 1989-cu ildə, 84 yaşında vəfat edib. Rəssamı vəsiyyətinə uğun olaraq üstündən adamların keçib gedə bildiyi bir məzarda dəfn ediblər-onun tabutu döşəmə plitələrinin altına hörülüb.

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
Bir-birinə xəyanət edən ər-arvadın sevgisi

Bir-birinə xəyanət edən ər-arvadın sevgisi

10:20 23 iyun 2025
"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:50 20 iyun 2025
"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

15:00 17 iyun 2025
"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

09:30 13 iyun 2025
"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

09:10 11 iyun 2025
# # #