Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi
21 sentyabr 2026
# 16:57

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ziyarət zamanı dini ayinlər icra olunub, dualar oxunub və şəhidlərin xatirəsi yad edilib.

Alban-Udi xristian dini cəmiyyətinin sədri Robert Mobili bildirib ki, Gəncəsər Monastır Kompleksinə səfərin əsas məqsədlərindən biri qədim Alban xristian irsinin yaşadılması və bu irslə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan bir sıra qədim xristian məbədləri Qafqaz Albaniyasının dini-mədəni irsinin nümunələridir. Robert Mobili qeyd edib ki, tarixən Alban kilsəsinə məxsus olan bəzi məbədlərin sonrakı dövrlərdə erməniləşdirilməsi və onların üzərində dəyişikliklər aparılması ilə bağlı faktlar mövcuddur.

O bildirib ki, 1836-cı ildə Rusiya imperiyası tərəfindən qəbul edilən əsasnamədən sonra Alban Apostol Avtokefal Kilsəsinin fəaliyyətinə son qoyulub və onun irsi erməni kilsəsinin tabeçiliyinə keçirilib.

Robert Mobili Gəncəsər Monastır Kompleksinin Alban kilsəsinin tarixi irsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu gün həqiqət bərpa olunub. Qarabağ işğaldan azad edilib, kilsələrin də qapıları açılıb. Biz gəlib öz doğma kilsələrimizdə ibadət edirik. Gəncəsər Monastır Kompleksi Qafqaz Albaniyasının mövcud olan Alban kilsəsinin mirvarilərindən biridir”.

Alban-Udi dini icmasının sədri çıxışında Azərbaycanda qədim xristian irsinin qorunmasına göstərilən diqqətdən də danışıb. O qeyd edib ki, Alban-Udi icmasının nümayəndələrinin tarixi məbədləri ziyarət etməsi bu irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Robert Mobili Azərbaycanın tolerantlıq mühitinin Alban-Udi icmasının öz dini irsinə bağlılığını qorumasına imkan verdiyini də bildirib.

***

12.41

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, icma nümayəndələri monastır kompleksində dini ayinlər icra edib, dualar oxuyublar.

# 391 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər