Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?

Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
22 iyun 2021
# 16:26

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibi, kinorejissor Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib...

Bu gün ölüm xəbəri ilə mədəniyyət camiyəsini sarsıdan Çingiz Rəsulzadə 20 fevral 1972-ci ildə anadan olub. 1992-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) davam etdirib.

O, 2002-ci ildə Rusiya istehsalı olan “Həyat haqqında mimlər” qısametrajlı bədii filminin, 2005-ci ildə isə “Jestlər. Barışıq” sənədli filminin rejissoru və ssenari müəllifi olub. 2012-ci ildə isə “Yuva” qısametrajlı bədii filminin quruluşçu rəssamı olub.

Çingiz Rəsulzadə 2009-cu ildə “Kuklalar” filmini ekranlaşdırır. Filmi bir neçə Beynəlxalq Film Festivallarında uğurla iştirak edir. Filmdəki hadisələr 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində - Sovet İttifaqının dağılması ərəfəsində cərəyan edir. Dənizkənarı parkda milliyyətcə erməni olan Joranın idarəçiliyi altında 6 yeniyetmə (əsas rolları məktəb şagirdləri və tələbələr oynayır) parka gələn insanlarla foto çəkdirən kukla kimi işləyir. Onlar yenicə sərbəst həyatla başlayır, öz ayaqları üzərində dayanmağa çalışırlar. Ölkədəki dəyişiklik yeniyetmələri seçim qarşısında qoyur, son nəticədə onlardan biri ölkəni tərk edir, digərləri isə Qarabağ müharibəsinə gedirlər. Hadisələr də məhz uzun illərdən sonra xaricdə yaşayan gəncin yaddaşında canlanır.

Kino-tənqidçilərin fikrinə əsasən “Kuklalar” müəyyən mənada həm də avtobioqrafik filmdir. Hadisələr zamanı 17 yaşı olan rejissor müsahibələrindən birində deyir: “O illərin bulvarını yaxşı xatırlayıram. Mən bulvarla üzbəüz yaşayırdım və onun həyatını məktəb yaşlarımdan öyrənməyə başlamışdım. Yadımdadır ki, 88-ci ildə o tamam boşalmışdı, demək olar ki, vəhşi bir yer idi, ora yalnız təqaüdçülər, sevgililər və fahişələr üçün gəzinti yeri idi. Biz isə hər şeyi təzəcə başlayan şən uşaqlar idik”.

Rejissorun əsas məqsədlərindən biri də o zaman Bakıdakı beynəlmiləl, xalqlar arasındakı səmimi dostluq mühitinin təsvirirdir.

Kinotənqidçi Sevda Sultanova rejissorun “Kuklalar” filmi haqqında yazır: “Filmin finalını kinematoqrafik nöqteyi nəzərdən ən uğurlu səhnə hesab edirəm. Həmin səhnə ki, yeniyetmələrdən biri cəbhədə yoldaşları hücuma keçən zaman səngərdə qalır, qorxu və dəhşət içərisində başını əlləri arasına alaraq ağlayır. Bu səhnəyə görə rejissora müəyyən iradlar oldu ki, Azərbaycan əsgəri ağlaya bilməz. Çox gülməli iraddır. Axı, əsgər monstr yox, hər şeydən əvvəl insandır. O, ağlaya da, qorxa da, tərəddüd də edə bilər, ən azı ona görə ki, ölüm hadisəsi ilə üz-üzədir. Xüsusən də birdən-birə müharibənin ağuşuna atılmış yeniyetmə... Görəsən, bunu rejissora irad tutanlardan kimsə səngərdə güllə yağışı altında ölümün qorxusunu, dəhşətini duyubmu? Axı insanların hamısı eyni cəsarət sahibi ola bilməz. Əksinə, həmin səhnəni mən həddindən artıq insani qəbul edirəm. Və rejissora minnətdaram ki, ucuz, bayağı vətənpərvərliyə yol verməyib. O hər şeydən əvvəl bəşəri dəyərlərə söykənərək antimilitarist mövqedən çıxış edib.
Rejissor istənilən müharibənin insanların həyatının, arzularının puç, alt-üst etdiyini göstərib. Döyüş meydançasında məhz kukla geyimində olan meyitlər isə məhv olmuş talelərə uğurlu metaforadır”.

Rusiyanın, Qazaxıstanın, Gürcüstanın, Avropanın film festivallarında nümayiş olunan “Kuklalar” Çingiz Rəsulzadə üçün böyük kinoda məşq və təcrübə olur.

Çingiz Rəsulzadənin Meyxoş Abdullahın hekayəsi əsasında yazdığı “Daima birlikdə” ( “Alagöz”, Cinex kino şirkəti, prodüser Mariya İbrahimova) ssenarisi “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsinin qalibi olub.

Xatırladaq ki, 49 yaşlı rejissor çəkdiyi filmlərdə hər zaman müharibə mövzusuna toxunmağa çalışıb. Qarabağ müharibəsi zaman azərbaycanlı insanının çəkdiyi iztirablar, əzab əziyyətlər rejissor və sənət adamı kimi onu hər zaman narahat edib, düşündürüb.

O, Şağan kəndindəki mənzilində tək yaşayan rejissor bu gün səhər saatlarında qardaşı tərəfindən evində ölü vəziyyətdə tapılıb. Rejissorun ölüm səbəbi hələki dəqiqləşdirilməyib.

Allah rəhmət eləsin.

# 9034 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #