Zərifliyini itirdiyi üçün arvadından ayrılan yazıçı - Yaraşıqlı, amma vəfasız...

Zərifliyini itirdiyi üçün arvadından ayrılan yazıçı - Yaraşıqlı, amma vəfasız...
10 fevral 2024
# 17:00

Bu gün “Doktor Jivaqo” romanıyla Nobelə layiq görülən Boris Pasternakın doğum günüdür.

O, həm özünü, həm də sevdiyi qadını iztirabın qoynuna atdı. Bu roman ona həm böyük xoşbəxtlik, həm də kədərli bir tale bəxş etdi.

Bu yazıda onun həyatına daxil olmuş qadınlardan və unudulmaz sevgisindən bəhs edəcəyik...

İncəsənətlə dolu uşaqlıq

Boris Leonidoviç Pasternak 1890-cı ildə Moskvada rəssam və piyanoçu ailəsində dünyaya gəlib. Uşaqlıqdan Pasternak öz evlərində məşhur insanları görüb: doğulduğu yerə musiqiçilər, rəssamlar, ədəbiyyatşünaslar təşrif buyurardı. Məhz buna görə, o, Rusiyanın ən məşhur incəsənət adamları ilə uşaqlıqdan tanış olmağa müvəffəq olmuşdu...

Filosof Pasternak

Pasternakın özü heç də pis ifa etmirdi, rəsm çəkməyi də yerindəydi. Balaca Boris gördüklərini tətbiq edə-edə böyüdü. 18 yaşına çatanda Moskava İmperiya Universitetinin hüquq fakültəsinə daxil oldu, ancaq bir neçə il keçdikdən sonra fəlsəfə tarixi fakültəsinə köçürüldü. Gənc Pasternakın arzusu filosof olmaqdı. Bir neçə il fəlsəfəylə məşğul olan Pasternak anasının günlərlə yığdığı pulla Almaniyaya, ordakı tanınmış filosofların mühazirələrini dinləməyə gedir. Özünü bu sahədə yetişdirəcəyini düşünən Pasternak Almaniyada ümidsizliyə düşür. Geridə qalan pulla İtaliyaya getməyi qərara alır. Moskvaya geri qayıdanda isə Pasternak artıq fəlsəfənin içində bütövləşə bilməyəcəyini anlayır və poeziyaya atılır...

Şair Pasternak

Müasirləri, yaxın tanışları, dostları Pasternakın gözəl səsindən, yaraşığından danışmaqdan doymurdular. Deyilənə görə, Pasternakın görkəmində nəsə cazibəli bir şey vardı ki, o da insanı özünə cəlb edirdi. Onun əllərinin zərif, piyanoçular kimi yumşaq olduğunu deyənlər də var.

Pasternak qadınların daim diqqətindəydi. Bu adama vurulan çox qadın vardı. Pasternak öz tox duruşu, sakit tövrləri ilə digər kişilərdən seçilirdi. Bəlkə də qadınların ona vurğunluğu məhz bu səbəbdən idi.

Pasternakın ilk qadını

Birinci sevdiyi qadın rəssam olub. Adı Yevqeniya Luryaydı. Bu qadın Pasternakla düz yeddi il bir yerdə yaşayacaqdı...

Yeddi ildən sonra Yevqeniya... Yox, düşündüyünüz kimi ölmədi. O, hələ Pasternakla bərabərdi. Lakin günlərin bir günü Pasternak Zinaida adlı bir qadınla tanış olur. Dostlarının təşkil elədiyi yığıncaqda qadını görən Pasternak gözünü ondan ala bilməyib.

Yevqeniya ölməmişdi, ancaq Pasternakın ondan ayrılmaq istədiyini eşidəndə çox pis oldu, “ölüb-dirildi”. Qadının ölümü kişinin başqasını seçməsindən sonra başlayır. Yəqin ki, Yevqeniya bu hadisəni ölənə qədər unutmayacaq və diri meyit kimi yaşayacaqdı...

İkinci qadını

Pasternak artıq seçimini etmişdi. O, Zinaida ilə birgə Qafqaza getməyi üstün tutur. Sevgililər insanlardan uzaqlaşıb dünyadan təcrid olunmaqla xoşbəxtliyin zirvəsinə qalxacaqlarını düşünürlər. Artıq dünyada ikisindən başqa heç kim yoxdu...

Bəli, Pasternak qərarını vermişdi. O, Luryedən, yəni ilk qadınından ayrılıb Zinaida ilə evləndi. Bu onun ikinci evliliyi idi. On altı il xoşbəxtliyin zirvəsinə qalxan cütlüyün gözəl günləri yeni bir qadının peyda olmasıyla yoxa çıxacaqdı...

Üçüncü qadın

Olqa İvinskaya... Pasternakın növbəti seçimi bu qadındı. Onlar müharibədən sonra, 1946-cı ildə qarşılaşmışdılar. Onda Olqanın otuz dörd yaşı vardı. Dul qadın olan İvinskayanın iki uşağı vardı. Qız birincidən, oğlan isə axırıncı ərindəndi. Olqa “Novıy mir” jurnalında çalışırdı. Bir gün qadının işlədiyi yerə Boris Pasternak təşrif buyurur və onlar bir-biriylə tanış olurlar. Onda şair roman yazmağa başlamaq istəyirdi. Aradan xeyli ötəndən sonra İvinskaya haqqında belə düşünürdü: “O, həyatın gözəlliyini, yaşamaq sevincini ifadə edir. O, hər şeyi dərk edir. O, mənim ruhuma və yazıçılığıma hopdu...”

Talenin ayırdığı cütlük

Şair düşünürdü ki, öz arvadını sevir, onu buraxıb gedə bilməz, Zinaidanı tək qoymaq ixtiyarında deyil. Ancaq digər tərəfdən Zinaida da Olqaya xas heç bir xarakter yoxdu: nə qadınlıq, nə həyat sevgisi, nə də arzularla yaşamaq. Bir də Zinaidada romantikadan əsər-əlamət yox idi, incəliyini, zərifliyini çoxdan itirmişdi...

Olqanın dostu xatırlayır ki, onların küçənin ortasında, arabanın yanında durub söhbət etdiklər vaxt, qadın pərt halda Pasternaka artıq bu münasibəti bitirməyini istəyir. Şair isə gülə-gülə: “Sən hələ bunun film olduğunu düşünürsən” demişdi. Pasternak heç vaxt öz hisslərindən utanmamışdı, özünün gülünc, zəif görünməsindən qorxmamışdı. Şairin bu cəsarəti, yaxınlığı İvinskayanın borana, tufana bənzər hiddətini dağıtmışdı...

Heç kimin sözünə baxmayan, bu münasibətin bitməsini istəməyən Pasternak özü də istmədən Olqayla ayrılmalı oldu. Onu 1949-cu ildə gözlənilmədən həbs etdilər.

Olqa ondan sonra özünün guya Pasternakla əvvəlcədən müyyənləşdirilmiş qaçış planı olduğunu söyləyəndə qadından tələb etdilər ki, şairin “siyasi şübhə”sini, Sovet həqiqətlərinə böhtan atmasını təsdiqləsin. Bir neçə ay şairin sevgilisini soyuq və rütubətli kamerada saxladılar, təsdiq etməsi üçün hər gün qadını döyürdülər.

Olqa Pastenkadan hamiləydi, ancaq artıq uşağı istəmirdi. Qadın qorxulu bir hala düşmüşdü. Beləliklə də, istintaqdan sonra Olqa uşağı düşürmüşdü.

Dindirmə nəticələndi və onu həbs düşərgəsinə göndərdilər. Şair bir neçə dəfə sevgilisini azad etmələrini tələb etdi. Qadının xilas olmağını istəyirdi, çünki onu sevirdi. Dörd il müddətində Olqanın uşaqlarına baxmış, maddi köməklik etmişdi öz sevdiyi qadınına və indi Pasternak öz ilham pərisinin əzab çəkməsini istəmirdi.

Sonuncu görüş

Olqa İvinskaya 1953-cü ildə azadlığa buraxıldı və yenidən Pasternaka qayıtdı. Bu neçə ildə şairə elə gəlmişdi ki, o infarktın astanasındadır. Həddindən artıq çox yaşlandığını hiss eləyirdi. Onun sevgisi daha da güclənmişdi, sevgilisinə olan münasibətində iztirab və zəriflik öz yerini almışdı. Pasternak düşünürdü ki, artıq Olqa onun ürəyinə əbədiyyən yazılıb.

Aradan xeyli vaxt keçdi. Bu müddət ərzində Pasternak “Doktor Jivaqo” romanını tamamladı, Nobel mükafatını aldı. Bu, Sovet hökümətini də qane etdi.

Şair söhbətlərin yatışdığı bir vaxtda Peredelkinoya getdi. Qəfil gedişinə görə Pasternak Olqaya bir məktub yazdı:

“Olyoşa, indi, səhər tezdən oyanmaq necə də kədərlidir! İndi sənin harda və necə olduğunu düşünürəm. Mənim qızılım, səninlə həyata bağlıyam, sən mənim pəncərədən içəri düşən günəş şüamsan. Öz günahlarıma görə təəsüflənir, kədərlənirəm. Hər şey, ətraf səninlə bağlıdır. Mən günahkarcasına və kədərlə səni sevirəm.”

Pasternak bir ayrı məktubunda yazırdı:

“Doğma Olyoşa, mən səni bütövlüklə hiss edirəm... Doğmalığım, sevincim mənim, bu necə ağlasığmaz xoşbəxtlikdi, sən bu dünyada yaşayırsan və mən səni axtarıb tapa, görə bilərəm. Sən mənə dözürsən, sözümü deməyə, ürəyimi boşaltmağa imkan verirsən. Hər görüşümüzdə bu mənim düşüncələrimə və hisslərimə hopub.”

Aradan bir il keçəndən sonra Pasternak sonuncu dəfə Olqanı görür. Ancaq artıq onların qovuşması mümkün deyil.

Son

Pasternak infarktın astasındaydı. Vəziyyəti çox pis idi. Bundan xəbər tutan Olqa onu görmək istəsə də, şairin qohumları qadını evə buraxmadılar. Olqa o gün ağlaya-ağlaya düşündü ki, onun həyatında yalnız Pasternak olub.

Ölüm ayağında olan şair xoşbəxt idi. O, qohumlarına bu əclaf dünyadan, bu alçaq insanlardan qurtulmağına sevindiyini demişdi. Artıq dünyada Pasternakın görəcəyi heç nə qalmamışdı. O, artıq bu insanlardan çox uzağa gedəcəkdi...

Olqa Pasternakın ölümündən sonra ağır, əzablı günlər keçirdi. Dostları onu tək buraxmırdı, ancaq o, özünü tamamilə yalqız hiss edirdi. Pasternakın qohumları isə bu qadına güvənmir, onu yalançı, pis bir insan kimi görürdülər.

Yayda Olqanın başının üstünü qara buludlar aldı. O, Pasternakı itirdiyi kimi, ikinci dəfə öz azadlığından məhrum oldu. Bu dəfə isə, onu şairə olan məktublarına görə tutumuşdular. Onu dörd ildən sonra buraxdılar. Ancaq Olqa daha özünə gələcək durumda deyildi. Pasternak qadının həyatını da özüylə bərabər aparmışdı.

# 1556 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #