İsgəndər ölsəydi cəsədinin iyini bütün dünya hiss edərdi

İsgəndər ölsəydi cəsədinin iyini bütün dünya hiss edərdi
1 may 2013
# 07:15

Makedoniyalı İsgəndər

(e.ə. 356 – 323)

İsgəndər deyirdi ki, hər şeydən çox yuxu və qadınla yaxınlıq onun özünü ölü kimi hiss etməsinə səbəb olur. Belə ki, süstlük və ehtiras insan təbiətinin zəifliyindən irəli gəlir.

(Plutarxdan)

***

Dəbdəbə və eyş – işrətdən böyük köləlik, zəhmətdən böyük təmtəraq ola bilməz.

***

Kainatda saysız – hesabsız dünyalar var, amma mən onlardan heç birinə sahib olmamışam!

***

Səmada iki günəş və yerdə iki hökmdar ola bilməz.

***

Özünün bütləşdirilməsinə şərait yaratması ilə bağlı iradları cavablandırarkən deyirdi: Müharibələr şöhrətdən asılıdır və çox vaxt insanların inandığı yalan reallığa çevrilir.

***

Makedoniyalı İsgəndər bir dəfə anası Olimpiadaya qarşı sərkərdə Antipatrın ittihamlarla dolu uzun məktubunu oxuyarkən demişdi: “Antipatr bilmir ki, Ananın bir göz yaşı minlərlə belə məktubu unutdurmağa qadirdir”.

***

Ölümündən bir qədər əvvəl: Görürəm ki, məzarım üzərində böyük yarış olacaq.

***

İsgəndərin ölümqabağı söylədiklərindən: Mən çoxsaylı həkimlərin köməyindən ölürəm.

İsgəndər haqqında deyilənlər

Sən nə qədər qazanırsansa, bir o qədər acgözlüklə əlində olmayana doğru can atırsan. Sənin qələbələrindən müharibə doğulur.

Skiflər Makedoniyalı İsgəndərə

(Kursiy Rufdan)

***

Afinalılar arasında Makedoniyalı İsgəndərin ölümüylə bağlı şayiə dolaşanda natiq Demad söyləmişdi: “İsgəndər ölməyib, ölsəydi onun cəsədinin iyini bütün dünya hiss edərdi”.

***

İsgəndəri itirən makedoniyalılar gözünü itirmiş Siklopla eyni gücdə idilər.

Demad, Afinalı natiq

Bu insanın böyüklüyü bizə nə qədər möhtəşəm görünsə də o sadəcə on ildən artıq bir müddətdə uğurun müşayiət etdiyi bir insanın əzəməti olaraq qalır.

Tim Liviy

İsgəndərin uğurlarını onun bəxtinin gətirməsində görənlər unutmasınlar ki, o uğurlarını əl – qolunu yanına salıb oturmaqla qazanmayıb.

Demosfen

# 5661 dəfə oxunub

Oxşar xəbərlər

Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər