Arvadının manyak adlandırdığı məşhur müğənni – HƏYAT HEKAYƏSİ

Arvadının manyak adlandırdığı məşhur müğənni – <span style="color:red;">HƏYAT HEKAYƏSİ
24 yanvar 2017
# 08:30

Onun məşhurluğu çox qəribə başlayır. Bir gün usta kimi çalışdığı yerdə mahnı oxuyur. Bu vaxt kino sahəsində çalışan biri onun səsini eşidir və heyran olur, onun kazinolarda çıxış etməsinə şərait yaradır. Bununla da uzun, şöhrət və pulla dolu, “İmperator” ləqəbli karyerası başlayır...

Bu ay onun 65 yaşı tamam oldu...

Həyatı

İbrahim Tatlısəs 1 yanvar 1952-ci ildə Şanlıurfada 7 uşaqlı kasıb ailədə dünyaya göz açıb. Anası kürd, atası ərəb olan İbrahimin əsl soyadı Tatlıdır. O, “Kanal D” televiziyasında yayımlanan proqramda "Özünüzü necə ifadə edərsiniz?”, - sualına “Atam ərəb, anam kürd, mən də türkəm", - deyə cavab verib. Sənətçi 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlayıb.

Sənətçinin uşaqlığı həmişə yoxsulluq içində keçib. Həyatın ağır yükünü o, hələ uşaq yaşlarından öz çiyinlərinə götürüb. Ətrafındakı hər kəs onu gözəl və yanğılı səsi ilə tanıyırdı. İllər sonra Tatlısəs ailəsi ilə birgə İstanbula köçüb. Burda qohumlarının yanında qalaraq ağır işlərdə çalışırdılar – ləbləbi satıcılığından tikinti işlərinə qədər... İbrahim Tatlısəs ibtidai təhsil diplomunu 30 iyun 1976-cı ildə qiyabi oxuduğu Kilis Kartalbey məktəbindən alıb.

Ibrahimin en kicik qizi.Jpeg görüntüleniyor

İbrahim əvvəl Adanada, sonra da Ankarada müxtəlif kazinolarda səhnəyə çıxıb. Səsinin gözəlliyinə valeh olan adamlar vasitəsilə şöhrəti dildən-dilə gəzib. 1970-ci illərin ortalarına doğru İstanbulda səhnəyə çıxan Tatlısəs şansını sınamaq istəyir, ailəsinin və ətrafındakıların köməyilə ilk kasetini çıxarır. Bu albom onu ​​şöhrətə çatdıracaq qapıları sona qədər açır.

1975-ci ildə çıxardığı "Ayağında kundura" adlı valla bütün Türkiyəyə səsini eşitdirib. Daha sonra "Sabuha", "Dom-dom kurşunu", "Bir mumdur" kimi nəğmələri şöhrətini daha da artırıb. Albomlarının satışı milyonları keçib. Oxuduğu türkülərlə saysız-hesabsız mükafatlar alıb. Bir çox filmlərə çəkilib, tok-şou proqramlar hazırlayıb. Rejissor, aktyor, ssenarist, söz yazarı, köşə yazarı, bəstəkar və şərhçi olan Tatlısəsin sahib olduğu şirkətlər qrupu - qida, film, turizm, aviasiya və nəşriyyat sahələrində fəaliyyət göstərir.

ibrahim-tatlises-ten-sert-cevap-1437576793.jpg görüntüleniyor

Karyerası

"Ayağında kundura" türküsü ilə məşhurlaşan Tatlısəs 1978-ci ildə elə eyni adlı kino ilə də film karyerasına başlayıb. Sənətçi gördüyü hər işdə uğurlu olmağın sirrini öyrənmişdi. Artıq nə etsə, müvəffəqiyyət qazanırdı, “Xalqın İbo”su olmuşdu.

İbo 1979-cu ildə "Qara yaylıq" filmində rol alıb. İbrahimin 1980-ci illərdə çıxardığı "Allah-Allah", "Qara zindan", "İnsanlar" və "Fosforlu cevriyəm" albomlarının satış rəqəmi milyonları keçib.

013_d.jpg görüntüleniyor

1987-ci ildə şəxsi val şirkəti “Tatlıses Musiqi”ni yaradıb. Ozamankı Türkiyə prezidenti Turqut Özalın “Madam ki, ən çox bunlar dinlənilir, TRT-yə çıxa bilər”, - deməsiylə İbrahimin həyatında daha böyük uğurlar başlayıb. O, 1989-cu ilin Yeni il günü daha əvvəl heç bir albomunda oxumadığı və xüsusi klip çəkdiyi "Ağ gül, qırmızı gül" mahnısıyla TRT-yə və televiziya dünyasına rəsmən addım atdı.

1980-ci illərdə Yunanıstandan Səudiyyə Ərəbistanına, Almaniyadan Əfqanıstana qədər geniş bir coğrafiyada, milyonlarla pərəstişkar qazanıb. Kasetləri bəzi ölkələrdə milyonlarla satılan İbrahim Tatlısəs həm ölkə daxilində, həm də xaricdə saysız-hesabsız mükafatlara sahib olub.

ibrahim-tatlises-b7.jpg görüntüleniyor

Tatlısəsin, musiqi həyatındakı uğuru və məşhurluğu qısa müddət sonra ona film qapılarını da açıb. Həyatı boyunca nümunə aldığı Yılmaz Güney kimi o da çox uğurlu filmlərdə rol alıb. Yılmaz Güneylə digər bir ortaq nöqtəsi qızların sevimlisi olması idi. "Yılmazın yerinə oynayır", - başlıqlı xəbərlə bağlı İbrahim deyirdi: “Məni Yılmaz Güneyə bənzədənlər var. Bəlkə tip olaraq çox bənzəmirik, amma onun yoluyla gedirəm. Son filmimdə onun davranışlarından istifadə etmişəm”.

90-cı illərdə yetkinlik dövrünü yaşayan sənətçi, artıq musiqi dünyasında əvəzedilməz yerə sahib olmuşdu. O, həmin illərdə tərzində dəyişiklik edərək “arabesk” musiqiyə keçid edib. Bu illərdə "Ah keşkəm", "İki gözüm iki bulaq", "Yar dilinə" kimi məşhur mahnılardan əlavə öz yazdığı musiqiləri də səsləndirib.

1983-cü ildə çıxardığı "Mega aşk" adlı albomda Səlami Şahinə aid "Səni sevmədiyim yalan", "Axşamdan axşama", "İçim deyirəm", "Bu necə gözəldir" kimi dövrün maraqla dinlənilən mahnılarını ifa edib. Həmin albomda yer alan Yusif Hayaloğlunun "Dağlarda qar olsaydım" türküsü, o dövrdən günümüzə qədər məşhurluğunu qoruyub.

Ibo-derya.jpg görüntüleniyor

İbrahim Tatlısəs 1995-ci ildə "Klassiklər" adlı albomda keçmiş mahnılarını bir araya toplayıb. Texnologiyanın inkişafından istifadə edən sənətkar albomda köhnə mahnılarını yenidən səsləndirərək həm yeni nəslin köhnə Tatlısəsi tanımağına şərait yaradıb, həm də pərəstişkarlarının arxiv mahnıları toplaya bilməsini təmin edib.

1996-cı ildə "Mən də istəyərəm" albomundakı "Fırat" türküsüylə uzun müddət dillər əzbəri olub. Ondan bir il sonra “At getsin” albomunu bazara çıxarıb. Bu albomunda da Sezen Aksu, Kayahan kimi pop musiqisinin usta nümayəndələrinin əsərlərini ifa edib.

Tok-şou proqramlar hazırlayıb müxtəlif sənətçilərin klip rejissorluğunu edən İbrahim Tatlısəs daha sonra siyasətə qatılmağa qərar verib.

ibo-derya tuna.jpg görüntüleniyor

2007-ci ildə Gənc Partiyadan millət vəkilliyinə namizəd olan müğənni, partiyası seçkiləri uda bilmədiyinə görə deputat ola bilməyib.

2011-ci ildə millət vəkilliyi üçün Ədalət və İnkişaf Partiyasına namizədlik müraciətini etsə də, bu partiyadan namizəd göstərilməyib. Sonra Tatlısəs Şanlıurfadan müstəqil namizədi olub, daha sonra namizədliyini geri götürüb.

40-dan çox albom çıxaran “İmperator” bir çox filmlərdə rol alıb və 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışıb. Tatlıses biznes həyatında hər gün daha da irəli gedir. Tatlısəs təkcə sənətilə deyil, biznes sahələrində iki min adama iş verməklə, iş sahəsində böyük uğur qazanmaqla da adını Türkiyənin sayılıb-seçilən şəxsləri arasına salıb.

Sənətkarın güllələnməsi

İbrahim Tatlısəsin həyatının ən ağır gecəsini 14 mart 2011-ci ildə yaşayıb. Tanınmış müğənni axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. "Nurol Plaza"da çəkilən bir verilişə çağırılmış Tatlısəs çəkilişlər başa çatandan sonra maşınına minərkən onlara yaxınlaşan digər maşından “Kalaşnikov” avtomatı ilə atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub. 28 martda sənətçinin həyati təhlükəsi aradan qalxıb.

Ibdo-Ido2.jpg görüntüleniyor

6 aprel 2011-ci ildə müğənni müalicəsinin davamı üçün Almaniyaya aparılıb. Sürətlə sağalan Tatlısəs 2 İyun 2011-ci ildə “TC İbo” adlı xüsusi təyyarəsi ilə Türkiyəyə geri dönüb. Daha sonra müalicəsinin davam edəcəyi Maltəpə Darüşşafak Reabilitasiya Mərkəzinə aparılıb. Hazırda sənətkarın vəziyyəti yaxşıdır, amma danılmaz faktdır ki, baş verən hadisə onun musiqi karyerasına öz təsirini göstərib.

Şəxsi həyatı

İbrahim Tatlısəs, ilk evliliyini Urfada Ədalət Durak ilə həyata keçirib. Cütlüyün 3 uşağı olub və onlar ayrılıb.

1979-cu ildə “Qara yaylıq” filmində tanış olduğu aktrisa Perihan Savaş ilə münasibətə başlayan Tatlısəs daha sonra onunla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Mələk Zibeydə adlı qızı var.

fft99_mf5409446.Jpeg görüntüleniyor

9 avqust 1984-cü il tarixli qəzetlərdə yer alan xəbər hamını təəccübləndirib. Xəbərdə yazılmışdı: “İbrahim Tatlıses tərəfindən qaçırıldıqdan sonra yeddi saat ərzində döyüldüyünü iddia edən aktrisa Perihan Savaş prokurorluğa müraciət edərək onun ruhi xəstə olduğunu bildirib və həbs olunmasını istəyib. P.Savaşın gözünün altının göyərdiyini, qaşının partladığını görüblər. Tatlısəs ifadəsində bildirib ki, o, qızımın anasıdır, sağda-solda gəzməyini kişi olaraq qüruruma sığışdırmadım”.

Bundan sonra cütlük ayrılıb.

1983-cü ildə “Günah” filmini çəkərkən Dərya Tuna ilə tanış olan Tatlısəsin ondan İdo (İbrahim) adlı bir oğlu var. Ancaq cütlük heç zaman ailə həyatı qurmayıb. İbrahim Tatlısəs bir müddət məşhur rəqqas Asena ilə də eşq macərası yaşayıb.

Ibo-Asena1.jpg görüntüleniyor

İbrahim Tatlısəs 27 sentyabr 2011-ci ildə xəstəxanada sürpriz şəkildə Ayşəgül Yıldızla ailə həyatı qurub. Tatlısəsin nikah şahidi Fatih Tərim olub. Cütlüyün Elif Ada adlı qızları var. Bu evlilik də uzun müddət davam etməyib və cütlük 29 noyabr 2013-cü ildə boşanıb.

İ.Tatlısəs boşanma xəbəri ilə bağlı belə açıqlama verib: “Sevgili dostlarım, xahiş edirəm, bu mövzuda heç kim məndən heç nə soruşmasın. Bu, səhhətimlə əlaqəli aldığımız qərardır. Anlayış göstərin. Ayşəgül xanım Elifimin anasıdır, mənim də qiymətlimdir. Onun pis olmasını istəmirəm”.

fft99_mf1655381.Jpeg görüntüleniyor

Bundan əlavə, İbrahim Tatlısəsin Dilan Çıtak adlı qızının olduğu da ortaya çıxıb. Dilan Çıtak illərdir İbrahim Tatlısəsin qızı olduğunu iddia etmişdi. Onun öz qızı olduğunu etiraf edən Tatlısəs “Əslini inkar edən bizdən sayılmaz”, - deyərək sosial mediadan sözünü demişdi.

Tatlısəsin qızı Dilan Çıtak, 2 dekabr 1989-cu ildə İstanbulda doğulub. O da atası kimi musiqiçidir. Məşhur müğənni söz-söhbət yayılan zaman sosial mediada oğlu İdo Tatlısəs və qızı Dilan Çıtak ilə çəkdirdiyi fotonu paylaşıb və yazıb: “4 gündür demədiyiniz söz, yazmadığınız şərh qalmayıb. Bütün sirlər bu fotoda açılır – İbo-İdo-Dilo. Niyə bu qədər zaman gözlədim? Çünki hər şeyin bir zamanı var idi və doğru zaman bugünmüş... Sizləri sevirik...”

# 1277 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #