Qismət Rüstəmovun şeirlərində qadın qorxusu - Təbrizdən yazırlar...

Qismət Rüstəmovun şeirlərində qadın qorxusu - Təbrizdən yazırlar...
28 dekabr 2020
# 12:11

Kulis.az "Sözün güneyi" layihəsində təbrizli yazar Nadir Əzhərinin "Qismət Rüstəmov şeiri və dörd ünsür" yazısının ikinci hissəsini təqdim edir.

(əvvəli burada)

Qismət Rüstəmovun şeirlərində torpaq elementi

Baçelarda görə, yer haqqında təsəvvür ya təsəlliverici, ya da motivasiyaedicidir və səylərə səbəb olur.

Ayrıca, Baçelard baxımından uçurumun, mağaranın və evin şəkilləri ana bətni kimi yozula bilər.

Atlas kompleksi: İnsanlara kömək etmək üçün yüksək arzu Atlas kompleksi adlanır. Bu kompleksin adı Yunan miflərindən biri olan “Atlas”ın adından götürülüb. Atlas yeri çiyinlərində daşıyırdı və buna məhkum edilmişdi.

Bu məqamı yalnız əlavə izahat üçün yazdım.

Rüstəmov poeziyasında torpaq başqa elementlərə tabedir və vacib rolu yoxdur.

İndi onun şeirindəki torpaq elementini izləyəcəyəm və ayıracağam. Ancaq bundan əvvəl həm bu hissədə, həm də küləyin hissəsində mövcud olan bir nöqtəni qeyd etməliyəm. Baçelarda görə hava və külək haqqında təsəvvürün xəyalidir. Həyatı şaquli hada görməkdi. Hava səyahətinə dəvət, təbii olaraq yüngül və asan bir qalxma hissi yaradır. Buna diqqət yetirin:

  1. “Dəfnənin gülüşü- III” şeirində (Kiçik qızı üçün bəstələdiyi şeir) Şairin nəzərində yer dəyərini göydən, havadan və küləkdən alır. (Külək ünsüründə yenə bu məqama diqqət yetirəcəyik və külək və hava elementinin və hündürlüyün şairin ən sevimli elementi olduğunu görəcəksiniz). Bu şeir bu bölmədə qarşılaşdığımız bu mövzunun müqəddimələrindən biridir.Bu şeirdə torpaq havadan və yüksəklikdən (yəni külək elementindən) dəyər alır (Torpaq dəyərinin havadan, səmadan asılılığı):

“...Bəzən başını arxaya atıb, üzünü göylərə çevirib
gücsüz dişlərini səmanın maviliyinə batıra-batıra
gülməyə başlayırsan;
onda hiss edirəm ki,
dünyanın bütün rəngləri kəpənək-kəpənək geri dönür;
onda hiss edirəm ki,
sülh sözü göyərçin qanadlarında böyüyür;
onda hiss edirəm ki, bu torpaq vətənə dönür,
onda hiss edirəm ki, Allah bizi görür...”

  1. “Absurd üçün eskizlər” şeirində torpaq, şairin fikrincə, çox bilinməyən şeylərin olduğu bir ünsürdür (Torpaq və suallar və bilinməyənlər):

“…Sualdan sual çıxır bu torpaqda:
Məsələn, qırmızı papaq yaddan çıxıbsa
canavar qarnındakı maskulin mağarada,
ayağı kəndirli Fatmanı
həsəd odunda qızartmağa başlayıbsa mifoloji təndir,
qalib gələcəkmi tenderdə gender?...”

  1. “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” şeirində yenə də odaklanılan şey səmadır, həm də yerdən. (Havanın torpağa üstünlüyü):

“...Quyuya hər gecə gümüş ay qonaq...
Hər gecə quyuya ulduzlar axır...
Quyu-durbiniylə münəccim torpaq,
Mənim gözlərimdən göylərə baxır...”

  1. Baçelard demişkən, ağac da torpağın bir hissəsidir, “Bağ” şeirində ağac şəklində zirvəyə maraq hissi var.

Burada şair indiki dövrdə keçmişində mövcud olan zirvəyə yas tutur (Torpaq və həsrət):

“…Yadına gəlirmi tətil günləri,
hələ it kökünə düşməmiş o bağ,
o hovuz, qumsallıq, ağcaqanadlar,
o köhnə teleskop gözündə qalan
on altı, on yeddi yaşın səması?
Həmin kələ-kötür, dolanbac yoldu;
yazmağı bilməyən dəcəl bir uşaq
əlinə ilk dəfə qələm alanda,

bütün divarları necə yazırsa,
bu yol da eləcə əyri-üyrüdü.
On il bundan qabaq bu torpaq yolun
solu evlər idi, sağı meşəlik.
İndi həmişəlik-həmişəlikmi? –
zeytun ağacları, şam ağacları,
meşənin içində möcüzə kimi,
qəfildən adamın rastına çıxan
futbol meydançası o tərəfdədi –
daşdan çəpərlərin o tərəfində...
On il bundan qabaq bu torpaq yolun
qıvrıla-qıvrıla gedib çıxdığı
o yekə, o azman, mavi darvaza
hələ üzümüzə gülə bilirdi”.

  1. “Köçərilər üçün blitz” şeirində şairin təsvirlərində suyun biraz torpaqdan üstünlüyü var. Yağış səbəbdir. (Suyun torpaqdan üstünlüyü):

“Qanadları bulud yüklü quşların qürbətə köçü başlayıb.
Qanadları avar quşlar dənizləri göydən üzüb gedirlər.
Gedirlər yaralanmış, üzüsulu, kimsəsiz...
Gedirlər başqa dilin qəfəsində çırpınıb öz dilində susmağa.
Susmağa öyrəşəndə yağış palçığa dönür, işıq uzaq ulduza,
Susmağa öyrəşəndə torpaq toza çevrilir, alov közə, su buza...”

Torpaq bölməsində oxuduğunuz hər şeyin xülasəsi:

Torpaq dəyərinin havadan asılılığı, torpaq və suallar və bilinməyənlər, havanın torpağa üstünlüyü, torpaq və həsrət, suyun torpaqdan üstünlüyü...

Bunu da qeyd etmək lazımdır ki, “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları”şeirində quyu və “Bağ” şeirində keçmişdə qalan “ev”in görüntüləri ana bətninə yozulur.

Rüstəmov şeirindəki torpaq elementinin Təəccüblü və səy əlamətləri vardır. Torpaq külək və təqribən su elementindən aşağıdır.

Tədqiqatın bu nöqtəsinə qədər su elementi Rüstəmov şeirində ən güclü və çoxsaylı element olub. Od və torpaq, küləkdən daha zəif görünür. Rüstəmovun şeirlərində od və torpaq elementlərinin əsas və dominant element olmadıqlarını görürük.

Qismət Rüstəmovun şeirlərində külək elementi

Dörd ünsür arasında yalnız külək (hava) gözlə görünmür. Bəzi qədim tayfalar küləyin görünməməsi və hər yerdə olması səbəbindən bunu həqiqətin təzahürü hesab edirdilər.

Baçelarda görə külək elementi konsepsiyasında dinamizm var. külək (hava) haqqında təsəvvür, ruhun mahiyyəti haqqında təsəvvür deməkdir. Hava görüntüləri hərəkət edir və psixikada bu hərəkəti stimullaşdırır. Külək Baçelardın nəzərində həyati bir sıçrayış, yuxarıya doğru bir hərəkətdir. Digər tərəfdən, İnsan bildiyini təsəvvür etmir. Əvvəlcə uçuşu, sonra enişini təsəvvür edirik. Yəni uçuş enişdən əvvəl olur, çünki biz insanlar eniş və düşmə təcrübəsini çox yaşamışıq.

İndi Rüstəmov şeirində külək, hava və yüksəklik təsviri ilə istifadə olunan əhval-ruhiyyəyə və duyğulara müraciət edirəm:

  1. “Sevginin gözləri Vanqa” şeirində (hava və daxili təravət):

“…pərdələri çəkər, pəncərələri açar üzü doqquzuncu mərtəbəyə.
Otağın havasından çox öz havası dəyişər...”

  1. “Qürub” şeirində (hava və flört):

“…ayrıydı bədənindəki xəritənin coğrafiyası,
başqaydı hava durumun, iqlimin.
Göbəyində batan qadınlığın
iki dəfə çıxmaq istədiyi yerdən
şeirlər içdim süd qoxulu...”

  1. “…Klassika məşqləri” şeirində (külək və sevilənlə seviş):

“…Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm…”

Bu şeirin sonunda şair sevgilisinə deyir:

“…Sən zəriflik tanrısı, qadının ötəsisən,
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən?...”

Sonda şair sevgilisindən ayrılmaqdan qorxur. Bu, eyni Ofeliya kompleksi və qadın şəkillərindən birinə münasibətdə ayrılma qorxusudur. Bu məsələni şairin su elementinə yekun vurmaqdakı əsas qorxu və kədərlərindən biri kimi qeyd etdim.

(Buraya bir qız yoldaşından / qadın xarakterindən / anasından / sevgilisindən və insanın şüuraltındakı qadınlıqdan uzaqlaşma qorxusu daxildir.)

4. “Legioner” şeirində: (külək və əymək)

“…Bilirsən,
elə ki,
paltomun dik yaxasını əymək istəyən
bir külək qopub gəlir uzaqlardan,
onda neyləsəm də əksim aynasında itir xəzərin,
onda hara üz tuturamsa, qırmızı işıqda darıxıram,
onda hər tərəfi qürbət olur şəhərin...”

“Legioner” şeirində Külək şairin köynəyinin yaxasını əyir, sonra, şairin obrazı “Xəzər” də boğulur. Burada külək də (istər-istəməz) mənfi rol oynayır. Su hələ də mənfi və ölümcüldür.

  1. “Tanış küçələrin birində...” şeirində: (hava və gülümsəmək)

“…axşamüstü saat beş radələrində,
bir adam mövsümləri masasındakı
təqvim yarpaqlarından cırıb atmağa başlayır.
Bir azdan tanış küçələrdən birində,
əlləri ciblərinin,
gözləri eynəyinin dərinliyində çırpınarkən,
başını qaldırıb buludlara baxacaq
və gülümsəyəcək…”

  1. “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları” (külək və azadlıq):

“…Kaş külək olaydım, adam yox, külək
İndi mənim üçün külək – azadlıq...
nə vaxtsa demişdin ağ qoç gələcək,
Min ilmi keçibdi?
Bilmirəm artıq...”

Yuxarıdakı şeir Baçelard metodunun düzgünlüyünü qəribə bir şəkildə sübut edir, yekun hissədə Rüstamovun ən böyük şüuraltı meylinin kulminasiya / irəliləyiş / azadlıq və düşünülməzlik kimi anlayışlara söykənəcəyini söyləyəcəyəm.

7. “Wall street” şeirində (Külək və sıxıntı, dəcəllik baxmayaraq ki, bu şeirdəki külək bu sıxıntının səbəbi deyil):

“Cırıq, kirli paltarı bir quldur gəmisinin
yıpranmış bayrağıtək küləkdə dalğalanan,
papağı səkilərin hər yeriylə öpüşmüş
o balaca dilənçi, oxuduğu romanda
xoşladığı cümlənin altından cızıq çəkən
bütün adamlar kimi, bir an ayaq saxlayıb
ona qəpik tullayan mərhəmətli kəslərin
xəyalında böyrünə yekə bir quş qoyurdu.
Dəcəl, yaramaz külək,
şüşəli qapıdan hər saatbaşı
siqaret çəkməyə çıxan kişinin
qalstukunu çox qədim bir saat kəfkiritək
yelləyirdi durmadan. axşama az qalırdı”.

8. “Avqust sıxıntısı” şeirində (hava və öpüş):

“...Miraj. Oynaşır yol, küçə, səki.
Hava öpüş kimi istidir.
Kafeyə müştəri axır: bir-bir, iki-iki...”

Külək bölməsində oxuduğunuz hər şeyin xülasəsi: (Bu şeir kitabında külək bu mövzularla əlaqəlidir)

Hava və daxili təravət, hava və flört, külək və sevilənlə seviş, külək və əymək, hava və gülümsəmək, külək və azadlıq, külək və sıxıntı, hava və öpüş

İki vəziyyətdə külək mənfi bir rola sahibdir, lakin bu vəziyyətdə də mənfi rol birbaşa külək tərəfindən yaradılmır və külək yalnız o mənfi səhnədə olur. Bu kitabda ən azından külək və hava, altı vəziyyətdə çox müsbət rol oynayır və ya müsbət səhnələrdə iştirak edir. Rüstəmov şeirində hava və külək təsvirinin, göyün və zirvənin mövqeyinin olduğu əksər hallarda sevişmə, sevinc və azadlıq kimi müsbət emosiyalar mövcuddur. Digər tərəfdən su ünsüründən sonra külək elementi Rüstəmovun şeirində ən çox saya sahibdir və əlavə olaraq müsbət emosiyalar ilə müşayiət olunur.

Deməli, su və külək Rüstəmov poeziyasının sırasıyla ən vacib elementləridir.

Bu kitabda bəhs olunan “su” əsasən Ofeliya kompleksi adlanan sudur. Qadınlıqla əlaqəli ayrılıq/ itki qorxusudur. Bu da müxtəlif formalarda ola bilər. Külək (hava) azadlıq arzusunu, kulminasiya nöqtəsini simvollaşdırır. Bu iki elementin ziddiyyəti Rüstəmovda bir ehtiras və şairlik hissi yaradır!

Rüstəmov şeirindəki elementlərin birləşməsi

Bu kitabın bəzi şeirlərində bir neçə element birlikdədir. Bu tip şeir nümunələrini əvvəlki nümunələrdə qeyd etmişdim. Burada yalnız şairin su, od, torpaq və külək birləşməsindən ibarət olan bir sıra başqa şeirlərinin adlarını qeyd edəcəyəm və məqaləni uzatmamaq üçün yalnız bir nümunəni təsvir edəcəyəm.

“uçurum” şeirində:

“…Başımı götürüb getdi ayağım, şüşə külqabılar dolmuş şəhərə...
Hamının saçında bəyaz varıydı, hamının üzündə “qismət beləymiş...”

Baçelardın təfsirində “od” ikili bir vəziyyətə də malikdir, həm işıq əlaməti, həm də pis bir işarədir, həm cənnətin işığıdır, həm də cəhənnəmdə yanar.

Ayrıca, atəşin külü və tüstüsü atəşin dağıdıcı və pis hissəsini göstərir.

Bu şeirdə şairin şuuraltıslnda həyat sevgisi və ölüm/ ayrılıq ya itirmək qorxusunu birlikdə görürəm. Çünki şair xilas olmaq üçün qaçır. Ağ saçlar ölüm anlayışına yol açır. Bu şeirdə “şüşə külqabılar” timsalında su ilə atəşin birləşməsi var.

Kül mənfi atəşə aiddir və Baçlardın xəyalındakı şüşə obrazının kökü sudur.

Ölümlə əlaqəli olan Ofeliya su konsepsiyası burada mənfi atəşlə birləşdirilir və bu iki təzadlı fenomen, (su və atəş), dialektik bir çevrilmədə “qismət beleymiş” cümləsində birləşir və barışır.

Qumru əlifbası kitabında dörd elementin birləşməsi bu şeirlərdə də mövcuddur:

Promoteyvari (su və atəşin birləşməsi), Klassika məşqləri II (Su və atəş), Klassika məşqləri II (su və külək), Legioner (külək və su), Uçurum (külək və su), Şərt (külək və su), Həvəskar üçün suallar (su və atəş), Absurd üçün eskizlər (atəş və torpaq).

Bu şeir kitabındakı bu cür birləşmələrin sayı belədir:

- Dörd birləşmə və ya su ilə külək müşayiəti

- Üç birləşmə və ya su və atəşin müşayiəti

- Bir dəfə torpaq və atəş müşayiəti.

Diqqət yetirin ki, burada da ən çox su və külək var və bu təsadüf deyil; çünki su və külək bu şairin iki əsas əyani elementidir. Şairin əsas obrazlarının əksəriyyəti onun şüuraltında su və külək vəziyyətində köklənib.

Nəticə

  1. Qismət Rüstəmov şeirində atəş elementinin əksər şəkilləri qorxu və ya peşmançılıq atmosferi ilə birlikdə istifadə olunur. (6 maddə) Bu şeir kitabında atəş, ətrafdakı mənaların sayı və vahidliyi baxımından su və küləkdən daha az əhəmiyyət kəsb edir.
  2. Bu şairin şeirində su elementinin əksər obrazları kədər, ayrılıq qorxusu, peşmançılıq və mənfi mühit ilə birlikdə istifadə edilib. (21 maddədən 19). Həm od, həm də su, şairin şüuraltındakı mənfi ehtimallar mənfi qavramlarla əlaqələndirilir, lakin su görüntülərinin sayı atəşin mənfi obrazlarından çox olduğundan, bu şeir kitabında su, atəşdən daha vacibdir. Digər tərəfdən, mənfi su görüntülərinin vahidliyi atəş obrazlarının vahidliyindən çoxdur. Bu kitabda bəhs olunan “su” əsasən Ofeliya kompleksi adlanan sudur və müxtəlif qadınlıq və sevgi formalarında ayrılma / ölüm və itki qorxusunu göstərə bilər.
  3. Bu şairin şeirində torpağın təsviri həmişə külək və suyun şəklindən aşağıdır və say baxımından da kiçikdir (5 maddə), buna görə də bu kitabda əsas elementlərdən biri deyil. Xatırlayırsınızsa, torpaq hissəsində Rüstəmovun şeirindəki torpaq şəkillərinin küləkdən daha aşağı qiymətə sahib olduğunu gördük. Əlavə olaraq torpaq fərqli və heterojen bir hissi təmsil edirdi.
  4. Rüstəmov poeziyasında külək çoxluqda (8-dən 6-sı) sevgi qurma, gülüş və azadlıq kimi müsbət obrazlarla əlaqələndirilən yeganə elementdir. Bu səbəbdən su ünsüründən sonra külək ünsürünü bu şeir kitabındakı ən vacib ünsür hesab edirəm.

Qumru əlifbası kitabında su və külək, sırasıyla Rüstəmovun bilinçaltı hissəsini bizə açan iki ünsür, iki rəmzlikdir.

Baçelard baxımından Rüstəmov şeirlərinin əksəriyyətində məhsuldar təxəyyül (su, od, torpaq və külək obrazları) maddi təxəyyülün (Metafora və bənzətmə kimi) yanında mövcuddur. Bu o deməkdir ki, bu şairin şüuraltısı qaynayır, aktivdir və şeirlərinin bir hissəsi varlığının dərinliklərindən coşur. Ancaq bəzi şeirlərində, xüsusən də, “klassik şeirlərində” nə qədər çox axtarsaq, bu şairin fırtınalı ruhunu o qədər az tapırıq.

Niyə Rüstəmovu fırtınalı bir şair adlandırdım? Əmin olun ki, yalançı bir tərif vermək fikrində deyiləm. Bu şairin bilinçaltısı su və külək birləşməsidir, dəniz fırtınası kimi bir şeydir! Bu daxili fırtınaya səbəb olan nədir?

Bu uzun məqalədə sizə bu şairin onlarla şeirini göstərdim ki, harada su şəkli varsa, bir növ sönüklük, narahatlıq və qorxunun təsiri də var və su elementinin istər istifadə sayı, istərsə də bununla əlaqəli duyğuların vahidliyi baxımından digər üç elementdən daha güclü olduğunu gördük. Sonra bildik ki, şairin şeirlərindəki ən çox su təsviri Ofeliya kompleksini ifadə edir. Dedik ki, Ofeliya Hamletin nişanlısı idi. Ofeliya atası nişanlısı tərəfindən öldürüldükdən sonra özünü çaya ataraq intihar etdi. Ofeliya kompleksi, Qaston Baçelard tərəfindən qadınlıq (Qadın mənalarının növləri) və boğulma (Ölüm və itkinin müxtəlif mənaları) arasındakı əlaqələrə istinad etmək üçün istifadə etdiyi termindir.

Başqa sözlə, Rüstəmovun dərinliklərini sındıran və onu çox kədərləndirən şey, müxtəlif qadınlıq formalarından biri, ya bir neçəsi ilə əlaqəli bir şeyi itirmək və ya əldə etməmək qorxusu, ya kədəridir.

Digər tərəfdən, onun şeirlərində külək elementi xoşbəxt və pozitiv şəkillərlə istifadə olunan yeganə elementdir, lakin su elementindən daha azdır. Beləliklə, külək elementi ikinci vacib elementdir.

Külək burada Ofeliya mənasında su elementinə qarşı (Baçelard baxımından) həyati bir sıçrayış kimi istifadə olunur. Demək Baçelard dialektikasına gəldik! Bu iki qüvvənin qarşıdurmasından, yəni məhəbbət və qadınla əlaqəli itki/ölüm/kədər qorxusu və həyati bir sıçrayış/ qurtuluş və ya zirvə istəyi, həyəcanlı, tənqidi, sual verən və kədərli, lakin canlı şeirlərə sahib bir şair çıxır!

Dedim ki, Baçlard baxımından Rüstəmov şeirlərinin əksəriyyətində məhsuldar təxəyyül (su, od, torpaq və külək obrazları) maddi təxəyyülün (Metafora və bənzətmə kimi) yanında mövcuddur. İndi Rüstəmov şeirinin "maddi təxəyyülü" mövzusuna toxunmaq istəyirəm.

Rüstəmovun istifadə etdiyi bütün poetik texnikaları burada ifadə etmək mümkün deyil. Onun ən güclü şairlik texnikasına işarə edib və sonrakı şeirlərində nəyə daha çox diqqət etməsi lazım olduğunu deyirəm.

“Alman hesabı” şeirində onun güclü texnikalarından biri çox və aşkar istifadə olunub:

“O gün, hə, o gün,
sən dodğında qırmızı qətiyyət,
əynində “qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə.
Mən boğazıma qara bir ciddiyət taxıb,
təraş olub, bəyəndiyin ətirdən də vurmuşdum.
O gün idi, hə, o gün,
13­ü cüməyə düşmüşdü,
“araz” kafesində ayrılmaq üçün görüşürdük.
Ofisiant bizi görən kimi öskürmüş,
sifətinə gülüş,
dilinə hazır rusca sözlər geyinib gəlmişdi yanımıza.
Mən “Günah anandadı!” salatı,
yanında “Sən məni başa düşməzsən” qızartması
istəmişdim.
Sən “Özün bilərsən” şorbası demişdin,
bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun boğazı üzülən kimi,
hesabı istəmişdik.
O gün, hə, o gün,
13­ü cüməyə düşmüşdü
ucuz bir ayrılığın hesabını ödəmişdik – alman hesabı.
Sən masadan
“Sənə qalmamışam” deyərcəsinə çantanı götürüb
getmişdin.
Mənsə addımlarımın
saatını çox geri çəkmişdim,
amma qürurumdan,
– çinarlara qohum qürurumdan –
sən bir Meduza kimi uzaqlaşarkən,
dönüb baxmamışdım arxanca.
arada düşünürəm o günü:
dönüb baxmışdınmı arxamca?
Baxmışdınsa, axı nədən,
o gün, o küçədə,
bircə heykəl vardı,
nizaminin heykəli”.

  1. Rüstəmov şeirindəki yenilikçi bənzətmələr (Simile) təqdirəlayiqdir.
  2. Bu şairin “Sinesteziya”dan (Synesthesia) daha çox istifadə etməsi yaxşıdır. Çünki bu onun güclü tərəflərindən biridir.

Rüstəmova Sinesteziya (Synesthesia) mövzusunda oxumağı məsləhət görürəm.

Bunun Rembo və Viktor Hüqo kimi şair və yazarlar tərəfindən yaşandığı deyilir. Bu cür insan, hissiyyat qavrayışından daha çox şey əldə edə bilər. Reallığı daha aydın hiss edər, sadə bir obyekti adi insanlardan daha gözəl görə bilər.

Rüstəmovun şeirdə simmetrik duyğu üçün nisbətən yaxşı bir istedada sahib olduğunu hiss edirəm, ancaq onu xüsusi məşqlərlə qidalandırmalı olduğunu bilirmi? Bunu bilmirəm.

  1. Rüstəmov şeirinin digər bir xüsusiyyəti də şeir sahəsində müxtəlif təcrübələrə cəhd göstərməsidir; ancaq bu təcrübə onun klassik şeirləri ilə kəsilir (baxmayaraq ki, pis şeirlər deyil). Bu araşdırma ruhu, Rüstəmovun şüuraltındakı külək elementi (Baçelard konsepsiyasından) qaynaqlanır. Əminəm ki, bəzi şeirlərində müasir Azərbaycanın layiqli nümayəndələrindən biridir. Əminəm ki, ondan əvvəl və onun yanında bu sahədə başqa şairlər də var.
  2. Böyük şair olmaq üçün Rüstəmov çap etmək istədiyi şeirlərin seçməsində daha sərt olmalıdır. (Misal üçün bəzi “klassika məşqləri”) Çünki O, ənənəni pozmaq üçün böyük bir istedada malikdir.
  3. Düşündüyü bir başqa məqam da şeirdə hekayə tonuna qapılmamaqdır. Eyni “Alman hesabı” şeirində bizə bir şeir şəklində bir hekayə danışır; ancaq bu şeirdə hekayə tonu heç də onu ovsunlamır; çünki metafora, bənzətmə və çox özəl təsvirlərdən istifadə edir. Ancaq şeirlərinin hamısı belə deyil.

Bundan sonra mən Qismət Rüstəmovun şeirlərində onun eyni əsas ruhunu, “dəniz fırtınası”nı izləyəcəyəm.

# 6325 dəfə oxunub

Müəllifin son yazıları

# # #