Şərif Ağayar:"Son bir ildə Ayxanla çörək belə yeməmişəm"

Şərif Ağayar:"Son bir ildə Ayxanla çörək belə yeməmişəm"
22 yanvar 2015
# 17:05

Kulis.Az Şərif Ağayarın Rəşad Məcidin musavat.com-a verdiyi müsahibəsindəki ittihamlara cavabını təqdim edir.

Şərif Ağayar

Mən olsam, Anarın aysberqə çırpılmış gəmisi üçün belə canfəşanlıq eləməzdim. Bir az tədbirli olar adam...

Ömrünü vaxtı keçmiş bir adamın müdafiəsinə həsr eləməz. Onun bütün əməllərinin altına imza atmayın. İnanın, peşman olacaqsız.

Son bir ildə Ayxan Ayvazla oturub çörək belə yeməmişəm. Onun AYB-dən çıxmağından, AYB-yə qayıtmağından və məlum müsahibəsindən xəbəri olanın, evi yıxılsın. Yoxsa yalan danışanın “haramlar üstündəki səltənəti” başına uçsun.

Məni başqa heç cür ləkələyə bilməyib haqqımda “içki düşkünü” obrazı yaratmağınız köhnə NKVD şantajıdır. Şərif Ağayar ölkənin ən məşhur saytlarından birində çalışır, həftənin 6 günü işdə, qalan vaxtı dostlarının, yaxınlarının əhatəsindədir. İçki asılılığı olsaydı, görər, hiss edər, narahat olar, tədbir görərdilər.

İçki bir az şəxsi məsələdir. Kim içir, içmir, bu məni maraqlandırmır. Ancaq çevirib-çevirib dəfələrlə dediyiniz üçün cavab verməyə məcburam: gəlin, gedib yoxlamadan keçək, ikimizdən hansımızın qanında alkoqol çox olsa, mətbuat konfransı keçirib, bütün medianın qarşısında heç nə yox, alnına iki çırtma vursunlar!

Gəlməyən heç kişi deyil!

Cavan bir uşaq repressiya üsullarınızı açıb ortaya qoyub, cavab verə bilmirsiz, başlamısız ona-buna şər-böhtan atmağa. Ayıbdı, vallah. Başınızı quma soxmusuz, elə bilirsiz sizi görən yoxdur.

Sizə vaxt xərcləmək istəmirəm və bildirirəm ki, mənə böhtan atmayın. Sizə əl bulasam...

Ay Rəşad Məcid!

Cəddinizə and olsun səhv edirsiz...

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #