“Payız gəldi” plagiatdırmı? – Fikrət Qocadan AÇIQLAMA

“Payız gəldi” plagiatdırmı? – Fikrət Qocadan AÇIQLAMA
2 sentyabr 2016
# 12:38

Bu yaxınlarda Kulis.Az Fikrət Qocanın “Payız gəldi…” şeirini “Günün şeiri” layihəsindən çap etmişdi.

Məşhur şeir sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Bəzi oxucular Fikrət Qocanın şeiri plagiat etdiyini düşünürdü. İddia edirdilər ki, bu şeir Mənsur Vəkilov tərəfindən rus dilində yazılıb, Fikrət Qoca isə tərcümə edib.

Bəziləri isə iddia edirdilər ki, əksinə, Mənsur Vəkilov Fikrət Qocanın şeirini eyni adlı məşhur mahnının rus versiyası üçün işləyib.

Şeirin əsl müəllifini dəqiqləşdirmək üçün Xalqa şairi Fikrət Qoca ilə əlaqə saxladıq.

Fikrət Qoca plagiat iddiasını əsassız hesab etdi:

“Bu şeiri plagiat adlandırmaq həm mənə, həm də Mənsur Vəkilova təhqirdir. Mənsur Vəkilov çox gözəl şair idi, biz dost idik. O, gözəl şair olmaqla bərabər, həm də gözəl, təmiz insan idi. “Payız gəldi…” mahnısının musiqisini bizim gözəl bəstəkarımız Emin Sabitoğlu bəstələmişdi. Mən də o musiqiyə belə bir mahnı mətni yazdım. Sonra bu filmdə istifadə olundu. Mənsur Vəkilov isə rus oxucusu üçün, daha geniş auditoriyaya tanıtmaq üçün bu musiqiyə başqa bir mətn yazdı. Belə plagiat olmur. Plagiat o zaman olar ki, bu şeiri Mənsur Vəkilov yazıb və deyirəm ki, mən yazmışam. O, mahnı mətninin rus versiyasını yazıb. Yəni həmin musiqinin rus variantını. Məni plagiatda günahlandırmaq düz deyil. Çünki bu musiqini Azərbaycan bəstəkarı bəstələyib və ilk mən ona mahnı mətni yazmışam. Fikir versəniz, görərsiniz ki, şeir tərcüməyə oxşamır, orjinaldır. Bir də, mən o şeiri rus dilinə tərcümə etsəm, çox pis tərcümə edərdim”.

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər