Rəssam Sakit Məmmədova qraf titulu verildi

Rəssam Sakit Məmmədova qraf titulu verildi
4 avqust 2016
# 16:19

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Opalda mövcud olan isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı tələbələri davam etdirirlər.

Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.

Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bu il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.

İncəsənət sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qraf titulunun verilməsi barədə qərar qəbul edib, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib. Avqustun 5-i Sakit Məmmədovun 58 yaşı olur.

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər