Biz necə qatil yaradırıq?

Biz necə qatil yaradırıq?
5 may 2015
# 07:29

Gənc bir qızın yaşıdı və nə vaxtsa sevgilisi olmuş oğlan tərəfindən bıçaqlanaraq öldürülməsi üstündən keçilməyəcək qədər sıradan hadisədir. Çünki oğlanı dostları “özünə görə, yaxşı oğlan” kimi xarakterizə edirlər, qızı da xalalar, bibilər “yaxşı qız özgə oğlanla küçələri gəzməzdi” deyib qınayırlar... Camaat bu sual ətrafında baş sındırır: qızı öldürməyə oğlanı nə vadar edib? Yalnızca heysiyyət, ya qısqanclıq, başqalarının tənələri, sevgilidən ayrı qalma və ya bütün bu hallara dözülməzlik?

Əlbəttə böyük ehtimalla bunlardan hər biri ola bilər. Amma diqqətlə incələyəndə burada bir klişe faktoru da görəcəyik. Gənc bir adama ətrafın, efirin, TV-nin, mahnının, meyxananın, çayxananın sunduğu hazır klişelər. Bu klişelər kiminsə hansısa subyektiv fikirləri deyil. Bir şəkildə insanın beyninə girib onun gələcək hərəkətlərini proqramlaşdıran klişelərdir və o klişelərin çoxu insana, insanlığa ziddir.

Biz haradan bilirik ki o gənc oğlan qızın üstünə bıçaqla gedəndə “Ya mənim olacaqsan, ya qara torpağın” klişe-proqramına düşməyib? Axı bu klişelər ən çıxılmazda gözəgörünməyən bir əl kimi insanı idarə edir.

Klişelər insanı proqramlaşdırır: Ən çətin anda hansısa dayaz serialdan eşitdiyi “Namus ləkəsini qanla yuyarlar” düyməsi işə düşür.

Yaxud sevgili səni atdımı, yaşanılan dramatik vəziyyət buna vadar etməsə belə, beyində “sənsizlik ölümdən betər” düyməsi yanıb-sönür; Intiharın ən son anına qədər, bu düymə işləyir....

Bu klişe-proqramı yalnız meyxana-çayxana yox, ekran efir də bəh-bəhlə təqdim edir. O bu klişelərlə düşünən tamaşaçı kütləsi ilə rahat ünsiyyət qurmaq, bu qeyri-insani dəyərlər üzərindən spekulyasiya etmək üçün istifadə edir, nəinki istifadə edir, hətta alqışlayır, studiyadakı kiçik auditoriyası ilə birgə ona əl çaldırır, qısası, təbliğ edir (məsələn, dünən bir dəstə adam studiyada müğənni Manaf Ağayevin xəyanət etirafına əl çalırdı, aparıcısa gülümsəyirdi: “Kişiyə olar!”. Başqa bir kanalda ekspert uşaqlarını atmış ata haqda “ölsün!” deyib hökm verirdi).

Bu klişe istehsalına “Qurdlar vadisi”ni yamsılayan seriallar da, filmlər də, bayağı şeirlər də, hit-mahnılar da qoşulur.

Çünki, daha efirdə “sənə olan eşqimi sənə də alçaltmaram” deyən mahnılar yox, “O mənim olmalıdır, hamı bilsiiiinn...” eşidilir. Və mahnılar artıq ruh oxşaması deyil, alınıb-satılan biznes məhsuludur. Bəs belə xarabada Aytaclar öldürülməzmi?

Bu yerdə o oğlanın Aytacı öldürmək motivini (hətta bəzilərinin fikrincə, öldürmək haqqını) yox, əlini bıçağa atmamaq şansını axtarmalıyıq. O şansı ona verdikmi? Hansı təhsillə? Hansı verilişlə? Hansı məqalə ilə? Hansı mahnı ilə? Hansı kitabla? Hansı filmlə? Hansı kliplə?

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynov qarşısında hansı məsuliyyəti daşıyırıq?

"Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı..." - Heydər Hüseynov qarşısında hansı məsuliyyəti daşıyırıq?

14:00 15 avqust 2026
İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?

10:00 14 avqust 2026
Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi?

10:00 9 avqust 2026
Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər