Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?

Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
31 iyul 2021
# 09:02

Kulis.az “İllərin mahnısı” layihəsindən “Sarı gəlin” xalq mahnısı haqda maraqlı faktları təqdim edir.

Sarı gəlin... Yəqin ki, onun haqqında əlavə şərh verməyə dəyməz. Hamı o mahnını bilir. Bütün türk dünyası... Böyük bir həsrətin kədərli mahnısı... Azərbaycan, Orta Asiya, İran-İraq və Osmanlı - böyük coğrafiyanı əhatə edən türk nəğməsi...

***

Mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb.

***

İlk baxışdan hər nə qədər bu mahnının aşıq havaları ilə uyğunluq təşkil etmədiyi təsəvvürü yaransa da, mahnıya diqqətlə qulaq asdıqda onun melodiyasının alt qatlarından ən qədim aşıq havalarından olan "İrəvan çuxuru"nun ritmləri aydın sezilir. Sanki "İrəvan çuxuru" havası "Sarı Gəlin"də daha ləng, daha aramla, daha həzin və qəmli şəkildə səslənməklə bu eşq hekayətinin bitməsini istəmir, bu çarəsiz eşqə yas tutarcasına həzin-həzin inildəyir.

Sarı Gəlin | Azərbaycan Xalq Mahnısı / Sözləri

Bir türk gənci kəndində yaşayan bir xristian qızı sevir. Səhərlər tarlaya gedərkən arxasından onu izləyir, axşamlar sürülər ağıllarına dönərkən sevgilisinin gözəlliyini seyr edərək ruhunun atəşini təsəlli etməyə çalışır. Fikrən, hissən qıza o dərəcədə aşiq olur ki, bir bazar günü əlinə bir xaç alaraq səhər xristianlarla bərabər kilsəyə gedir. Bir küncdə durub sevgilisinin və onun dinindən olanların ibadətini seyr edir.

Vardım kilsəsinə baxdım xaçına,
Mail oldum bölük-bölük saçına.
Qız, səni götürəm islam içinə,
Vay, Sinan ölsün, Sarı Gəlin.
Ah, səni verməm dünya malına.

Mahnının Ərzurum nümunəsində mətnin müəllifinin adı da ortaya çıxır: bu, Sinandır.

***

Əzizə Cəfərzadənin “1501” romanına əsasən bəzi tədqiqatçılar belə hesab edirlər ki, “Sarı gəlin”in sözləri Şah İsmayıl Xətaiyə məxsusdur. Rəvayətə görə, Şah İsmayıl bu şeiri saray rəqqasələrinin birinin gözəlliyini vəsf edərək qələmə alıb. Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin də şeirin müəllifinin Şah İsmayıl Xətaiyə aid olduğunu söyləyir. Onun sözlərinə görə, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yaradıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurubmuş.

Şah İsmayıl Xətainin bilinməyən sirli tərəfi - Araşdırma - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI
Başqa və daha maraqlı bir versiyada isə “Sarı gəlin” mahnısının tarixinin 16-cı əsrə yox, daha qədimlərə aid olduğu bildirilir. Hətta İslam dininin yaranmasından əvvələ... Şeirin 7-lik üstündə olması, melodiyası və bəhs etdiyi mövzu tədqiqatçılarda əminlik yaradır ki, onun arxaik olduğunu qeyd etsinlər.

***
Bir versiyaya görə isə, “Sarı gəlin”in QarsƏrzurumdan gəldiyi və Azərbaycanda, Naxçıvanda da eyni ritm üzərində oxunduğu söylənilir. Eyni zamanda “Sarı gəlin”in İrəvan versiyasının da olduğu deyilir. Hər versiyasında sözləri ayrı-ayrı olan “Sarı gəlin”in dəqiq tarixi bilinmir.

***
Başqa, səhih olmayan versiyada yazılır: ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.

***

Vikipediyadakı yazılana görə, İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə fəryad edərək belə bir musiqini yaradıb.

***
“Sarı” bizim müasir dilimizdə gənc, cavan kimi səslənir. “Sarı gəlin” deyəndə təzə gəlin nəzərdə tutulur. Yəni ərə getməyə hazırlaşan qız. Və mətndə aşiq ona çata bilmədiyini, hələ o qadını öz xanımı etməyə gücü olmadığını bildirir. Başqa bir iddiaya görə isə, sarı o vaxtın qədim türk qızlarının bənizini ifadə edirmiş.

***
Tədiqiqatçıların söylədiyinə görə, “sarı” sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki “sarı sim”ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni “sarı” sözü şeirdə rəmzi məna daşıyır. “Sarı gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında “Sarı gəlin”in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.

Xanım Fatimeyi - Zəhra(s.ə) şəhadət yatağında: Mədinəlilərə xitabı -  Fatimiyyə - Xəbərlər - Ahlibeyt.az

“Sarı” sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Deyirlər, “Qurani-Kərim”in Bəqərə surəsində "Dirildən sarı inək" hissəsi var. Onların sözlərinə görə, şeirdə təsvir olunan qadının namusu, nəcibliyi Hz. Zəhra ilə üst-üstə düşür. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan "Sarı gəlin"in nəcib qadınlara ithaf edilmiş ürək sözü kimi tarixdə öz yerini tutduğu söylənilir.

***
“Saçın ucun hörməzlər” ifadəsi tədqiqatçıları və folklorşünasları bir xeyli məşğul edib. Araşdırmalar zamanı belə bir versiya irəli sürünüb ki, mətndəki həmin detalın izahı budur: saçın ucunun hörülməsi yalnız türk tayfalarının qadınlarında, özü də öləndə yerinə yetirilən bir ritualdır. Və şeirdə aşiq öz qadınına məhz buna görə “saçın ucun hörməzlər” deyir.

Cəfər Cabbarlı — Vikipediya

Bir versiyaya görə isə o vaxtın qədim türk tayfalarında qadınlar yalnız ərə gedən vaxt saçlarını hörürlərmiş. Bu da artıq nikah sayılırmış. Saçını yalnız öz kişisinə aid olduğunu bildirmək üçün hörərlərmiş.

***
Azərbaycan mahnısında “saçın ucun hörməzlər” dedikdə “uzun dağınıq saç” nəzərdə tutulur. “Gül” gözəllik rəmzlərindən biri olmaqla mələklərə, pərilərə, qadın mənşəli hami ruhlara aid edilir. “Səni mənə verməzlər” misrası toxunulmazlıq anlamındadır. “Bu dərənin uzunu” türk xalqlarının inanclarında Sarı qızın axar suların, yarğanların, dərələrin ruhu ilə eyni olmasını bildirir.

***

Deyilənə görə, VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı” “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda – “rəng" və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir.

Asəf Zeynallı — Vikipediya

“Sarı gəlin” ilk dəfə, ötən əsrin 30-cu illərində Asəf Zeynallı tərəfindən nota alınır və fortepianoda işlənir. Eyni zamanda Cəfər Cabbarlının “1905” əsərində də “Sarı gəlin”ə müraciət olunur və bir daha mahnı əbədilik qazanır.

***
Musiqişünasların söylədiyinə inansaq, bu mahnı hələ XIX əsrin sonları, XX əsrin əvvəllərində oxunurmuş. Hacı Hüsü, Məşədi Məhəmməd Fərzəliyev, Cabbar Qaryağdıoğlu və başqa xanəndələr “Sarı gəlin”i ifa edirlərmiş. Yalnız el şənliklərində və toylarda... Mahnının ilk ciddi məkanda oxunuşu isə Akif İslamzadə ilə əlaqəlidir. Balabanla orkestrin birgə səsləndiyi ilk mahnı kimi də “Sarı gəlin” tarixə düşdü.

Akif İslamzadə: “Heyf, mənim səsim belə oldu…” –MÜSAHİBƏ

Ermənilər “Sarı gəlin”in öz mahnıları olduqlarını hər zaman vurğulayıblar və bu mövzu həmişə müzakirə olunub. Hətta “Qladiator” filmində “Sarı gəlin” mahnısının musiqisi səslənmiş və o musiqinin erməni musiqisi olduğu söylənmişdi. Zaman-zaman bu müzakirələr davamlı hal almağa başlayıb. Ancaq hələ ki ermənilər “Sarı gəlin”in öz mahnıları olduğunu təsdiqləyəcək tutarlı bir sübut ortaya qoymayıblar.

“Sarı gəlin” bizim kədərimizin ifadəsidir və daha çox bizim milli kədərimizin ifadəçisidir. Və bu kədəri heç kim işğal edə bilməz...

# 4727 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #