Sizin evdə bundan var idi

Sizin evdə bundan var idi
11 noyabr 2013
# 13:34

“Sovetlər” adlı bir epoxa bitdi. Yeni bir epoxoya qədəm qoyduq. Bununla birlikdə həyatımızda bir çox nəsnə də dəyişdi. Sovet dövründə gündəlik həyatımızda istifadə etdiyimiz bir çox alətlər, məhsullar belə istifadədən çıxdı. Həyatımıza onlardan da müasir, daha modern xarici məhsullar daxil oldu.

Bəs Sovet dövründə istehsal olunan məhsullar necə? Unuda bilirikmi onları? Hər dəfə onları xatırlayanda şirin xatirələrə dalırıq. Gəlin onların bəzilərini bir daha xatırlayaq.

Kulis.Az Sovet dövründə istehsal olunmuş bəzi məhsullar haqında maraqlı faktları təqdim edir.

“Avoska (tor zənbil), mən onda nəsə gətirəcəm” – gələcəyin məşhur sovet aktyoru Arkadiy Raykin hələ 1935-ci ildə səhnədə monoloqunu söyləyərkən bu ifadəni işlətmişdi. Elə həmin ildən Sovetlərdə, rusların təbiri ilə desək “avoska” ləqəbli tor zənbil geniş şəkildə istifadə olunmağa başlayır.

Tor zənbil isə XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır, bunlara tələbat olmadığını gördükdə isə qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. Tor zənbil bir zamanlar mağazaya yollanan uşaqların, evdar qadınların və alkoqoliklərin ayrılmaz yoldaşı idi.

Mineral, qazlı su təklif edən möcüzəli budka 1932-ci ildə Leninqradda kəşf edilmişdi. O vaxtdan da sovetlərdə geniş yayılmağa başlayıb. Yayın dözülməz istilərində bir daş stəkan su üçün möcüzəli budkanın qarşısında uzun növbəyə dayananları çox görmək olardı. Su insan müdaxiləsi olmadan avtomat vasitəsilə satılırdı. 1 və ya 3 qəpiyə qazlı, sirop və bir də adi su ala bilərdiniz.

11 sentyabr 1943-cü il SSRİ-nin tarixinin önəmli günlərindən biridir. Bu tarixdə ilk dəfə Qus-Xrustalnıy şəhərinin şüşə zavodunda dünyaca məşhur olan daş (“qranionnıy”) stəkan istehsal olunub. Maye və dənəvər məhsulları üçün ideal ölçü vasitəsi olan, məclislərdə, restoranlarda, qatarlarda həmişə gördüyümüz daş stəkanın ölkə iqtisadiyyatında baş verən böhranlara baxmayaraq 70 il ərzində heç vaxt istehsalı dayanmayıb. Daş stəkanın müasir dizaynını məşhur heykəltəraş, “Fəhlə və kolxozçu” heykəlinin müəllifi Vera Muxina tərtib edib.

Sovet hacıyatmaz (“vanka-vstanka”) oyuncağının mənşəyi Yaponiyadan gəlir. Burada XII əsrdə böyük monax zen Darumanın şərəfinə əlsiz-ayaqsız oyuncaqlar düzəldirdilər. Rusiyada isə bu oyuncaqların taxtaları hələ XVIII əsrdən düzəldilməyə başlayıb. Sovetlərdə 1958-ci ildə Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ənənəvi matryoşkanın içinə qursa (ağırlıq) qoyaraq onu mükəmməlləşdirmişdilər. Nəticədə yeni hacıyatmaz neçə nəsil sovet uşaqlarının sevimli oyuncağına çevrilmişdi.

Universal tozsoran “Çayka-3”-ə müasir qadınlar heç gözlərinin ucu ilə də baxmazlar. Amma o uzunömürlülüyü ilə indikiləri dəfələrlə qabaqlayır. 60-cı illərin istehsalı olan “Çayka-3” tozsoranı demək olar ki, 20, 30 hətta 40 il də işləyə bilir. Üstəlik o kosmonavtların çəkisizlik şəraitində minib sürdükləri yeganə tozsorandır. Bu hadisə 1974-cü ildə “Salyut-3” gəmisində baş verib.

Necə fikirləşirsiz, vazelinlə karandaş qrifelini və ya yanmış kibrit çöpünü qarışdıranda nə alınar? Total defisit dövrünün göz üçün tuşu. “Leninqradskaya” tuşu isə daha çox kino və teatr aktrisaları üçün əlçatan idi. Qalan qadınlar bu qiymətli məmulat əllərinə keçəndə sevinirdilər. Bunun istifadəsi üçün tuş qutusunu islatdıqdan sonra - adətən tüpürərək - fırçanı batırıb kirpiklərə çəkmək daha sonra kirpikləri iynə ilə ayırmaq lazım idi. Olsun ki, rəng gözə düşəndə yandırırdı, bununla belə bütün dövrlərdə qadınların əsas şüarı “gözəllik qurban tələb edir” deyilmi?

Krasnoqorsk mexaniki zavodunda istehsal olunan olduqca sadə və yüngül ayna sayəsində “Zenit” fotoaparatı ən kütləvi aynalı fotoaparat oldu. 1982-ci ildə sonuncusu istehsal olunan birobyektivli aynalı “Zenit -E” fotoaparatının ümumi istehsalı 8 milyon ədəd təşkil edirdi. Birobyektivli plyonkalı aynalı fotoaparatlar üçün bu mütləq dünya rekordu hesab olunur.

Şüşəsinin kövrək olmasına baxmayaraq süd və qatıq üçün nəzərdə tutulan bu qablar ən uğurlu ekoloji dizaynlardan biri hesab olunurdu. Bu şüşə qablar üçün biz SSRİ qida sənayesi nazirliyinin nəzdindəki “Soyuzprodoformleniye” kombinatına minnətdar olmalıyıq. Bu qablaşdırma boğazı geniş olan şəffaf şüşə butulkadan və zərvərəqdən (folqadan) hazırlanmış qapaqdan ibarət idi. Zərvərəqin rəngi süd məhsulunun növünü müəyyənləşdirirdi: gümüşü rəngli olanlar süd, tünd sarı qapaqlar bişirilmiş süd, yaşıl qapaqlar qatıq, çəhrayı qapaqlar isə ryajenka üçün idi. Uşaqlar bəzən bu qapaqlardan müxtəlif “oyuncaqlar” hazırlayırdılar.

Şahmat demək olar ki, SSRİ-nin milli oyununa çevrilmişdi. Əsl şahmat partiyalarının əvəzedilməz atributu isə hər partiyanın vaxtını müəyyən edən şahmat saatları idi. Bu saatlar Orlovda yerləşən “Yantar” mexaniki zavodunda hazırlanırdı. Oyunçuların diqqətini yayındırmamaq üçün dizayn olduqca sadə idi. Bu şahmat saatlarından təkcə məktəblilər deyil, məşhur qrossmeysterlər, dünya çempionları da rahatlıqla istifadə edə bilirdilər.

2008-ci ildə rus kanallarından birində hazırda Los-Anceles şəhərində yaşayan bir rusun təşəkkür məktubunu oxunur. O, 50 ildir ki, 1968-ci il istehsalı olan “Aqidel” elektrik ülgücünü işlədirmiş. Üstəlik bu illərdə cihazın yalnızca qrafit şotkaları dəyişilib, cihazın dişlərinə isə bir dəfə də olsun əl dəyilməyib. Bu məktub sayəsində əfsanəvi ülgücün istehsalı daha üç il davam elədi.

# 3961 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #