Faşist düşərgəsindən sağ çıxan qızın TÜKÜRPƏDİCİ HEKAYƏTİ

Faşist düşərgəsindən sağ çıxan qızın <span style="color:red;">TÜKÜRPƏDİCİ HEKAYƏTİ
29 yanvar 2015
# 21:00

“Keçmişi xatırlayanda üzümə şillə ilə vururam ki sağ olduğuma, həyatda olduğuma inanım”

Cena Tergel.

Ömrünün 6 ilini konslagerdə keçib.

Onu qaz kamerasından sağ çıxara biliblər.

Osvensim ölüm düşərgəsinin sovet hərbi qüvvələri tərəfindən azad olunmasının 70 iliyi ərəfəsində gazeta.ru 90 yaşlı Tergeldən kiçik bir yazı hazırlayıb.

1939-cu ildə Krakova alman bombaları yağanda Cena Tergelin 16 yaşı var imiş. Ailə Amerikaya, qohumlarının yanına getməyə imkan tapmamışdı: üçüncü Reyxin ordusu ildırım sürəti ilə şəhəri işğal etdi. Böyük yəhudi ailəsi-ana, ata və 8 uşaq Krakovda qaldılar. Tergelin iki böyük qardaşı nasistlərlə mübarizədə həlak olur.

Cena əvvəlcə Plaşuvdakı konslagerə düşür, orada iki il yarım qalır, sonra isə Osvensimə köçürülür. Orada Tergelin “Ölüm mələyi” Yozef Mengellə-əsirlər oranın həkimini belə adlandırırdılar - görüşü olur. O düşərgəyə əsirlərin seçilməsi ilə şəxsən məşğul olur və onların çoxunun üzərində təcrübələr aparırdı.

“Osvensimdə göz yaşına görə səni güllələyirdilər, ona görə emosiyalarını sıxmaq, möhkəm olmaq lazım idi”.

21 yaşlı Ceanı ölümə məhkum edirlər. Yüzlərlə əsir kimi onu qaz kamerasına göndərirlər. Hansısa möcüzə nəticəsində zəhər qıza təsir göstərmir. Bundan başqa o edamda olduğunu bilmirdi, bunu ona sonradan barakdakı qonşusu deyir. Amma ölüm icraatı qızdan təsirsiz ötüşmür-o səsdən tamamilə məhrum olur. Niyə onu təkrarən ölümə göndərmirlər, bu barədə o heç nə bilmir.

Sovet ordusu Osvensimə yaxınlaşanda Tergeli o biriləri ilə birgə Buxenvalda, daha sonra isə Belsenə göndərilir. Belsenin Britaniya ordusu tərəfindən azad olunmasından sonra Cena ingilis zabiti ilə tanış olur. Onlar evlənirlər və Londonda yeni həyat başlayır.

Cena indi də müsahibə verəndə ağlamır, “vərdişim belədir artıq” deyir. Sadəcə faktları deyir və qeyd edir ki, baş verənlərə inanmaq gücü yoxdur. Səsi xeyli müddət sonra açılıb. Amma qoxu...

“Mən həmişə ətir istifadə edirəm. Amma indiyə qədər əsir düşərgəsinin qoxusunu qova bilmirəm”

Onu təkcə qoxu kabusları yox, dəhşətli hisslər də müşayiət edir.

“Mənim 17 yaşlı bacım Məryəm mənim yanımda, sol tərəfdə yatırdı. Onu düşərgənin ərazisinə gizlicə yemək keçirdiyinə görə güllələdilər. İndiyədək sol əlim üşüyür”

Keçmişin kabusları çoxdur, Cena atasını, bütün bacı və qardaşlarını itirib.

“Bütün həlak olmuş insanlar real idilər-ata, ana, xala, bibi, dayı, əmi, müəllim şair, bəstəkar... Mənim əhvalatım onlardan biridir və altı milyon insan isə özü haqda heç nə danışa bilmədi. Mən həmişə kütləvi qətllərin şahidi olacağam”.

# 3865 dəfə oxunub

Oxşar xəbərlər

Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər