Dinşünaslar qərar verdi: “O, həqiqi İsa deyil”

Dinşünaslar qərar verdi: “O, həqiqi İsa deyil”
10 mart 2015
# 15:59

Rusiyada kilsə və teatr arasında məhkəmə davası davam edir. Martın 10-da Novosibirsk məhkəməsinin “Tanqeyzer işi” ilə bağlı iclası keçirilib. “Kulis”in rus saytlarına istinadən verdiyi xəbərə görə dinşünas ekspertlər Novosibirsk teatrında “Tanqeyzer” operasına quruluş vermiş Kulyabinin tamaşasında xristian simvollarını təhqir edən bir məqam tapmayıblar.

“Tamaşada İsanın İncildəki obrazı yoxdur, çünki İncildəki İsa həqiqidir. Tamaşadakı İsa obrazı isə təxəyyül məhsulu, uydurmadır” – deyə dinşünas Vladimir Vinokurov izahat verib.

İkinci ekspert Boris Falikov da qeyd edib ki, müəllifi personajla eyniləşdirmək olmaz, həm də tamaşada dini simvol və atributlar bədii kontekstdə təqdim olunub və sakral əhəmiyyət daşımır. Falikov qeyd edib ki, yaddan çıxarmaq olmaz ki, söhbət təxəyyülün içindəki təxəyyüldən gedir.

Xatırladaq ki, kilsə və teatr arasında məhkəmə davasına səbəb Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrında “Tanqeyzer” (Vaqner) operasına rejissor Kulyabinin düşündüyü quruluş olub: Rejissor tamaşadakı hadisələri müasir dövrə gətirib. Əsas qəhrəman “Veneranın mağarası” adlı filmi yenicə bitirmiş kinorejissor Henrik Tanqeyzerdir. Hadisələrin inkişafından tamaşaçı anlayır ki, film guya İsa Məsihin Veneranın mağarasında yaşadığı və cismani həzlər keçirdiyi vaxtlarından, həyatının ilk illərindən bəhs edir.

Tamaşada “Tanqeyzer” filminin plakat afişası da gözə dəyib. Bu plakatda Məsihin çarmıxdakı kanonik fiquru qadın ayaqlarının arasında yerləşdirilib. Bundan başqa tamaşada filmin bu hissələrinin “çəkilişi” də yer alıb.

Xatırladaq ki, Məhkəmə Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının direktoru Boris Mezdriçə qarşı teatrın “Tanqeyzer” operası ilə bağlı ittiham üzrə inzibati işi araşdırır. İş yerli kilsənin müraciəti əsasında Novosibirsk prokurorluğunda açılıb, müəlliflər “dini ədəbiyyata, dini simvol, atribut və predmetlərə düşünülmüş şəkildə ictimai hörmətsizlik göstərilməsi, məhvi və ya zərər verilməsi” maddəsi ilə ittiham olunur. Novosibirsk və Berdskinin mitropoliti (provaslav dini rütbəsi) Tixonun müraciətini quruluşa qarşı aksiya keçirən yüzlərlə Novosibirsk sakini dəstəkləmişdi.

Bir çox teatr adamları, o cümlədən Moskva Bədaye Teatrının rəhbəri Oleq Tabakov tamaşanın müdafiəsinə qalxıb. Məşhur rejissor Mark Zaxarov kilsənin ittihamları nəini absurd, hətta təhlükəli hesab edib. Lakin qarşı tərəfi də müdafiə edən tapılıb. Aktyor, rejissor Nikolay Burlyayev “Mədəniyyət xadimləri tərəfindən dindarların inanclarının təhqir olunmasına diqqətsiz yanaşmaq olmaz” –deyə şərh verib.

Müdafiəçilər sənətşünas və dinşünasların ekspertizalarını tələb edib. Lakin məhkəmə sənətşünas ekspertizasının keçirilməsindən imtina edib.

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər