Siyasi liderlərin bu hərəkətləri sizi şoka salacaq

Siyasi liderlərin bu hərəkətləri sizi şoka salacaq
18 iyul 2021
# 11:30

Kulis.az ən qeyri-adi siyasi liderlərin fərqli davranışları, gülməli qərarları haqda maraqlı faktları təqdim edir.

- Dünya liderlərinin bir-birinə müxtəlif hədiyyələr etdiyini bilirik. Şokolad, kostyum, qalstuk, saat... Zimbabvenin siyasi liderlərindən olmuş Robert Muqabenin dostu Kim Yonq İlə bağışladığı hədiyyə isə tamamilə fərqli olub. O, Koreya prezidentinə fil hədiyyə edibmiş.

- Haitinin prezidenti olmuş Fransua Dyuvalye qara itlərə nifrət edirmiş. O, öz ölkəsində qara it görmək istəmirmiş. Fərman verərək bütün qara itlərin öldürülməsini əmr edib. Belə görünür ki, onun psixoloji problemləri olub. Çünki 1971-ci ildə ABŞ prezidenti Kennedinin ölümündə özünü günahkar olduğunu deyərək onun məzarına adam göndərib. Həmin adam məzarın ətrafındakı havanı yığaraq prezidentə gətirməliydi. Məqsəd həmin havanı udaraq Kennedinin ruhuna sahiblənməkmiş.

- Şimali Koreyanın keçmiş prezidenti Kim Yonq İl bir gün atdan yıxılaraq yaralanır. Vurulan ağrıkəsicilərin onda asılılıq yaradacağından qorxan Şimali Koreya rəhbəri ətrafındakı bütün vəzifəli adamlara bu iynələrdən vurulmağını əmr edir. Beləliklə, rəhbərlikdəki şəxslər arasında ağrıkəsicilərdən asılılıq təkcə onda olmayacaqdı.

- Liviyanın keçmiş prezidenti Müəmmər əl-Qəzzafi də qeyri-adilikləri yadda qalıb. Kennedini İsrailin öldürdüyünü iddia edən, “Yuventus”u sevdiyi üçün klubun səhmlərinin 7.5 faizini alan Qəzzafi öz cangüdənlərini bakirə qızlardan seçirmiş. “Amazon cangüdənlər” adlanan bu qadınlar, atəş açma, əlbəyaxa döyüş təlimi keçərək şəxsən Qəzzafi tərəfindən seçilirdi.

- Dominikan Respublikasının mərhum prezidenti Rafael Trujillo ailəsini çox sevirdi. Oğlu Ramifisə 3 yaşında polkovnik rütbəsi vermişdi, qızına kraliça tacı taxmışdı. Arvadını isə hamıdan çox sevirdi. Onun adının Dominikan Respublikasından kənara çıxmasını təmin etmək üçün Nobel Ədəbiyyat Mükafatı almasını istəyirdi. Bunun üçün hətta bir lobbi də yaratmışdı. Problem bundaydı ki, qadının savadı yox idi, oxuyub-yazmağı da bacarmırdı.

- Uqanda diktatoru İdi Amin 300 mindən çox insanın ölümünə görə günahkar olsa da, qəlbi sevgi ilə dolu imiş. Ailə həyatı qurmaq, evlənmək onun da arzusu imiş. Sadəcə evlənmək üçün deyəsən bir az düzgün olmayan insanı seçmişdi. İdi Amin İngiltərə kraliçasına məktub yazıb ona eşq elan etmişdi. Onunla evlənmək istədiyini bildirirdi. Özünü də gələcəkdə Şotland kralı kimi görürdü. Amma bu məktubların heç birinə kraliça cavab yazmamışdı.

- Ekvatorial Qvineya prezidenti Fransisko Masias Nqema da qəribə adam olub. Bir dəfə elektrik stansiyalarında yağ istifadə edilməsini qadağan etmişdi. Nqema düşünürdü ki, özünün sehrli gücü stansiyanın işləməsi üçün kifayət edir. Amma stansiya işləmədi. Belə qeyri-adi “kəşf”lərinə görə intellektual insanlar tərəfindən tənqid olunurdu. Buna görə də Nqema onlara nifrət edirdi. Nəhayət o qədər əsəbiləşdi ki, ölkədə özəl məktəbləri qadağan etdi, açıq şəkildə ölkədə intellektual insan görmək istəmədiyini bəyan elədi.

- Türkmənistanın prezidenti Saparmurat Niyazov da dünyada özünün qeyri-adi işləri ilə tanınırdı. Ayların və günlərin adlarını öz nəslindən olan insanların adları ilə dəyişmişdi. Baleti, maşında radioya qulaq asmağı qadağan etmişdi. Yazdığı “Ruhnamə” əsərinin hamı tərəfindən oxunması məcburi idi. Məsələn, sürücülük vəsiqəsi almaq istəyənlər bu kitab barəsində olan suallara da cavab verməliydi. Hətta əsərinin bir nüsxəsini raketlə kosmosa da göndərib. Qəzetlər isə yazırdı ki, dünyanı fəth edən “Ruhnamə” indi də kosmosu fəth edəcək.

# 5387 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər