Direktorun səs yazısının doğurduğu suallar

Direktorun səs yazısının doğurduğu suallar
8 aprel 2019
# 13:09

“Yazın ki, pozğun ailənin uşağıdır, uğursuz ailənin uşağıdır, anası ikinci dəfə ərə gedib, uşağına baxmır...”

Bu sözləri şagirdi faciəvi şəkildə dünyasını dəyişən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova səsləndirib.

Böyük bir təhsil müəssisəsinin rəhbəri niyə belə düşünməlidir?

Ölənin arxasınca bu cür latayırca danışmaq bir yana; ikinci dəfə ailə qurmaq pozğunluqdur?

Yoxsa, hər hansı bir direktorun təəbirincə pozğun hesab olunan ailənin qızı özünü öldürməlidir?

Bəlkə, bu direktorun məsuliyyətdən yayınmaq cəhdidir?

Və həm də uğursuz bir cəhddir ki, problemi yoluna qoymaqdansa əlavə problem yaratmış oldu.

Uşaqlarımızı bu düşüncədə olan müəllimlərə, bu düşüncədə olan insanların rəhbərlik etdiyi məktəblərə necə etibar edirik?

Bəlkə, kiminsə bağ evində çılpaq oynayan, kamera qarşısında əl-qol hərəkəti ilə “Kazbek” mahnısı oxuyan qız-qadınlardan çox bu məsələyə diqqət kəsilməliyik?

Millət vəkillərimiz bəlkə bu cür daha sosial, daha vacib məsələdən ötrü narahat olsunlar?

Yoxsa, işin arxasından “böyük adamlar”ın çıxacağından ehtiyat edirik?

Bəlkə, elə qız-qadınlarımızı çılpaq oynamağa və “Kazbek” mahnısı oxumağa dolayısı ilə yönəldənlər də bu ibtidai təfəkkürlü “müəllim”lər, adam içinə çıxarılması mümkün olmayan “direktor”lardır.

Bəlkə, nəticə ilə yox, səbəblə mübarizə aparmağı öyrənək, nəhayət ki!

# 3814 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #