Çılpaq arxalarını göstərən rəssamlar - FOTOLENT

Çılpaq arxalarını göstərən rəssamlar - FOTOLENT
30 aprel 2013
# 07:15

Volfqanq Qanter, Ali Yanka, Tobias Urban və Florian Rayter adlı dörd avstriyalı gənc rəssam 1978-ci ildə “Gelitin” (“Jelatin”) adlı qrup yaradır. İlk illərdə o qədər diqqəti cəlb etməsə də 1993-cü ildən başlayaraq qrup öz epataj instalyasiyaları ilə publikanı daha çox heyrətləndirməyi bacarır. Bu ildən başlayaraq onların əsərləri dünyanın bütün ölkələrində sərgilənməyə başlayır.

Qrup 2001-ci ildə Venesiya beneialına dəvət alır. Bundan sonra onun şöhrəti daha da artır. İnstalyasilar üçün onlar hər cür materialdan istifadə edirlər.

“Gelitin” bu vaxta qədər bir sıra maraqlı instalyasiyalar göstərib. Qrupun 2000-ci ildə Ümumdünya Ticarət binasında göstərdiyi aksiya “The B-Thing” adlanırdı. Qrup üzvləri göydələnin pəncərələrindən birini çıxararaq orada balkon düzəltmiş və vertalyotla onların şəkillərini çəkən jurnalistlərə poz vermişdilər.

Qrupun “Zapf de Pipi” adlı başqa bir aksiyası isə 2005-ci ildə Moskvada müasir incəsənət benialında baş tutmuşdu. Deməli, qrup Qırmızı Meydanın yaxınlığındakı Lenin Muzeyində taxtadan kənd tualeti quraşdırıblar. Bundan sonra tamaşaya gələnlərdən xahiş ediblər ki, tualetə keçib sidiyə çıxsınlar.

Tualetin çıxarı isə muzeyin pəncərəsindən həyətə axıdılırdı. Dondurucu fevral soyuğunda tualetin borusundan bayıra axan sidik nəticədə nəhəng sırsıra əmələ gətirmişdi.

“Gelitin” qrupunun ən maraqlı işlərindən biri də “Klunk Garden” (“Çılpaq dalların bağı”) instalyasiyası adlanır. Bu instalyasiyada ənənəvi yapon daşlı bağçası təsvir edilir.

Amma çınqılların fonunda daş deyil, çılpaq yanbızlar sərgilənir. Üstəlik, ilk baxışda bu yanbızlar plastik əşya təsiri bağışlasa da əslində canlı insan dallarıdır.

“Çılpaq dallar bağ”ı canlı insanlardan dekorasiya olunub. Dekorasiya rolunda isə rəssamların özləri və dostları iştirak ediblər. İnstalyasinın hazırlanmasında 7 nəfərin arxasından istifadə olunub.

İnsanları heyrətləndirən bu “arxalı” instalyasiya ilk dəfə 11 aprel 2009-cu ildə Yaponiyada “Tomio Koyama” qalereyasında təqdim olunub. Təəccüblü burasıdır ki, instalyasiyanın hazırlanmasında yaponlar da ürəkdən iştirak ediblər və onların milli adətlərinin bu tərzdə təqdim olunması yaponlarda heç bir əks təsir yaratmayıb. Çünki yapon dini görüşünə görə bu bağlar buddist cənnətinin rəmzi sayılır.

# 4897 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
#
#
# # #