Facebookda seks
28 avqust 2012
05:00
“Facebook” da hər bir istifadəçi öz özəl səhifəsini-ərazisini yaradır.
Ona görə, adətən tanımadığım adamları “dostluq” siyahısına qəbul etmirəm.
Şərhləri də bir qayda olaraq, yaxından tanıdığım adamların statuslarına yazıram.
Kiməsə antipatiyam varsa, onu “blok”a salıram. Yəni, şəxsi ərazimdə öz qaydalarımı diqtə edirəm.
Amma yenə də özəl əraziyə müdaxilə edənlər mütləq tapılacaq.
Məsələn, yaxından tanıdığın, ərk etdiyin bir adamın statusunda qələt edib, “seks”lə bağlı şərh yazırsan, zarafatlaşırsan, həmin dostunun dostluq siyahısında olan, ömründə adını eşidib üzünü görmədyin kimlərsə səni hədəfə alacaq, dərhal dostluq yollayacaq, “inbox”a sekslə bağlı elə absurd, elə səfeh mətn yazacaq ki, heyrətdən matın-qutun quruyacaq.
Devid Linçin “Mavi Məxmər” filmindəki qəhrəmanın monoloqunu xatırlayıram: “İlahi, bu cür insanlar hardan peyda olur?”
Hansı mühitdə, hansı ailədə böyüyür?
Həmin kimlərəsə elə gəlir ki, əgər bir xanım “seks” sözündən istifadə edirsə, bu, yalnız onun əks cinsi yatağa çağırışı kimi oxuna bilər.
Başa düşürəm ki, biz seksual təminatsızlığın aşıb-daşdığı cəmiyyətdə yaşayırıq.
Başa düşürəm ki, təminatsızlıq insanı aqressivləşdirə, onu mutasiyaya məruz qoya bilər.
Hətta vəziyyət o qədər kritikdir ki, bununla bağlı dövlət proqramının hazırlanmasına ehtiyac olduğunu düşünürəm.
Əgər kimlərinsə seksual təminatsızlığının sublimasiyası yazdığı məktubda barbar şəkildə ifadə olunursa və onu tanımadığı adama yollayırsa, üstəlik, bunu normal, sivil ünsiyyət və ya tanışlıq vasitəsi kimi görürsə, çox təəssüf.
Axı, klassik aksiomaya görə, insanı heyvandan düşüncəsi, intellekti fərqləndirir.
Mətni yazandan sonra bir də oxuyun, kompüterin düyməsini basmazdan öncə tərəddüd hissi keçirin, şüurunuzu qurşaqdan yuxarı keçirməyə, iradənizi emosiyalarınızın fövqünə qaldırmağa çalışın.
Arabir ədəbiyyat oxuyun, heç olmasa, epistolyar janrında yazılan ədəbi əsərləri... Bir az estet olun ki, barı, mətnlərinizi oxuyanda ürəkbulanması keçirməyək.

4362 dəfə oxunub