Ölülərini quzğunlara yedirdən dindarlar

Ölülərini quzğunlara yedirdən dindarlar
26 dekabr 2012
# 08:00

Quzğunların Mumbay səmalarından yox olmasından 15 il sonra, şəhərin pars camaatı, ən müqəddəs məkanlarından birində iki quşxana tikməyi planlaşdırır. Beləliklə bu leş yeyən quşlar yenidən cəsəd yeməyə başlayacaqlar. Bombey Pars Şurasının lideri Dinşav Rus Mehta, hər şey planlaşdırıldığı kimi gedərsə 2014-cü ildə quzğunların yenidən ölmüş cəsədləri yox edə biləcəklərini deyib. Mehta deyir ki, "Quzğunlar yoxa çıxandan sonra Parsların böyük əksəriyyəti yandırılmağı seçir."

Ölülərin basdırması, ya da yandırılması zamanı antik dövrün dörd elementinin (hava, torpaq, od və su) çirklənməsinin qarşısını almağa yönələn bu vasitəni pars liderlərlə hind hökuməti altı ildir ki, müzakirə edir. Razılaşma əldə olunsa həm bir ənənə, həm də iki quzğun növü qorunmuş olacaq. Quzğunların bölgəyə gətirilməsini dövlət təşkil edəcək. Mehta qeyd edir ki, Quzğun yetişdirən quşxanaların çoxu, ət almaq üçün böyük pullar xərcləyir. Halbuki bizdə belə bir xərc olmayacaq. Quzğunlar insan bədəniylə, yəni bizimlə qidalanacaq.

Parsların dini olan Zərdüştlük bir zamanlar İranın hakim dini olub. Bu gün Hindistanda, böyük bir qismi Mumbayda olmaq şərti ilə, 70 mindən az pars qalıb. Mumbayın ən prestijli yerlərindən biri sayılan Malabar yüksəkliyindəki 21 hektarlık sahə, bu camaatın ən qiymətli ərazilərindən biridir. Burda yerləşən üç “Səssizlik qülləsi”nə parslər əsrlərdir ölülərini qoyurlar. Daş qüllələrdəki xarici pilləyə kişilərin, ortadakı pilləyə qadınların və içəridəkinə isə uşaqların cəsədləri qoyularmış. Bir vaxtlar, pillələrə qoyulan cəsəd bir neçə saat içində quzğunlar tərəfindən yeyilirdi.

Eyni zamanda Hindistanda yaxın keçmişədək təxminən 400 milyon quzğun yaşayırdı. Bunun əsas səbəbi, sayına görə dünyanın ən böyük qida heyvanına sahib olan ölkədə inək kəsməyin qadağan olması idi. Ölən inəkləri yeyən quzğunların yemədikləri dərini tacirlər götürərdi. Amma sonra tibbdə çox istifadə edilən diklofenak adlı ağrıkəsici meydana çıxdı.

1993-cü ildə bu ağrıkəsicinin iribuynuzlu heyvanlara faydası isbat olundu. Qısa müddət sonra quzğunlar, bu dərmanı həddindən artıq dozada qəbul etdikləri üçün qırılmağa başladılar. Buna görə də baytarlar diklofenak istifadə etməyi qadağan etdilər. Buna baxmayaraq o zamandan bəri üç quzğun növünün sayı bir neçə minə endi.

Ən əhəmiyyətli dini rituallardan birini qorumağa çalışan pars liderlər, quşxanaları “Səssizlik qüllə”lərinin yaxınlığında tikməyi planlaşdırır. Ancaq bir məsələ var. Pars liderlər camaatı diklofenak istifadə etməkdən çəkindirməkdə çətinlik çəkirlər.

Çünki qüllələrə gətirilən cəsədlərin az qala hamısı yaxınlıqda yerləşən iki pars xəstəxanasından gəlir və həkimlərin ailələrin mərhuma ölümündən əvvəl üç gün ərzində diklofenak vermədiklərini sənədləşdirməsi tələb olunur.

Parsların beş baş rahibindən biri olan Xurşid Dəstur, "10 ildir camaata ən müqəddəs hesab etdiyimiz od məbədlərinə girməmişdən öncə cib telefonlarını bağlamağın vacib olduğunu öyrətməyə çalışıram. İndi bu camaatın diklofenakdan istifadəni bir neçə ay ərzində dayandıracaqlarınımı düşünürsüz?” - deyə bildirib.

# 5669 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #