Müğənni Ledi Qaqa Dubayda verəcəyi konsert-şouda dəyişikliklər etməli olacaq. Əks təqdirdə onun çıxışına qadağa qoyulacaq.
Amerikalı ulduzun Birləşmiş Ərəb Əmirliklərindəki konsertinin təşkilatçıları düşünür ki, Ledi Qaqa ölkənin mədəni ənənələrinə hörmətlə yanaşmalıdır.
O, müsəlman ölkəsində yolverilməz olan açıq-saçıq şouya özü senzura qoymalıdır.
Müğənni 2012-ci ildə də İndoneziyadakı konsertini islamçı qrupların etirazına görə ləğv etmişdi.