Dəccalın simvolunu Engels tapıb?

Dəccalın simvolunu Engels tapıb?
28 yanvar 2017
# 13:00

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Dəccalın simvolu hansı rəqəmidir?

Qiyamət günündən əvvəl dünyaya hökm etməyə gələn Dəccalın 2000 ildən çoxdur ki, simvolu 666 rəqəmidir.

Ancaq bu doğrudurmu?

Bir çoxları üçün 666 uğursuz rəqəmdir. Avropa Parlamenti belə 666 nömrəli oturacağı boş buraxır.

İncilin ən son və ən qəribə kitabı “Vəhy”də 666 nömrəsindən belə danışılır: “Başa düşənlər Dəccalın rəqəmini hesablasın. Çünki bu say bir insanın simvoludur. Və onun rəqəmi altı yüz altmış altıdır”.

Misirin Oxyrhynchus şəhərinin zibilliyində 1700 illik papirus tapılıb. Professor David Parkerin rəhbəri olduğu paleoqrafik araşdırma qrupu tərəfindən Dəccal simvolu deşifrə olunub. Kitabın 2005-ci ildəki ilk nüsxəsində bu say 666 deyil, 616 göstərilib.

ABŞ-dakı 666-cı magistral yolunun adı bu səbəblə (“Dəccal magistral yolu” deyə bilinirdi) 2003-cü ildə dəyişdirildi.

Eyni zamanda Moskvadakı Çatdırılma Məntəqəsi də yeni sayın ortaya çıxmasına görə uğursuz avtobus yolunun adını dəyişdirməyə məcbur oldu.

II əsrdən bu yana Dəccalın simvolunda anlaşılmazlıq davam edir. İncilin bir versiyası Dəccalın rəqəminin 616 olduğunu deyir. Lyon baş yepiskopu İranaeus bu məlumatı “xətalı və yalan” adlandırmışdı. Karl Marksın dostu Fridrix Engels “Vəhy kitabı” adlı yazısında İncili araşdırıb. Engels də Dəccal rəqəminin 666 deyil, 616 olduğunu yazıb.

“Vəhy” Əhdi-cədidin yazıya keçirilən ilk kitabıdır. Kitab say tapmacaları ilə doludur. İbranicə əlifbanın 22 hərfinin hər biri bir sayın yerini tutur. Beləliklə, hər say eyni zamanda bir kəlmədir.

Həm David Parker, həm də Engels “Vəhy” kitabı ilə Roma əleyhdarlarının siyasi mesaj vermək istədikləri fikrini irəli sürürlər. Dəccalın sayının nə qədər olub-olmaması önəmli deyil. Bu xristianlara zülm edən Kaliqula, ya da Neronla bağlıdır. Hansısa bir xəyali məxluqla əlaqəli deyil.

666 simvolu isə sadəcə olaraq fobiyadır. Özü də bu fobiyanın çox qəribə adı var: Hexakosioihexekontahexaphovia

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

# 2000 dəfə oxunub

Oxşar xəbərlər

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

10:00 18 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər