“Sevil” operası – inqilab tufanının təsiri

“Sevil” operası – inqilab tufanının təsiri
4 yanvar 2018
# 15:15

Ağasəlim Pünhanoğlu

F. Әmirov “Sevil” operasını görkәmli Azәrbaycan dramaturqu Cәfər Cabbarlının eyni adlı pyesi әsasında yazmışdır.

Cabbarlının “Sevil” dramı 1928-ci ildә tamaşaya qoyulmuş vә dәrhal geniş şöhrәt qazanmışdır. Әsәr qadının әsarәtdәn azad edilmәsi probleminә hәsr olunmuşdur. Bir vaxt әrinә kölә kimi itaәt edәn mәzlum qadın әzab-әziyyәtlәrә, hәqarәtlәrә dözmәyәrәk, köhnә adәtlәrlә әlaqәsini kәsib, inqilab tufanının tәsiri altında öz insani hüquqlarının tәsdiqi uğrunda mübarizәyә başlayır. Cәmiyyәtin azad üzvü kimi qadının taleyi haqqında hәyәcanlı hekayәt olan “Sevil” pyesi vaxtında yazılmışdı vә yeni həyat uğrunda mübarizәdә Azәrbaycan xalqına kömәk edirdi.

Mən hətta istərdim ki, "Sevili" lap bizim günlərə gətirib çıxarsınlar, lakin oradakı çadra əhvalatı imkan vermir. Amma əslində "Sevil" hər bir dövr, o cümlədən, bizim dövr üçün də aktualdır, bugünümüzlə səsləşir. Özünüz fikirləşin, bankir yaxud biznesmen kredit götürür, hansısa cavan qıza, yaxud pozğun qadına “ilişir” və ailəsini dağıdır və unudur. Bu çox çağdaş mövzudur...

Operada bəstəkar Azərbaycan xalq milli məqam xüsusiyyətlərindən geniş surətdə istifadə etmişdir.

Klassik dünya operalarının, xüsusilә Çaykovski operalarının әnәnәlәrinә әsaslanan, Azәrbaycan operalarının tәcrübәsindәn yaradıcı surәtdә istifadә edәn F. Әmirov bu әsәri ilә müasir mövzuda ilk Azәrbaycan lirik-psixoloji operasını yaradır.

Operanın ilk premyerası 1953-cü ildə Bakıda çox böyük müvəffəqiyyətlə keçmişdir. Milli xasiyyət daşıyan bu opera əsasәn Cabbarlı pyesinin ideyasını vә süjet xәttini saxlayan F. Әmirov vә librettoçu T. Әyyubov ictimai xüsusiyyәtlәri dәrinlәşdirmәk üçün operada bәzi dәyişikliklәr aparmışlar. Mәsәlәn, II pәrdәyә pyesdә olmayan inqilabi nümayiş sәhnәlәri, operanın әvvәlinә proloq daxil edilmiş, 3-cü pәrdәnin sәhnәlәri dә başqa cür birlәşdirilmişdir. Әsәrdә başqa opera janrlarının da (mәsәlәn, tarixi janrın) xüsusiyyәtlәri müşahidә edilir.

Operada hadisәlәrin inkişafı, kompozisiyası, dramaturji quruluşu vә s. baxımdan çox şey bәstәkarın klassiklәrdәn, xüsusilә Çaykovski dramaturgiyası ənənəlәrindәn bәhrәlәndiyini göstәrir. Lakin bununla birlikdә, klassik operaların kompozisiya üsulları “Sevil”dә musiqi dilinin milli-xalq cizgilәri ilә, bütün müasir intonasiya leksikası ilә sintezlәşdirilir. Bu, F. Әmirovun klassik ənənəlәrә yaradıcı münasibәtini vә әsәrin mahiyyәtini, ideya mәzmununu dәrindәn dәrk etdiyini göstәrir.

Operada dramaturji konfliktin әsasını mütәrәqqi obrazlar qrupu (Sevil vә onun dostları) vә ölüb gedәn dünya (Balaş vә onun mühiti) ilә tәmsil olunan iki zidd ictimai qüvvәnin bir-birinә qarşı qoyulması tәşkil edir. İştirakçıların ictimai vә psixoloji mahiyyәtlәrinin bir-birinә zidd olması operada obrazlı-tematik vә kompozisiya-struktura ziddiyyәtini şәrtlәndirir. İştirakçıların xarakteristikasından ibarәt olan iki əsas musiqi mövzuları kompleksi dә tәzadlıdır. Hadisәnin inkişafı prosesindә Sevili vә onun dostlarını sәciyyәlәndirәn mövzular zәnginlәşir, Sevilә qarşı qoyulan obrazlarla bağlı olan digәr mövzular qrupu isә birinci qrup tәrәfindәn aradan qaldırılır, sıxışdırılıb çıxarılır.

Operanın dramaturgiyasında gәrginliyi, dinamikliyin ardıcıl inkişafı, artması prinsipi böyuk rol oynayır. “Sevil”in dramaturgiyasında müәllif tәrәfindәn geniş istifadә olunan vә operanın musiqisindә mühüm rol oynayan leytmotivlәr, leyttemalar, qısa motiv-xarakteristikalar, motiv-xatırlamalar onun ideyasının açılmasına kömәk edir.

Operada Sevilin xarakteristikaları ilә bağlı olan leytmotivlәr xüsusilә әhәmiyyәtlidir. Mәsәlәn, operanın qәhrəmanının musiqi tәcәssümündә ilk dәfә proloqda ifadә edilmiş Sevilin әsas leytmotivi son dәrәcә mühüm rol oynayır. Leytmotiv iki hissәdәn ibarәtdir: başlanğıc vә әsas.

Әsas hissә böyük daxili qüvvә vә “zirvә-mәnbәdәn” sәrbәst surәtda axıb gәlәn, hәm dә birinci melodiyadan törәyәn tәzadlı-tamamlayıcı melodiya ilә dolğunlaşır.

Operada Sevili oyanmağa çağıran leytmotivә böyük әhәmiyyәt verilir. İlk dәfә Gülüşün Sevilә müraciәtlә oxuduğu ariozoda sәslәnәn bu leytmotiv operanın dramaturji inkişafına fәal surәtdә qoşularaq onun ideyasının açılmasında mühüm әhәmiyyәt kәsb edir.

Operada Sevillә Balaşın “şәxsi faciә” leytmotivi – həzin, dramatik-dolğun, ahәngdar mövzusu mühüm rol oynayır. Әvvәlcә hәr iki qәhrәmanın hisslәrini sәciyyәlәndirәn hәmin leytmotiv tәdricәn Sevil partiyasından “çıxır” vә yalnız Balaşın partiyasında qalır.

Operanın digәr iştirakçıları da leytmotivlәrlә sәciyyәlәndirilir. Operanın qәhrәmanları leytmotiv xarakteristikalarla yanaşı, ariyalarla, ariozolarla, hәmçinin ansambl nömrәlәri ilә tәqdim olunurlar.

F. Әmirovun operasında müxtәlif xarakterli vә tipli çoxlu ansambl nömrәsi vardır. Onların içәrisindә xüsusilә Sevillә Balaşın duetini göstәrmәk lazımdır. Bu duet onların xarakteristikasını tamamlayır vә dramaturji cәhәtdәn әsas sәhnәlәrdә mühüm rol oynayır.

İkinci pәrdәdәn alınmış septet bütün operanın mәrkәzi ansamblı, әn yüksәk nöqtәsidir. O bütün iştirakçıları bilavasitә toqquşdurur.

Operanın birinci pәrdәsindәki hadisә 1918-1919-cu illәrdә Bakıda baş verir. Üçüncü pәrdәdәki hadisә 10 il geçәndәn sonra vaqe olur.

Opera proloqla başlanır. Operanın mühüm sәhnәlәrindәn biri kimi köhnә Azәrbaycanın ümumilәşdirilmiş lövhәsi verilir, nümayәndәsi Sevil olan xalqın ağır hәyatı tәsvir edilir. Operanın proloqunda Xәzәr dәnizinin mәnzәrәsi göstәrilir. Axşamdır. Dәniz sahilindә xalça vә paltar suya çәkәn qadınlar öz talelәrindәn şikayәtlәnirlәr. Sevil dә onların arasındadır. Mәscid minarәsindәn gәlәn müәzzinin sәsi hamını axşam ibadәtinә çağırır. Proloqda operanıi әsas mövzuları – mәzlum xalqın, Sevilin vә oğlu Gündüzün mövzuları tәzadlı şәkildә bir-birini әvәz edәrәk keçir.

BİRİNCİ PӘRDӘ

Bank qulluqçusu Balaşın evi. Kәndli ailәsindәn çıxan Balaş “yüksәk tәbәqә”yә çatmağa can atır. Onun başı hazırda boş, yüngülxasiyyәt, kübar dairәlәrinә mәnsub qadın olan Dilbәrә qarışmışdır. Ailәsi onu sıxır. Balaş savadsız arvadı Sevilә alçaq nәzәrlә baxır, savadsız atasından utanır. O, kobud, diqqәtsiz, ürәksiz olmuşdur. Sevil әzab çәkir.

Sevilin qәmli ariozosu vә lay-lay mahnısı sәslәnir. Bunlarda onun öz taleyindәn şikayәti eşidilir. Ariozo xalq mahnıları ruhunda yazılmışdır. Sevil öz bәdbәxtliyinin sәbәbini әvvәlcә acı taleyindә görür vә ondan şikayәtlәnir. Müqәddimәnin kәdәrli melodiyasında tәkidlә sәslәnәn orqan punktu üzücü mәhkumluq duyğusunu güçlәndirәrәk, bir növ, bütün ariozo üçün ümumi olan çarәsizlik әhvali-ruhiyyәsi “hazırlayır”. Mahnı melodiyasının kiçik diapazonu vә onun obrazlı-emosional quruluşu ariozonu hәzin-lirik xalq mahnılarına – ağılara yaxınlaşdırır. Ariozonun xalq mahnısı xarakterindә olması qәribә tәrzdә qovuşan kәdәrli frazalarla, xalq nәfәsli alәtlәrinin melizmatik bәzәklәrini xatırladan ağac nәfәs alәtlәrinin (xüsusilә fleytanın) çaldığı melodiya ilә dә nәzәrә çarpdırılır.

Sakit, sadәdil obrazı tәcәssüm etdirәn vә aydın ifadә olunan lay-lay mahnısı ruhәn ariozoya yaxındır. Burada vokalla duet şәklindә sәslәnәn klarnetin tembri sonralar tez-tez Sevil partiyasını müşayiәt edәrәk onun leyttembrinә çevrilir.

Atakişinin balaca Gündüzlә (Sevilin oğlu ilә) gәlmәsi dә Sevili qәmli düşüncәlәrdәn ayıra bilmir. Atakişi mahnı-rəqs xarakterli kupletlәr oxuya-oxuya nәvәsini әylәndirir.

Balaş şad halda gәlir. O, qonaqları gözlәyir. Axı Dilbәr dә onların arasında olacaqdır. Balaşın mahnısı onun sevincini, yüngülxasiyyәt kübar gözәlindәn mәst olduğunu ifadә edir. Bu, valsvarı kupletlәrdir ki, onlarda da şuxluq qayğısızlıq, qәmsizlik sәslәnir. Sonralar mahnının mövzusu operada leytmotiv mәnası kәsb edir.

Qonaqlar – Dilbәr vә onun dostları, kübar avaralar olan Әbdülәli bәy, Mәmmәdәli bәy gәlirlәr. Balaşın qonaqlarını sәciyyәlәndirәn musiqinin sәslәnmәsi nәzәrә çarpacaq tәzad yaradır. Dilbәr obrazını tәsvir edәn musiqi sahәsi operanın bütün iştirakçılarının xarakteristikasından kәskin şəkildә fәrqlәnir. Dilbәr partiyasında XIX әsrin sentimental romansı ruhunda stillәşdirilmә, tanqo ritmi, “tәmiz” major-minor nәzәrә çarpır. Operada Dilbәr obrazı әsasәn mahnı vә romans janrı ilә bağlıdır. Dilbәr Sarasatenin mәşhur “Qara çәtir” romansının intonasiyaları әsasında yazılmış mahnını oxuyur. Dilbәrin mahnısındakı tәmtәraqla sәslәnәn tanqo rәqsi Dilbәrә bir yüngüllük verir vә onun kübar simasının boş, gәrәksiz olduğunu nәzәrә çarpdırır. Mahnının mövzusu onun leytmotivinә çevrilir.

Uzaq kәnddәn gәlmiş Babakişinin – Sevilin atasının içәri girmәsi şadlıq mәclisini pozur. Balaş Babakişini qovur. Hiddәtlәnmiş Atakişi – Balaşın atası onunla birlikdә oğlunun evini tәrk edir. Yünkülxasiyyәt Dilbәrә bәnd olan Balaşın qovduğu Sevil ümidsiz bir halda gedir. Balaşın bacısı Gülüş dә onun evini tәrk edir.

İKİNCİ PƏRDƏ

Küçә, sonra isә Balaşın evi, Dilbәr artıq bura köçmüşdür. Balaşın hәyatı cәhәnnәmә dönmüşdür. Balaş baş verәn hadisә üçün açı-acı kәdәrlәnir, tәәssuf edir. O artıq bankda qulluq etmir. Dilbәr vә onun dostları Balaşa nifrәtlәrini bildirirlәr.

Balaşın ariyası geniş opera ariyasıdır. O, Balaşın acı hisslәrini, öz sәadәtini hәmişәlik itirәn bir insanın faciәsini tәsvir edir.

Zavod vә fabriklәr hәyәcanla fit verirlәr. İnqilabi mahnılar eşidilir. Bunu tәtil edәn fәhlәlәr oxuyurlar. Nümayişçilәr görünür. Gülüş, Atakişi, Babakişi onlara qoşulurlar. Nümayiş uzaqlaşır. Boş sәhnәdә Sevil görunür. O, oğlundan ötrü ürәyinin kәdәrini boşaldır. Sevilin “Ayrı düşdüm Günduzümdәn” ariyası zorla oğlundan ayrılmış Sevilin kәdәrini, әzab-әziyyәtini açır. Ariyanın әsasında duran Sevilin leytmotivi burada qәmli, yanıqlı sәslәnir, ariyanın hәzin-dramatik, emosional-ifadәli musiqisi proloqla sәslәşir. Ariyada intizar, kәdәr әhvali-ruhiyyәsi unison tәhkiyә mahiyyәtindә olan, bir qәdәr deklomasiya xarakteri daşıyan improvizasiya bas-klarnet tembri vasitәsilә verilmişdir.

Balaş tәkdir. Sevili bihuş halda gәtirirlәr. O, özünә gәlәrәk, sevinclә oğlunu bağrına basır. Dostları ilә içәri girәn Dilbәr Sevilin qovulmasını tәlәb edir. Balaş onun tәlәbini yerinә yetirir. Bu yerdә Sevilin qәlbindә çoxdan yaranmış vüqar vә etiraz hissi oyanır. O, mәnfur çadranı başından açıb tullayır vә and içir ki, kölәliyә hәmişәlnk son qoyacaqdır. İnqilabi mahnılar, marşlar sәslәnir. Sevilin monoloqu köhnә dünyanın әleyhinә qalxan vә onunla mübarizәnin zәruriliyini dәrk edәn qәhrәman qadının obrazını açır. Monoloqun aparıcı әsası oyanmış iradәdir, etirazdır. Qәhrәman qadında qәtiyyәtin güclәnmәsi bәstәkar tәrәfindәn bir neçә artan musiqi “dalğalarının” ardıcıllığında ifadә olunmuşdur. Monoloq üç hissәdәn ibarәtdir. Üçüncü hissә marş musiqisidir, bu isә Varşavyankanın fonunda Sevilin ayrı-ayrı replikalarından ibarәtdir. Sevil Gülüşlә birlikdә küçәyә qaçır vә nümayişçilәrin coşğun kütlәsinә qoşulur.

ÜÇÜNCÜ PƏRDƏ

10 il keçmişdir. Gülüşün evindә Sevilin oğlu Gündüzün anadan olan gününü bayram edirlәr. Atakişi ilә Babakişi qonaqların arasındadırlar. Onların hәr iki-si artıq işlәyirlәr. Balaş, Dilbәr vә onun dostları – Әbdülәli bәy vә Mәmmәdәli bәy gәlirlәr. Balaş dalğındır. Gündüz atasını tanımır. Balaşın ariyası ikinci pәrdәdәki ariya kimi, dәrd, kәdәr obrazını tәcәssüm etdirir. Sevil gәlir. O, başqalaşmışdır, şәndir. Onda özünә inam hiss olunur. Sevil Moskvada oxumuş, kitab yazmışdır. İndi o, hәyatda fәal iştirak etmәyә hazırlaşır. Balaş bağışlanmasını xahiş edir. Lakin Sevil qәzәblә onu itәlәyir. O, doğma ölkәsindә әldә etdiyi sәadәt haqqında, yeni hәyat haqqında oxuyur.

Bütün yaradıcılığı әrzindә F. Әmirovun vokal janrına marağı hiss edilir. Vokal janrları onun bәstәkarlıq hәyatında әsas yer tutmasa da, hәmişә bәstәkarın diqqәt mәrkәzindә olmuş, hәr dәfә bu janra müraciәti maraqlı bәdii әsәrlә nәticәlәnmişdir. Ü. Hacıbәyov vә xüsusilә dә lirik romanslar müәllifi A. Zeynallının ənənəlәrini davam etdirәrәk F. Әmirov mahnı-romans yaradıcılığında hәmişә lirikaya üstünlük vermiş vә belәliklә dә bu janra xüsusi emosional dolğunluq vә ekspressivlik gәtirmişdir…

# 10999 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #