Sevgi vardır ki... - Mikayıl Müşfiq

Sevgi vardır ki... - Mikayıl Müşfiq
1 may 2024
# 18:40

Kulis.az Mikayıl Müşfiqin "Sevgilər" şeirini təqdim edir.

Sevgi vardır ki, dodaqda açar güllərini
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.
Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar
Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

# 9128 dəfə oxunub

Oxşar xəbərlər

“Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb

“Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb

13:50 9 may 2025
Azərbaycan Kann Lions münsiflər heyətində

Azərbaycan Kann Lions münsiflər heyətində

12:50 9 may 2025
“Fransa kinosu günləri”nin son nümayişi keçirilib

“Fransa kinosu günləri”nin son nümayişi keçirilib

12:10 9 may 2025
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb

"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb

11:30 9 may 2025
Jeleyəbənzər mərkəzi qərargah - Simran Qədim

Jeleyəbənzər mərkəzi qərargah - Simran Qədim

11:00 9 may 2025
9 May-a həsr olunan  elektron məlumat bazası istifadəyə verilib

9 May-a həsr olunan elektron məlumat bazası istifadəyə verilib

10:40 9 may 2025
# # #