Arvad ölən əriylə... QEYRİ-ADİ FƏTVALAR

Arvad ölən əriylə... <span style="color:red;">QEYRİ-ADİ FƏTVALAR
10 aprel 2015
# 11:37

Ötən gün internet saytlarında və sosial şəbəkələrdə ərəb müftisi Əbdüləziz Əl- Şeyxin “Kişi qadınını yeyə bilər” fətvası geniş müzakirələrə yol açdı. Fətvanı ciddiyə alanalar da oldu, zarafata yozanlar da, bu xəbərin yalan olduğunu deyənlər də.

Din xadimlərinin bu cür qalmaqal yaradan fətvaları ilk deyil, dəfələrlə belə dini qərarlara rast gəlmişik. Bu fətvalardan bəzilərini təqdim edirik.

Üç il öncə Misirdə ərin vəfat edən arvadı ilə cinsi əlaqədə ola biləcəyi haqqında fətva gündəmə gəlmişdi. Fətvada deyilirdi ki, kişi ölmüş həyat yoldaşı ilə altı saat müddətində cinsi əlaqəyə girə bilər. Sələfi təşkilatı “Ən-Nur” lobbiçilik edərək fətvanın Misir parlamentində müzakirə olunmasına səbəb oldu. Qadın cəsədi ilə cinsi əlaqədə olmaq üçün iki şərt lazımdır; birincisiş qadının ölümündən 6 saatdan çox vaxt keçməli deyil, ikinci ölən qadınla kişi arasında kəbin olmalıdır.

Bu qalmaqallı fətvanın ilham qaynağı isə mərakeşli müfti Zamzami Abdul Bari olmuşdu. O, hələ 2011-ci ildə belə bir fətva vermişdi ki, qadınlar vəfat edən ərləri ilə sonuncu dəfə cinsi əlaqədə ola bilərlər.

Zamzami digər fətvaları ilə də hər zaman gündəmdə olub. O, həddi-buluğa çatan boşanmış qadınlara, dullara və kişi ilə cinsi əlaqədə olmaqdan həmişəlik məhrum olan qadınlara cinsi istəklərini tərəvəz və mətbəx əşyaları vasitəsilə ödəyə biləcəklərinə dair fətva vermişdi. “Qadınlar bu tərəvəzlərdən çox böyük fayda götürə bilərlər” – imam demişdi.

Müfti qadınların günaha girməkdənsə, bu tərəvəz və bəzi mətbəx əşyaları vasitəsi ilə seksual ehtiyaclarını ödəməklərinin daha faydalı olacağını buyurmuşdu. Fətvanı sübut etmək üçün Quran və Şəriətdən faktlar gətirə biləcəyini deyən Zamzami seks-şop, seks oyuncaqlarının da tərəfdarı hesab olunur.

Avropada yaşayan başqa bir imam isə tamamilə əks fətva vermişdi. O, bildirmişdi ki, xiyar və bananın forması qadını günaha, seksə sövq edə bilər. Çünki bu tərəvəzlər kişi cinsi orqanını xatırladır.

İmam demişdi ki, qadınlar xiyar, kök, banan kimi meyvə-tərəvəzlərə yalnız həyat yoldaşı və ya yaxın kişi qohumlardan biri (ata, qardaş, oğul) doğradıqdan sonra toxuna bilər. İmamın fikrincə kişi cinsiyyət üzvünə oxşayan belə tərəvəzlər qadınları zinaya zövq edə bilər.

Bu ilin mart ayında Qətərdə verilən fətva yuxarıdakılar əksinə seksual yox, mədəni sahəyə toxunurdu. Qətərin adları gizli saxlanılan bir qrup alimi Misirdə yerləşən Sfinks abidəsinin məhv edilməsi barədə fətva verdilər. Onların fikrincə Sfinks bütpərəstlik simvolu olduğu üçün dağıdılmalıdır. Xatırladaq ki, Misirdə yerləşən “Əl-Əhzar” universitetinin alimləri 2012-ci ildə tamam əks fətva vermişdilər. Fətva fironlardan qalma abidələrin dağıdılmasını qadağan edirdi.

# 2899 dəfə oxunub

Oxşar xəbərlər

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

10:00 9 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

"Tamam susmaq da olmur..." - Səməd Vurğun hansı Xalq yazıçısının çıxışına müdaxilə etmişdi?

10:00 2 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər