Bu gün Rasim Ocaqovun anım günüdür

Bu gün Rasim Ocaqovun anım  günüdür
11 iyul 2025
# 15:13

Bu gün Azərbaycan kinematoqrafiyasının görkəmli nümayəndəsi, məşhur rejissor, Xalq artisti Rasim Ocaqovun anım günüdür.

Kulis.az bu münasibətlə rejissorun həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən yazını təqdim edir.

1933-cü ildə Şəkidə doğulan Rasim Ocaqov Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq təhsili alıb.

1956-cı ildən “Azərbaycanfilm”də operator kimi fəaliyyətə başlayan Rasim Ocaqov “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi”, “Əsl dost” və digər filmlərdə operator sənətinin incilərini yaradıb.

1970-ci illərdən isə rejissorluğa keçərək “Gəncəbasarlı qisasçı”, “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür” kimi filmlərlə Azərbaycan kinosuna yeni nəfəs gətirib. Onun ekran əsərləri həm sovet, həm müstəqillik dövrünü əhatə edir, milli-mənəvi dəyərləri və cəmiyyətin problemlərini dərindən işıqlandırır.

Rasim Ocaqovun yaradıcılığı milli kino tariximizin zəngin və çoxşaxəli irsi sayılır. O, operator və rejissor kimi peşəkarlığı, novator yanaşması və insan psixologiyasına həssas baxışı ilə Azərbaycan kino sənətində iz qoyub. Onun filmləri təkcə ölkədə deyil, beynəlxalq festivallarda da yüksək qiymətləndirilib, müxtəlif mükafatlara layiq görülüb.

Xalq artisti Rasim Ocaqov 2006-cı il iyulun 11-də vəfat edib.

Onun sənət irsi Azərbaycan kinosunda daim yaşamağa davam edir və gələcək nəsillər üçün əvəzsiz örnəkdir.

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

18:05 8 sentyabr 2026
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

17:40 8 sentyabr 2026
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

14:30 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər