Ermənilər Qarabağ əhalisinin neçə faizini təşkil edib? – Məxfi sənədlərdən ortaya çıxan 10 fakt

Ermənilər Qarabağ əhalisinin neçə faizini təşkil edib? – Məxfi sənədlərdən ortaya çıxan 10 fakt
15 noyabr 2020
# 12:03

Yalnız bir neçə nəsil əvvəl Türk və kürdlərlə sıx məskunlaşmış Qərb Zəngəzur “Milli çoxluğun əlamətinə” görə” Ermənistana verilib. Elə həmin əsasla Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı və bu, sonradan heç kəs tərəfindən tanınmamış “Arsax Respublikası”nın yaranması üçün əsas oldu. Keçmiş Qarabağ xanlığının bu rayonlarında erməni çoxluğunun hansı üsullarla formalaşdığına dair sənədlərlə dəstəklənən 10 fakt aşağıda verilib.

1. XIX əsrin ilk iki onilliyində ermənilər Qarabağ əhalisinin, təxminən, 20%-ni təşkil edirdi. Bu, Rusiya imperiyasının rəsmi sənədləri (1811-ci ildən Daxili İşlər Nazirliyinin sənədi və 1823-cü ildən vergi verənlərin sənədi.) tərəfindən təsdiqlənir.

2. 1828-1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140.000-ə yaxın erməni köçürüb. Onların böyük bir hissəsi Qarabağda yerləşdirilib. İran və Türkiyə ermənilərinin miqrasiyası kiçik miqyasda da olsa, bütün XIX əsr boyu ərzində davam edib. Onlar bütöv icmalarla köçürülərək Qarabağda öz kəndlərini yaratdılar, məsələn, 1850-ci illərin sonu – 1860-cı illərin əvvəllərində indiki Xocavənd rayonu ərazisindəki Arakül kəndi.

3. Hakimiyyət erməni köçkünlərini ən yaxşı torpaqlarla təmin edirdi. Bir çox hallarda İran və Türkiyədən gəlmiş bu miqrantlar yerli türk sakinlərini sıxışdırıb çıxararaq evlərini ələ keçirirdilər (Qriboyedovun sənədi və tarixçi Qazaryanın məlumatları). Onlar vergiləri ödəməkdən azad olunur və dövlətdən pul yardımı alırdılar. Bütün bu imtiyazlar müsəlmanlara şamil edilmirdi. Bu cür rahat şərait Qarabağın erməni mühitində doğum sayının artmasına səbəb oldu.

4. 1830-cu illərdə İran və Türkiyədən kütləvi köçürülmə nəticəsində Qarabağda ermənilərin nisbəti 33%-ə qədər artdı. 1880-ci illərin axırlarında isə demoqrafik artım nəticəsində Şuşada (60%) və keçmiş Qarabağ xanlığının torpaqlarında yaranmış dörd qəzanın ən böyüyü olan Şuşa qəzasında (54.5%) onlar üstünlük təşkil edirdilər. O vaxt Qarabağın bir hissəsi olan Zəngəzurda əhalinin yarısını ermənilər təşkil edirdi. Türklər dörd qəzanın ikisində – Cəbrayıl və Cavanşir qəzasında (70-75%) aşkar çoxluqlarını saxlayırdılar. 1889-cu ildə ümumilikdə Qarabağ üzrə əhalinin 54,4% müsəlmanlar, 45,5% isə ermənilər olub.

5. XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilərin 1828-1830-cu illərdəki kütləvi miqrasiyasının, sonradan da onların arasında demoqrafik partlayışın təsiri azalmağa başladı. 1889-1914-cü illərdə keçmiş Qarabağ xanlığının ərazisində əhalinin iki əsas qrupunun nisbəti ermənilərin lehinə dəyişib. Ümumilikdə Qarabağ üzrə onların nisbəti 45,5%-dən (1889) 41%-ə qədər (1914), Şuşada 60%-dən (1889) 51%-ə qədər azaldı (1914), müsəlmanların nisbəti isə 40%-dən 44%-ə qədər artdı. Zəngəzurda ermənilərin nisbəti 49%-dən (1889) 43%-ə qədər (1914) azaldı, müsəlmanların nisbəti isə 50%-dən 56%-ə qədər artdı. Cəbrayıl və Cavanşir qəzalarında müsəlmanlar çoxluqlarını 65-75% səviyyəsində saxlayırdılar.

6. Əgər 1889-1914-cü illərin demoqrafik dinamikası davam etsəydi və 1917-ci ildə Rusiya imperiyasının süqutu ilə kəsilməsəydi , sonrakı bir neçə onillikdə Qarabağ əhalisinin tərkibində ermənilərin payı 35-30%-ə qədər az olardı.

7. 1918-ci ildə milliyətçi Daşnaksutyun Partiyasının rəhbərliyi ilə elan edilmiş Ermənistan Respublikası öz ərazisini əsasən müsəlmanların məskunlaşdığı vilayətlər hesabına genişləndirməyə çalışırdı. Bunun üçün orada erməni say çoxluğunu süni surətdə təmin etmək məqsədi ilə müsəlmanların qırılması və qovulması siyasəti aparıldı.

8. Daşnaksütyun partiyasının nümayəndələri tərəfindən ilk dəfə olaraq “Dağlıq Qarabağ” termini tətbiq olundu. Məqsəd ermənilərin 50%-ni təşkil etdikləri Şuşa qəzasını, müsəlmanların payı 70-75%-ə çatan Qarabağın qalan hissəsindən ayırmaq idi.

9. 1918-1920-ci illərdə daşnaklar Qarabağın Zəngəzur və Şuşa qəzalarında fəal etnik təmizləmə aparıblar. “Dinc müsəlman əhali amansızcasına qətl edilir və bir çox kəndlər yandırılır”, – deyə 1919-cu ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Yusifbəyli Cənubi Qafqazda Qərb dövlətlərinin komandanlığına məlumat göndərib. 1920-ci ilin mart ayına qədər yalnız Zəngəzurda 40-a qədər müsəlman kəndi məhv edilmiş, 60.000 müsəlman qaçqın düşmüşdü. Qarabağın başqa rayonlarından, məsələn, Cavanşir qəzasından da türk əhalisinin kütləvi köçü baş verirdi.

10. Dağlıq Qarabağda və Qərbi Zəngəzurda on minlərlə müsəlmanın qovulması və əllidən çox müsəlman kəndinin məhv edilməsi yolu ilə ermənilərin say çoxluğu təmin edildi. Bu, Qərbi Zəngəzurun Sovet Ermənistanına verilməsi (1920) və Dağlıq Qarabağda erməni muxtariyyətinin (1924) yaranması üçün əsas oldu. “Dağlıq Qarabağ Azərbaycandan milli əksəriyyətin əlamətinə görə Muxtar vilayətə ayrılıb: əhalinin 94,4%-ni ermənilər, 5,6%-ni türklər təşkil edir“, deyə erməni müəllif 1924-cü ildə qeyd edir. Halbuki, bundan cəmi on il əvvəl muxtar vilayətə verilən ərazilərdə ermənilər 53-26.7%-i təşkil edirdi, yüz il əvvəl isə 20%–dən çox deyildilər.

Bütün sadalanan faktlar erməni tarixçilərinin rəsmi sənədlərindən və akademik nəşrlərindən əldə edilib./qarabag.com/

# 4124 dəfə oxunub

Oxşar xəbərlər

Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

13:10 31 avqust 2026
Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

15:00 27 avqust 2026
Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər