Afrika inancı: Qadınlar bu əti yesələr xəyanətkar olarlar

Afrika inancı: Qadınlar bu əti yesələr xəyanətkar olarlar
22 avqust 2013
# 10:53

Dünyanın əksər xalqlarının mətbəxində qida məhsullarından bəzilərinə qarşı tabu mövcuddur. Antropoloqların fikrincə qida tabuları toplumlarda, xalqlarda özünütəsdiq instinktindən doğur, onları bir-birləri ilə bağlayaraq digər xalqlardan ayırır.

Kulis.Az müxtəlif xalqların mətbəxlərində yer almış qida tabularını təqdim edir.

Ən geniş yayılmış tabu donuz ətinə qarşıdır. Bu da əsasən müsəlmanlar və bir də yəhudilər arasında mövcuddur. Belə bir fikir var ki, donuz əti lazımı qaydada bişirilmədikdə temperatur nəticəsində trixin və başqa parazitlər törəyirlər.

Yaponlar avropalı və amerikalılara nisbətdə olduqca az miqdarda mal və donuz əti yeyirlər. Ümumiyyətlə, buddizmdən qaynaqlanan adətlərə görə yapon mətbəxində heyvani yağlardan və süd məhsullarından istifadə olunmur.

Sumo güləşçilərinin isə özlərinin qida tabuları mövcuddur.

Onlar qüvvətli olmaq üçün ət, balıq, düyü, dəniz məhsulları ilə qidalanmağa məcburdurlar. Yarış zamanı isə sumoçular mal və donuz ətlərindən imtina edir, yalnız toyuq əti istifadə edirlər. Bunu isə belə izah edirlər; toyuq iki ayaq, mal və donuz isə dörd ayaq üstə gəzir. Sumo güləşçisinin isə yalnız iki ayağı yerə dəyməli olduğundan toyuq əti yeyib onun kimi olmalıdırlar.

Çində qida qadağaları olduqca azdır. Yaxın vaxtlara qədər Çində demək olar ki, süd məhsulları və kərə yağı, kəsmik, pendir, duzlu balıq, sala istifadə olunmurdu.

Bildiyiniz kimi Hindistan vegeterianlar ölkəsidir. Bu da iki səbəblə izah olunur. Birinci səbəb bu ölkənin iqlimi ilə əlaqələndirilir, ikincisi isə müxtəlif dini qadağalarla. Hindistan ərazinin böyük bir hissəsinə isti iqlim hakim olduğuna görə burada ət məhsulları olduqca tez xarab olur. Üstəlik ölkənin bəzi yerlərində ildə üç-dörd dəfə düyü, qarğıdalı, lobya, noxud və başqa məhsullar əldə olunur. Hindistanda yeganə tabu mal ətinin istifadəsidir. Bu əsasən hinduizmdə inəyin müqəddəs heyvan sayılması ilə əlaqədar olsa da alimlər bunu başqa səbəblərlə əlaqələndirirlər.

Hindistanda münasib tikinti materiallarını əldə etmək səmərəli olmadığına görə mal peyinindən həm tikinti, həm də yanacaq vasitəsi kimi istifadə edirlər. Digər bir tərəfdən malın südündən qida və özündən nəqliyyat vasitəsi kim istifadə olunması ətinin yeyilməsindən daha rentabellidir.

Amerikada mets tayfasının hindliləri maral ətini yemirlər. Müasir amerikalı isə at ətini yeməz. Nə amerikalılar, nə də ruslar it ətini yeməzlər. Buna baxmayaraq Çin və Koreya və Vyetnamda bu adi ət hesab olunur, it ətindən müxtəlif xörəklər hazırlanır. Bunun üçün hətta xüsusi it növləri yetişdirilir.

Rusiyanın Şimal sakinləri dovşan ovlamaz və yeməzlər.

Slavyan xalqlarında qida qadağaları əsasən hamilə qadınlarla bağlıdır:

Uşaq kar olmamaq üçün hamilə qadınlara balıq yemək olmazmış.

Əkiz uşaqların doğulmasından qaçmaq üçün bitişik meyvələri yemək olmazmış.

Uşağın yuxusuzluğunun qarşısını almaq üçün hamilə qadınlar dovşan əti yeməzmiş. Bəzi inanclara görə dovşan heç vaxt yatmır.

Uşağın burnunun axmaması üçün hamilə qadınlar selikli göbələk yeməzlərmiş.

Afrikanın bir sıra maldar qəbilələrində tayfalarında balıq əti yemək qadağandı. Ümumiyyətlə Afrikada bir sıra gülməli qadağalar mövcuddur:

Bəzi Afrika qəbilələrində qadınlara quş əti yemək qadağandır. Səbəb isə çox sadədir; qadın quşbeyin olmasın (yəqin Afrika xalqlarının dilində oxşar söz var) və bir kişidən o birinə keçməsin. Qısacası xəyanətkar olmasın.

Afrikanın bəzi maldar xalqlarında isə ət məhsulları ilə süd məhsullarını qarışdırmaq, bir yerdə qəbul etmək bədbəxtlik kimi qəbul olunur. Dəxli yoxdu, onlar ya qazanda qarışdı, ya da mədədə. İnanca görə belə olanda ya mal-qar ölər, ya da südləri quruyar.

Ona görə də bu qəbilələrin üzvləri bu növ yeməkləri xüsusi intervalla, 12 saatlıq ara ilə qəbul edirlər. Bəziləri hətta bir qidadan o birinə keçməmişdən qabaq mədəbulandırıcı vasitələr qəbul edirlər.

Tanzaniyada şambala xalqı isə hətta ət və süd məhsullarını qarışdırılmasından o qədər qorxurlarmış ki, məhsullarını avropalılara belə satmırmışlar.

Kambocada isə hökumət nadir heyvanlardan bir sıra məşhur yeməklərin hazırlanmasına qadağa qoyub. Qanuna görə tısbağa, pələng, ayı, qarışqayeyən, oxlu kirpi, ilanlardan yemək hazırlamaq qadağandı. Məlumatlara görə bu qərardan sonra hər növdən 1300 nadir heyvanı qorumaq mümkün olub.

# 3405 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #