Bakı qoçusuna Bulvarı kim süpürtdürmüşdü?

Bakı qoçusuna Bulvarı kim süpürtdürmüşdü?
5 sentyabr 2013
# 07:45

Ba­kı­nın ta­nın­mış qo­çu­la­rı barədə söh­bət açar­kən Mal­baş Yu­si­fin adı­nı çək­məsək, KP dən söhbət açıb Lenini yada salmamaq kimi böyük bir qəbahət etmiş olarıq. Bu söh­bə­ti­miz­də mil­yon­çu, ey­ni za­man­da qo­çu ki­mi ad-­san qa­zan­mış Yu­sif Ha­cı Rüs­təm oğ­lu Abdul­la­yev­ barədə da­nı­şaca­ğıq.

Ba­kı­nın ta­nın­mış şəx­siy­yət­lə­ri ara­sın­da xü­su­si ye­ri olan Yu­sif Hacı Rüs­təm oğ­lu 1866-cı il­də Ba­kı­nın Sa­bun­çu kən­din­də döv­lət­li tacir ai­lə­sin­də dün­ya­ya göz açıb. Ata­sı Hacı Rüs­təm ki­şi Sa­bun­çu­nun "Da­ğüs­tü" ad­la­nan əra­zi­sin­də yer­lə­şən bir ne­çə dü­ka­nın və xey­li ev­lə­rin sa­hi­bi idi. Hə­min yer ca­ma­at ara­sın­da uzun müd­dət sabiq Ba­kı qra­do­na­çal­ni­ki Mar­tı­no­vun şə­rə­fi­nə "Mar­tın­s­ki" ad­la­nır­dı. Hazır­da 144 nöm­rə­li mək­tə­bin bi­na­sı və onun ət­ra­fın­da­kı iki mərtə­bə­li bi­na­lar Ab­dul­la­yev­lə­rin mül­k­lə­ri olub. Ümu­miy­yət­lə, "Mar­tın­s­ki" mə­həl­lə­sin­də­ki bü­tün ti­ki­li­lər və dü­kan­lar Abdullayevlə­rin və Aşur­bə­yov­la­rın sə­rən­ca­mın­da idi.

Hacı Rüs­təmin üç oğ­lu, bir qı­zı var­dı; İl­yas, Kəb­lə İb­ra­him, Yu­sif və Hə­li­mə xa­nım. Ba­kı qo­çu­la­rı ara­sın­da öz ye­ri olan Yu­si­fin qoçulu­ğa meyl et­mə­si­nin sə­bəb­i bö­yük qar­da­şı İl­ya­sın çox gənc yaş­la­rın­da, cə­mi 22 ya­şı­nın için­də olarkən qət­lə ye­tirilməsi idi. Bu fa­ciə­dən son­ra düş­mən­lə­ri­nə qar­şı nif­rə­ti Yusifi bu yo­la düş­mə­yə meyl et­dir­miş­di.

Çox ma­raq­lı­dır ki, be­lə ta­nın­mış bir qo­çu­nun xo­şa­gəl­məz aya­ma­sı var­dı. Keç­miş­də Ba­kı şə­hə­rin­də aya­ma qoy­maq dəb ha­lı­na keçmiş­di. Hə­rə­yə bir ləqəb qo­şar­dı­lar. Mə­sə­lən, Şoş­kə oğ­lu Ağaba­ba, Pin­ti Rə­him, Ya­so­vul Ağa­ba­ba, İt Sə­fər, Qo­duq Mə­lik və s. Şüb­hə­siz ki, so­nun­cu­lar­la mü­qa­yi­sə­də Yu­si­fin aya­ma­sı o qə­dər də xo­şa­gəl­məz de­yil­di. Yu­si­fə Mal­baş aya­ma­sı ve­ril­mə­si onun iribaş­lı ol­ma­sı ilə əla­qə­dar idi. İlk vax­t­lar bir qə­dər ko­bud səs­lə­nən bu lə­qəb son­ra­lar nəin­ki Yu­si­fə lə­kə gə­tir­miş, hət­ta onun adaşların­dan se­çil­mə­sin­də və məş­hur­laş­ma­sın­da bö­yük rol oynamış­dı. Mal­baş Yu­sif gənc yaş­la­rın­da ai­lə qur­muş­du. Hə­yat yol­da­şı Cən­nət xa­nım gö­zəl və alicə­nab bir qa­dın idi. La­kin təəssüf­lər ol­sun ki, on­la­rın evliliyində öv­lad­la­rı dün­ya­ya gəlməmişdir.

Yu­sif uca­boy, en­li­kü­rək, pəh­lə­van cüs­sə­li bir adam olub. Onun haq­qın­da da­nı­şar­kən həm qo­çu­lu­ğun­dan, həm də var-­döv­lə­tin­dən söz aç­maq la­zım­dır. İn­di­ki Nef­t­çi­lər pros­pek­ti ilə Ze­vin kü­çə­si­nin kə­siş­di­yi bağ­ça­nın ye­rin­də vax­ti­lə iki­mər­tə­bə­li bir bi­na var­dı. Həmin bi­na­nı Mal­baş Yu­sif Ba­kı döv­lət­li­si Əş­rəf bəy Əsədullayevdən iki yüz min qı­zıl pu­la al­mış­dı. Hə­min bi­na­nın birinci mər­tə­bə­si isə ki­ra­yə­yə ve­ril­miş ya­şa­yış ev­lə­rin­dən iba­rət idi. Bu bi­na­dan əla­və Mal­baş Yu­si­fin Şü­və­lan­dakı "bənd üs­tün­də" gö­zəl ba­ğı var­dı. Bir vax­t­lar onun bağ evi ol­muş bu bi­na­nın yerində indi Şü­və­lan gül­çü­lük sov­xo­zu yer­lə­şir. O, bu ba­ğı 1918-ci il­də xey­riy­yə­çi Əli­ba­la Zər­bə­li­ye­vin va­si­tə­çi­li­yi ilə pəh­lə­van Şa­ban Bax­şə­li­yev­dən xey­li qı­zıl pu­la al­mış­dı. Şa­ban Bax­şə­li­yev Əli­ba­la Zər­bə­li­ye­vin qay­ına­ta­sıy­dı. Bi­rin­ci köh­nə it­ti­fa­qın əmək­dar - id­man us­ta­sı, məş­hur pəh­lə­van, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ka­fed­ra müdi­ri, mər­hum Rza Bax­şə­li­ye­vin ba­ba­sı­dır.

Bu mül­k­lər­dən əla­və Yu­si­fin Lə­hiş bağ­la­rın­da da bir neçə evi olub.

Xalq ara­sın­da ka­sıb-­ku­su­ba əl tu­tan, ye­tim-­ye­si­rə pa­si­ban olan bir şəxs ki­mi ta­nı­nan Mal­baş Yu­sif heç vaxt üs­tü­nə gə­lə­ni əli­boş ge­ri qay­tar­maz­dı. Bun­dan əla­və im­kan­sız­la­rın acı­nacaq­lı və­ziy­yə­ti­nə sa­kit ba­xa bil­məz­miş. Be­lə bir əh­va­lat da­nı­şır­lar ki, gün­lə­rin birində Mal­baş Yu­sif Sa­bun­çu - Ra­ma­na mə­dən­lə­ri­ni nə­zər­dən ke­çi­rər­kən ora­da­kı ac-­ya­la­vac ya­şa­yan, üst-­ba­şı ye­sir kö­kün­də olan həm­şə­ri­lə­ri gö­rür, ke­fi po­zu­lur. Ev-­eşi­yi­ni atıb bir loğ­ma çörək ar­xa­sınca dü­şən bu bi­nə­va­la­rın ha­lı onu ne­cə mü­təəs­sir edir­sə, ci­bin­dən mau­ze­ri­ni çı­xa­rıb ya­xın­lıq­dan ke­çən neft kə­mə­ri­ni bir ne­çə yer­dən gül­lələr­lə de­şir. Hə­min de­şik­lər­dən neft ax­ma­ğa baş­la­yır. Kə­nar­dan da­ya­nıb mə­lul-­mə­lul bu mən­zə­rə­ni seyr edən həm­şə­ri­lə­rə üzü­nü çe­vi­rib: "Nə göz­lə­yir­si­niz? Qab­-qacaq ta­pıb gəti­rin, dol­du­run, apa­rıb sa­tın, çö­rək pu­lu edin. Qor­x­ma­yın, nə qə­dər ki, mən bur­da­yam, heç kəs si­zə gül­dən ağır bir söz de­yə bil­məz. Mən ba­şa dü­şə bil­mi­rəm, axı nə üçün biz du­ra-­du­ra No­bel ki­mi bir gəl­mələr tor­pa­ğı­mız­da ağa­lıq et­sinlər, var-­yo­xu­mu­zu soyub apar­sınlar. Mə­gər biz öl­mü­şük?"

Şüb­hə­siz ki, Mal­baş Yu­si­fin sö­zü qar­şı­sın­da kim­sə o yan-­bu yan de­yə bil­məz­di. Onun ət­ra­fın­da Əmiz­dər­li Qo­çu Ba­loğ­lan, Pir­şa­ğı­lı Bə­dəl, Hi­lal Na­ğı­yev, Tuz Ca­bir ki­mi say-­seç­mə igid­lər­dən iba­rət bir dəs­tə top­lan­mış­dı. Bun­dan əla­və o, Ba­kı döv­lət­li­si Bə­şir bəy Aşur­bə­yov­la həm qo­hum, həm də ya­xın dost idi. Be­lə ki, Yu­si­fin qar­da­şı Kəb­lə İb­ra­hi­min oğ­lu İl­yas Bə­şir bəy­lə dost-­doğ­ma xa­la oğ­luy­du. Mal­baş Yu­sif­lə Bə­şir bəy Aşur­bə­yo­vun ara­sın­da bö­yük za­ra­fat­la­rı olub.

Mal­baş Yu­sif dos­t­la­rı­na qar­şı nə qə­dər meh­ri­ban, sa­kit ol­sa da, düş­mən­lə­ri­nə qar­şı o qə­dər qəd­dar idi. De­di­yin­dən dön­mə­yən, qor­xu­su-­ür­kü­sü ol­ma­yan bir adam ki­mi ta­nın­mış bu ada­mın əsəbilə­şən­də elə zəh­m­li bax­ma­ğı var­mış ki, qar­şı­sın­da­kı onun bu ba­xış­la­rı­nın al­tın­da qor­xu­sun­dan özü­nü iti­rər­miş. Bu ba­xım­dan Mal­baş Yu­sif­lə Sa­bun­çu-­Ra­ma­na tə­rəf­lər­də ad çı­xar­mış Qa­far ad­lı ca­van bir qo­çu­nun ara­sın­da­kı mü­na­qi­şə çox ma­raq­lı­dır...

Ka­sıb­la­rın, ye­tim-­ye­sir­lə­rin acı­nacaq­lı və­ziy­yə­ti­nə so­yuq­qan­lı baxma­ğı ba­car­ma­yan, sə­xa­vət­li, əlia­çıq, rəh­m­li bir adam ki­mi tanınan Mal­baş Yu­sif ey­ni za­man­da düş­mən­lə­ri­nə qar­şı son dərəcə aman­sız, ba­rış­maz olub. Hət­ta bə­zi mə­qam­lar­da qəddarlığa da yol ver­di­yi söy­lə­ni­lir. Onun bu xü­su­siy­yə­ti­nə, de­mək olar ki, döv­rü­nün bü­tün ad­lı-­san­lı, vu­rub-­tu­tan adam­la­rı­nın ha­mı­sı yax­şı bə­ləd ol­du­ğun­dan, de­di­yin­dən dön­mə­yən, ölü­mün gö­zü­nə də şax bax­ma­ğı baca­ran qo­çuy­la mü­na­si­bət­də hə­mi­şə eh­ti­yat­lı olma­ğa ça­lı­şar­dı­lar. Gö­rən­lər be­lə söy­lə­yir­lər ki, hər­dən qəzəblənən­də Mal­baş Yu­si­fin zəh­m­li bax­ma­ğı var­mış.

Sa­bun­çu-­Ra­ma­na tə­rəf­lər­də ad qa­zan­mış qo­çu Qa­fa­rın ara­sın­da­kı mü­na­qi­şə Mal­baş Yu­si­fin bə­zi xü­su­siy­yət­lə­ri ba­rə­də müəy­yən fi­kir ya­ra­dır. Be­lə söy­lə­yir­lər ki, hə­lə çox gənc yaş­la­rın­dan qo­çu ki­mi ət­raf­da səs-­küy ya­rat­mış Qa­far da qa­ba­ğın­dan ye­mə­yən oğlanlardan­mış. La­kin nə qə­dər qor­x­maz - cə­sur adam ol­sa da, hər hal­da bu tə­rəf­lər­də ar­tıq nə vax­t­dan at oy­na­dan Mal­baş Yu­si­fin qar­şı­sın­da onun baş­qa cür hə­rə­kət et­mə­yə cü­rə­ti çat­maz­dı.

Yol­la­rı kə­siş­mə­sə də, Qa­fa­rın bə­zi xo­şa­gəl­məz əməl­lə­ri ba­rə­də xə­bə­ri eşi­dən Yu­sif bu gənc qo­çu­ya öz ye­ri­ni ta­nıt­ma­ğı la­zım bi­lir. Üz-­üzə gəl­mə­sə­lər də, ar­tıq hər iki­si­nə, elə­cə də Sa­bun­çu-­Ra­ma­na ca­ma­a­tı­na nə vax­t­sa on­la­rın qar­şı­la­şa­caq­la­rı gün ki­mi ay­dın idi. Şüb­hə­siz ki, bu qar­şı­laş­ma­nın gənc qo­çu üçün çox acın­acaq­lı bir son­luq­la bi­tə­cə­yi də mə­lum mə­sə­lə idi. Hər şey ilk qar­şı­laş­ma­da­ca həll edi­ləcək­di. Ara­la­rın­da­kı mü­na­si­bə­tin ən qız­ğın döv­rün­də iş elə gə­ti­rir ki, Mal­baş Yu­si­fin ata­sı Hacı Rüs­təm ki­şi dün­ya­sı­nı də­yi­şir.

Qo­çu Qa­far bu­nun əsl əda­və­ti ara­dan gö­tür­mək im­ka­nı ol­du­ğu­nu dü­şü­nə­rək kənd ca­ma­a­tı­na qo­şu­lub yas mə­ra­si­mi­nə yol­lan­maq istə­yir. Onun bu məqs­ə­din­dən xə­bər­dar olan­lar qə­tiy­yət­lə Qa­fa­rı fik­rin­dən da­şın­dır­maq is­tə­yir­lər. Be­lə dü­şün­mək olar­dı ki, məc­lis­də Mal­baş Yu­sif lap qa­tı düş­mə­ni­nə qar­şı baş­qa hə­rə­kə­tə yol verməzdi. An­caq be­lə de­yil­di. Ha­mı onun düş­mən­lə­ri­nə qar­şı hansı mü­na­si­bət­də ol­du­ğu­nu gö­zəl bi­lir­di. Elə bu­na gö­rə də Qafarın bu məq­sə­di onun üçün ölü­m­lə ba­şa ça­ta bi­lər­di. La­kin bütün de­yi­lən­lə­ri qu­laq ar­dı­na vu­ran Qa­far qal­xıb yas məc­li­si­nə təş­rif bu­yu­rur. Qa­far hüzr məc­li­si­nə da­xil olan­da Yu­sif lap yu­xa­rı baş­da - mol­la­nın ya­nın­da əy­lə­şib­miş. Məc­lis­də­ki­lər bu göz­lə­nil­məz gə­liş­dən hey­rə­tə gə­lir­lər. Ha­mı ürə­yin­də bir­cə şe­yi dü­şü­nür­dü: "Qa­far öz aya­ğı ilə ölü­mü­nün ar­dınca gə­lib". Mal­baş Yu­si­fin onu bu­ra­dan sağ-­sa­la­mat bu­ra­xa­ca­ğı ağ­la­ba­tan de­yil­di. Hət­ta mol­la da özü­nü iti­rib "Qu­ran"ı ya­rım­çıq sax­la­yır. Məc­li­sə elə bir sü­kut çö­kür ki, mil­çək uç­sa vızıltısı eşi­di­lər­di. Qa­far da do­nu­xub qa­pı­nın ağzında­ca da­ya­naraq Yu­si­fin onu ne­cə qar­şı­la­yaca­ğı­nı göz­lə­yir­di. Məc­lis sa­hi­bi ara­ya dü­şən pər­t­li­yi or­ta­dan gö­tür­mək üçün yerindən­cə Qa­fa­ra işa­rə elə­yib, öz ya­nı­na ça­ğı­rır və otur­ma­ğa yer gös­tə­rir. Onun bu əmə­li ilə nə de­mək is­tə­di­yi mə­lum mə­sə­lə idi. Bu­ra hüzr məc­li­si idi və gə­lən hər bir kə­sin ürə­yin­də­ki ürə­yin­də qal­ma­lı idi. Düş­mən­çi­lik düş­mən­çi­lik­di, ancaq məc­lis­də hər şey kəna­ra qo­yul­ma­lı idi. Qa­far irə­li ye­ri­yib gös­tə­ri­lən yer­də əy­lə­şir.

Məc­li­sin axı­rın­da Yu­sif Qa­fa­rı öz "pri­mot­ka"sı­na otur­dub sağ-salamat Ra­ma­na­ya gön­də­rir. (Pri­mot­ka iki tə­kər­li, bir at qo­şul­muş, iki nə­fər­lik qoş­quy­du. Köh­nə za­man­lar­da hör­mət­li şəx­s­lə­rin hamısı­nın "pri­mot­ka"la­rı olar­dı. Hət­ta bə­zi im­kan­lı adam­la­rın "primot­ka"sı uzaq­dan ke­çən­də be­lə o sa­at bi­lər­di­lər ki, bu filankəsə məx­sus­dur.)

Qa­fa­rı Mal­baş Yu­si­fə məx­sus qoş­qu­da gö­rən­lər əv­vəlcə göz­lə­ri­nə ina­na bil­mir­di­lər.

Bu ha­di­sə­dən son­ra Yu­sif­lə Qa­far ara­sın­da­kı əda­vət dos­t­lu­ğa çevri­lir...

Mal­baş Yu­sif mil­li adət-­ənə­nə­lə­rə əməl edən, din­dar, al­lah yo­lu­nu sax­la­yan bir şəxs idi. Ey­ni za­man­da o dün­ya iş­lə­rin­dən baş çıxaran, gö­züa­çıq adam­dı. Ru­si­ya­nın müx­tə­lif şə­hər­lə­rin­də dəfələr­lə olan Yu­sif yay fəs­li Sa­bun­çu­da ha­va­lar is­ti ol­du­ğun­dan ai­lə­si ilə bir­lik­də Kis­lo­vod­s­ka dincəl­mə­yə ge­dər­miş. Ai­lə­nin sayından ası­lı ol­ma­ya­raq o ku­pe­li bü­töv bir va­qo­nun pu­lu­nu ödəyib bi­let­lə­ri­ni alar­dı ki, kə­nar şəx­s­lər on­la­ra ma­ne ol­ma­sın­lar. Mal­baş Yu­sif be­lə Yu­sif idi...

Tə­əs­süf­lər ol­sun ki, Azər­bay­can­da So­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra baş­qa im­kan­lı adam­lar ki­mi Mal­baş Yu­sif də tə­qib­lə­rə mə­ruz qa­lır. 1920-ci ilin av­qust ayın­da o, heç bir sə­bəb ol­ma­dan ÇK-­nın səd­ri "Al­tı­bar­maq" lə­qə­bi ilə məş­hur olan Ba­ba Əli­ye­vin gös­tə­ri­şi ilə həbs edi­lə­rək Ba­yıl qazamatına sa­lı­nır. Bu yer­də nə qə­dər acına­caq­lı ol­sa da, be­lə bir fak­tı da siz­lə­rə çat­dır­ma­ğı la­zım bi­li­rik. Gö­rən­lər be­lə söy­lə­yir­lər ki, hə­min dövr həbs olu­nan­lar­dan on bir nə­fə­rin əli­nə sü­pür­gə ve­rib "Də­niz­kə­na­rı par­kı" süpürtdürürmüşlər. Mal­baş Yu­sif də hə­min on bir nə­fə­rin ara­sın­da idi...

Bu xə­bər Yu­si­fin bö­yük qar­da­şı Kəb­lə İb­ra­hi­mə ça­tır. O, Sabunçudan Ba­kı­ya yol­la­nır və de­yi­lən ye­rə gə­lib çı­xa­raq qardaşının əlin­də sü­pür­gə yer sü­pür­dü­yü­nü öz göz­lə­ri ilə gö­rür. Onu bu mən­zə­rə dəh­şə­tə gə­ti­rir. La­kin əlin­dən nə gə­lər­di ki... Zaman baş­qa za­man idi...

Kəb­lə İb­ra­him be­lə­cə qə­zəb­dən bo­ğu­la­raq Sa­bun­çu­ya qa­yı­dır və ara­dan bir az keç­miş ev­də ürə­yi par­t­la­yır...

Mal­baş Yu­si­fin mə­ruz qal­dı­ğı bu vəh­şi­lik­lə­rin öm­rü çox uzun çəkmir. 1920-ci ilin sen­t­yabr ayın­da o, məh­kə­mə­siz - ­fi­lan­sız güllə­lən­di... Ab­dul­la­yev Yu­sif Ha­cı Rüs­təm oğ­lu­nun güllələnməsindən bir ne­çə il son­ra onu və onun ki­mi on­lar­la tanınmış şəx­siy­yət­lə­rin öm­rü­nü ya­rı­da qır­mış ÇK-­nın səd­ri Altıbarmaq Ba­ba­nın özü­nü də gecə­nin bi­rin­də apar­ma­ğa gə­l­di­lər. Səs-­küy sal­maq is­tə­yən ai­lə üz­v­lə­ri­ni sa­kit­ləş­dir­mə­yə ça­lı­şan qaniçən: "Sa­kit olun, et­mi­şik, edə­cək­lər" söy­lə­di. Onun aqi­bə­ti də ey­ni fa­ciə ilə bi­t­di. An­caq onun gü­nah­sız ye­rə ge­dər-­gəl­mə­zə göndər­di­yi adam­la­rı ge­ri qay­tar­maq müm­kün de­yil­di...

Və Ba­kı­nın mə­nəm ki­şi­lə­rin­dən bi­ri, Malbaş Yusif də be­lə­cə öm­rünü fa­ciə­li bir son­luq­la ba­şa vur­du.

# 8510 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #