Sumqayıtın bir nömrəli müğənnisi oldu, maşın alverinə qurşandı, müəmmalı şəkildə yoxa çıxdı...

Sumqayıtın bir nömrəli müğənnisi oldu, maşın alverinə qurşandı, müəmmalı şəkildə yoxa çıxdı...
28 aprel 2021
# 14:45

Kulis.az bir vaxtların məşhur müğənnisi olan Rəşid Bədirov haqqında maraqlı faktları təqdim edir.

Vaxtilə Sumqayıtın mədəniyyət saraylarında, Mehdi Hüseynzadə adına şəhər stadionunda tədbir aparıcıları tərəfindən xanəndə Rəşid Bədirovun adı elan olunanda zaldan qopan alqış səsləri ətrafı bürüyürdü.

***

Əslən Göyçaydan olan, gənclik illərində Sumqayıta gəlib, burada böyük məşhurluq qazanan Rəşid Bədirov Sumqayıtın ilk professional, çox sevilən müğənnisi olub. O, şəhərdə keçirilən bütün mədəni-kütləvi tədbirlərin, konsertlərin yaraşığı olub. Sumqayıtda bir toy onsuz keçməyib. Hər kəs Rəşid Bədirovun onun toyunda iştirak etməsi ilə fəxr edib.

***

Onu bütün şəhər camaatı çox yaxşı tanıyırdılar. Pərəstişkarları gözəl səsinin vurğunu idilər. Çox gözəl, yapışıqlı səsi vardı, muğam üstündə boğazları təkrarsız idi.

***

Haqqında çox az məlumat olan xanəndə muğam ustası Əlibaba Məmmədovdan dərs alıb. Əlibaba Məmmədov onun oxuma tərzini, səsini çox sevirmiş.

Dövlət Xalq çalğı alətləri ansamblının müşayiəti ilə yazılmış “Dedim-dedi”, “Nazlana-nazlana”, “İkisi bir boyda gəzən gözəllər”, “Ay qaşı, gözü qara göz”, “Qonaq gəl bizə”, “Gülə-gülə” mahnılarını özünəməxsus şəkildə ifa edib. Bu musiqilər hal-hazırda qızıl fondda saxlanılır.

***

Sumqayıt radio verilişləri redaksiyasında hər həftə Rəşid Bədirovun 30 dəqiqəlik, bəzən də bir saatlıq muğam konserti gedərdi. Onu tarda Sumqayıtın gözəl sənətkarı Ramiz Qarayev, kamançada Zabit müəllim müşayiət edərdi.

***

O zaman Sumqayıtın hər evində radioqəbuledici olduğundan hamı Rəşidə böyük maraqla qulaq asar, toylara dəvət edərlərmiş.

***

Həyat eşqi yüksək, dostcanlı, çox səmimi və mehriban insan olan Rəşid Bədirov həm də maşın alğı-satqısı ilə məşğul olub. Onun müəmmalı şəkildə yoxa çıxmasını və aqibətinin bu günə qədər bilinməməsini məhz bu bizne fəaliyyəti ilə bağlayırlar.

***

Günlərin birində oğlu Rəşad xanəndəni Sumqayıtdan Bakıya yola salır. Digər oğlu isə onu Bakıda qarşılamalı imiş. Necə olursa, nə baş verirsə Rəşid Bədirov Bakıya çatmamış, naməlum şəkildə yoxa çıxır.

***

Deyilənə görə, bu işdə onun paxıllığını çəkən tələbələrindən birinin əli olub. Digər bir versiyaya görə Rəşid Bəbirov kiminləsə zəngləşərək yüksək məbləğdə pulla evdən çıxır. Bakıya, indiki “20 Yanvar” ərazisinə vədələşir, yeni maşın almağa yollanır. Lakin sonradan onun görüş yerinə çatıb-çatmaması haqda heç bir məlumat ala bilmirlər. Onu sonuncu dəfə maşın bazarında görüblər.

# 10559 dəfə oxunub

Oxşar xəbərlər

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

09:30 13 iyun 2025
"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

09:10 11 iyun 2025
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

10:10 9 iyun 2025
Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

09:23 3 iyun 2025
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

09:15 2 iyun 2025
Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof - Firuz Mustafa

12:00 31 may 2025
# # #