Məmurlar arasında gizli müharibə - Sirlərlə dolu “qara dəftər”i kim oğurlayıb?

Məmurlar arasında gizli müharibə - Sirlərlə dolu “qara dəftər”i kim oğurlayıb?
24 iyul 2024
# 09:00

Bəzi dövlət başçıları hələ vəzifədə olarkən, bəziləri sonradan xatirat, memuar yazıb. Belə mətnlər həm tarixi müstəvidə, həm də hakimiyyətin mətbəxindən xəbərdar olmaqdan ötrü, şəxsi münasibətləri öyrənmək üçün əhəmiyyətlidir.

Məsələnə, Şarl de Qollun, Uinston Çörçillin, Franklin Ruzveltin, Adolf Hitlerin və bir çox siyasi liderlərin vəsiyyətləri, xatirələri təkrar-təkrar dərc edilib və milyonlarla nüsxə satılıb.

Kulis.az İosif Stalinin "Qara dəftəri" və məşhur sirli qeydlərin taleyi haqqında faktları təqdim edir.



Mühafizə rəisi Nikolay Vlasik yazır:

1553821126_berija.jpg (71 KB)

“Stalin qeydlər apardığı “qara dəftər”i heç vaxt iş masasının üstündə saxlamırdı. Qeydlərini etdikdən sonra onu masanın sağ tərəfində olan siyirməyə qoyurdu. O, öz qeydlərini hamıdan gizli saxlayırdı. Tez-tez mənə konkret şəxslər haqqında informasiya toplamağı göstəriş verirdi, mən həmin şəxslər haqqında məlumatları məruzə etdikdən sonra o, həmin dəftərçədə qeydlər aparırdı. Adətən, həmin şəxslər Stalinin inandığı şəxslər olurdu. Mən belə düşünürdüm ki, o, yaxın vaxtlarda böyük kadr islahatları aparacaq, yəqin, yeni komanda haqqında məlumat toplayır. Stalin, adətən, Molotovla, Mikoyanla, Malenkovla, Beriya ilə söhbətlərindən sonra “qara dəftər”də qeydlər aparırdı. “Qara dəftər”də Poskrebışevin məruzələri daha çox qeyd olunurdu…”

“Qara dəftər”lə bağlı 1955-ci ildə Xruşov tərəfindən Nazirlər Soveti sədri vəzifəsindən uzaqlaşdırılan Georgi Malenkovun açıqlamaları da maraqla qarşılanıb:

“Hadisələr və kadrlar Stalinin “qara dəftəri”ndə göstərildiyi kimi olsaydı, çətin ki, Nikita Xruşov bu cür siyasi hoqqabazlıqla məşğul olardı. Stalin Xruşovu heç vaxt ciddi siyasi fiqur kimi qəbul etməyib…”

malenkov_khruschev_1954_857x0_49c.jpg (79 KB)

Tarixçi Nikolay Dobryuxa “Stalinin necə öldürdülər” kitabında “qara dəftər”in sirrləri haqqında yazır:
“Stalin öz “qara dəftər”ində gələcək planlarını yazıb. Bu dəftəri onun vəsiyyəti kimi də qiymətləndirmək olar. Stalin hakimiyyətinin son illərində böyük kadr dəyişikliklərinə hazırlaşıb. Mənim qənaətlərimə görə, “qara dəftər”in “qara siyahısı”nda bir çox siyasi tanınmışların adı da olub. O cümlədən Lavrenti Beriyanın və Nikita Xruşovun da. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, Stalin bu dəftərdə öz varislərini də müəyyənləşdirib. O, hökuməti müharibə illərində ümumittifaq partizan hərəkatına başçılıq etmiş Panteley Ponamarenkoya həvalə etməyi planlaşdırıb. “Qara dəftər” Kreml məmurları üçün sehrli təhlükəyə çevrilib. Məhz buna görə də Stalinin ölümündən sonra həmin dəftərin ələ keçirilməsi uğrunda məmurlar arasında gizli müharibə gedib…”

Bəzi versiyalara görə, Stalinin “qara dəftəri”ni 1953-cü ilin martın 3-dən 4-nə keçən gecə Lavrenti Beriya ələ keçirib. Stalinin bağ evindəki yataq otağına ilk olaraq Beriya keçib və həmin otaqdan “qara dəftər”dən başqa daha bir neçə qovluğu da götürərək bağı tərk edib.

Beriyanın oğlu Serqo öz xatirələrində yazıb ki, atasının həbsindən sonra onu anası ilə birgə uzun-uzadı sorğuya tutublar, axtarış aparıblar, amma “qara dəftər” tapılmayıb.

Həqiqətə uyğun gələn digər bir versiyaya görə, Beriya həbs olunduqda “qara dəftər” həmin dövrdə SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyən İvan Serovun əlinə keçib. Belə ki, axtarış zamanı Serov gizli şəkildə dəftəri götürüb və həmin dəftər axtarış protokoluna salınmayıb.

Hakimiyyətdə olan Nikita Xruşov həmin dəftərdə ona qarşı kompromat materialların olduğunu bildiyindən Serovla hesablaşmaq məcburiyyətində qalıb. Xruşovu qorxudan “qara dəftər”in qərb ölkələrinə keçməsi, kitab halında çap olunması olub. Buna görə də Xruşov həmin dəftəri Serovu yeni yaradılan Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin etməyi qarşılığında ələ keçirib.

216460.jpg (120 KB)

Stalinin “qara dəftəri”nin taleyinə Xruşov birdəfəlik son qoyub. Özündən sonra kiməsə ötürülməsin deyə, o, dəftəri birdəfəlik “məhv” edib.

Moskva şəhər Baş Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş zabiti Andrey Binyevin dediyinə görə, Stalinin “qara dəftəri” və digər yazıları “məxfi” qrifli qovluqlarda arxivlərdə saxlanılır.

Belə görünür ki, SSRİ-nin 30 illik lideri İosif Stalinin siyasi fəaliyyəti və həmin dövrlə bağlı bir çox qaranlıq məqamlar hələ də açılmamış qalır. Bəlkə də, nə vaxtsa cəmiyyətə qəhrəman kimi təqdim olunanlar vətən xaini, vətən xaini adı ilə təqdim olunanlar isə qəhrəman olublar. Amma bütün variantlarda tarixi pozmaq mümkün deyil və zamanla həqiqət parlayacaq...

İlham Cəmiloğlu

# 3962 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #