Rokki əfsanəsi: Stallone və De Niro danışır...

Rokki əfsanəsi: Stallone və De Niro danışır...
17 aprel 2014
# 07:45

İki canlı əfsanə: Silvestr Stallone və Robert De Niro. Birincisi “Rokki”, ikincisi isə “Raging Bull” filmlərində rinqi rəqiblərinə dar etmişdilər. 30 il sonra təkrar hesablaşmaq və hansının daha güclü olduğunu sübut etmək üçün rinqə çıxmalarından bəhs edən “Grudge Match”da (“Böyük maç”)da çəkildi Silvestr və De Niro.

Əfsanələr Türkiyənin “Hüriyyət” qəzetinə danışıblar. Kulis.az həmin müsahibəni təqdim edir.

- Cənab Stallone, məncə rinqdə siz daha təcrübəlisiniz. Hər halda Rokki obrazı ilə 6 filmdə rəqiblərinizi döymüsünüz. Aktyor kimi həyatınızın böyük bir qismi rinqdə keçib.

Silvestr Stallone: - Amma “Oskar” qazana bilmədim. Bu yanımda oturan bəy isə bir dəfə boksçunun həyatını canlandırdı, heykəli dərhal qazandı. Amma haqlısınız, Rokki mənim övladım kimiydi. Az qala öz adımı belə unutdurmuşdu.

- “Rokki-7”ni gözləyən bir kütlə var. Yoxsa, 6-da bitdimi film?

S.S. - Elədir. Rokki təqaüdə çıxdı. Təəssüf ki, “Rokki-7” çəkilməyəcək. Özümdə o gücü görə bilmirəm. İnsan müəyyən bir yaşa gəldikdən sonra qəlibləşmiş qəhrəmanı canlandıracaq taqəti özündə tapa bilmir. Bu arada, xatırladım ki, mənim 67 yaşım var. Çətin qərardır təbii ki. Amma bu qərara hörmət etməliyik. İnanın, “Rokki” həmişə yaşayacaq. Məncə, kino dünyasına gözəl bir miras qoyub gedirəm.

- Bəs “Böyük maç” filmi haqda nə deyə bilərsiniz? Bu film sizin üçün bu yaşda bir meydan oxumaqdırmı?

S.S. – Döyüş filmləri mənə həmişə şöhrət gətirib. İnsanlar yaşlandıqca meydan oxumaq üçün yeni axtarışlara başlayır. Biz Bobla (De Niro) “gəl cəhd edək” dedik. Və burdayıq.

Roberd De Niro: Həyat bir mübarizədir. Doğuşdan ölümə qədər. Boks mənə görə bir yaşam simvoludur. Mən rinqdən kənarda da mübarizə aparan birini canlandırıram. Həyat eyni zamanda mifdir. Özümü “Herakl” filmindəki kimi hiss etdim.

- Bəs yaşlanma barəsində siz də Stallonenin dediklərinə qatılırsınız?

R.N. – Bəli, Silvestr haqlıdır. Vaxt uçur və bunlar artıq kinoda son cəhdlərimizdir...

- Cənab, Stallone, bu yanınızdakı adamı həyatınızda heç qısqanmısınız?

S.S: - Bu bəy, mənim bütün rollarımı oğurlayıb. “Rokki” filmi çıxanda o “Taksi sürücüsü” ilə ortaya çıxdı. Bob inanılmaz dərəcədə soyuqqanlı adamdır. Amma inanın, mənim aktyorluq qabiliyyətim 30 il öncəkinə nisbətən daha yaxşıdır.

- Cənab De Niro, Stallone sizin üçün necə rəqibdir?

R.N: İkimiz də kinoda boksçuları canlandıraraq məşhurlaşdıq. Ondan sonra həyatımızda çox az dəyişikliklər yaşanıb. Amma biz bir-birimizə rəqib olmamışıq. Ən azından mən belə düşünürəm. İlk dəfə “Kopland” filmində yollarımız kəsişdi. O zamandan bəri nə vaxt bir araya gəlsək, yaxşı vaxt keçiririk. Elə deyil, Roki?

- Stallone, siz əslində boksçu da olmusunuz, eləmi?

S.S.- Bəli. İsveçrədə bir kollecdə boks müəllimi olmuşam, amma boksu bilmirdim. Bir gün əsl bir boksçu məni bir yumruqla “nokaut” elədi...

- Həqiqətən özünüzü yaşlı hiss edirsiniz?

S.S.- Təbiətin qanunlarına zidd getmək olmur. Amma özünüzə yaxşı baxsanız, sağlam qala, yaşlanmanı gecikdirə bilərsiniz. Mən bunu etməyə çalışarkən həyəcanımı da itirmək istəmirəm. Yaşlandığımı ancaq filmlər beynimdən çıxara bilir...

- Hər ikiniz italyan əsillisiniz. İtaliyan dilini bilirsiniz?

S.S. – Bəzi sözləri, yemək sifariş verə biləcək səviyyədə.

R.N. – Məndə də pisdir. Əslində daha yaxşı olmalıdır.

- Cənab De Niro, Türkiyədə 6 bölümdən ibarət olan serialda Mövlanəni canlandıracağınız haqda söhbətlər gəzir. Həqiqətdirmi bu?

R.N. – O kimdir? Tanımıram. Mənə heç kim serial təklif etməyib. Zatən seriallarda oynamıram.

S.S. – Bob, indi də Türkiyədən təklif almısan? Məndən gizlədirsən deyəsən. İnanmağım gəlmir!

# 4001 dəfə oxunub

Oxşar xəbərlər

"Sapı özümüzdən olan baltalar"ın üzündən..." - Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

"Sapı özümüzdən olan baltalar"ın üzündən..." - Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

15:00 11 sentyabr 2025
Xeyirxah məsləhət - Salman Rüşdinin hekayəsi

Xeyirxah məsləhət - Salman Rüşdinin hekayəsi

12:00 11 sentyabr 2025
"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

15:00 9 sentyabr 2025
"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

11:26 9 sentyabr 2025
Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

09:00 9 sentyabr 2025
Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

12:00 8 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər