Söz verdiyim kimi bir neçə Facebook lətifəsini sizə təqdim edirəm. Oxuyun, kefiniz açılarsa, nə mutlu mənə!
Oğlan:
- Aşqım, dünən səni dürtdüm, niyə cavab vermədin?
Qız:
- Ehhh!!! Feysdə nənəm də dürtər!
***
Uzun çat söhbətinin nəticəsi:
- Siz gül kimi gözəlsiz!
- Mən ki şəklimi qoymamışam, nədən bildiniz?!
- Tikanlarınızdan!
***
Gənc oğlanın sevgi mesajı:
"Xanım, artıq mən başqasını sevəsi oldum, sizin iş yeri uzaqdır, gəlib-getmək olmur!"
***
- Səni sevirəm!
- ))))))))))))))))))))))))))
- Gülmə, mən ciddiyəm!
- Gülmürəm, sevinirəm!
***
Status:
“Başımı yolunda qoydum, vətən! Zatən içində bir şey yox idi!”
***
İki dostun telefon söhbəti:
- Fb-də görünmürsən...
- Axşam prosessoru pəncərədən atdım.
- Yox a! Niyə?
- Arvad qısqanırdı. Baxdım ki, ya arvadı atmalıyam, ya da kompüteri... Uşaqlara yazığım gəldi.
***
Bir dostumun inboxa yazdığı mesaj :
“İsmayıllıya dincəlməyə getmişdik. Birdən yanında şipşirin bir qoduğu olan eşşək gördük. Hələ orta məktəbə getməyən qızım qışqırdı: "Ata eşşəyin balasına bax, gör nə gözəldi? Ata! Ata! Bax, bax! Mənə oxşuyurmu?"
Həyat yoldaşımın da heyvanlara maraqla tamaşa etdiyini görüb ona sataşmaq istədim: "Hə, qızım, o birisi də anana oxşayır!"
Bu zaman yıxıq tikililərin arasından erkək bir eşşək çıxıb təşəxxüslə dişi uzunqulağa yaxınlaşdı. Qızım onu görcək sevinclə lap ucadan qışqırdı:
"Ata, bu da sənə oxşayır!"
***
- Səni bu dəqiqə bloka ataram!
- Blok nədir?
- Virtual həbs qətimkan tədbiri!
***
- İşdə də, ailədə də, aşqda da, səhhətimdə də ciddi problemlər var.
- Sən özünə kəndir-sabın axtar, Fb-də nə gəzirsən?
***
- Virtual oğlu virtual!
- Online köpəyoğlu!
***
Bir aşiqin inboxa yazdıqları:
“Sən gedən gün ürəyimi yoxlayan həkim eynəyini çıxarıb təəccüblə sifətimə baxdı: "Muzik pleyer - zad udmamısan ki, səndən kamança səsi gəlir!"
***
Elçilik dialoqu:
- Oğlum içsə də, çəksə də, feyzbuka girmir heç vax!
- Vallah bizim qız girsə də başqa adla girir...
***
Status:
“Axşam-axşam qız uşağının feyzbukda nə işi var?!”
***
Gənc oğlanın evli xanımla yazışması:
- Oldu, canım, indi ərim gələcək, mən çıxım, hələlik.
- Hələlik. Kişini öp mən əvəzdən!
Facebook lətifələri
30 oktyabr 2012
10:18
4151 dəfə oxunub