Nobel Sülh Mükafatı ilə bağlı-ARAŞDIRMA

Nobel Sülh Mükafatı ilə bağlı-ARAŞDIRMA
14 mart 2014
# 14:55

Kulis.Az Nobel Sülh Mükafatı haqqında kiçik araşdırmanı təqdim edir.

Nobel sülh mükafatı Nobel komitəsi tərəfindən hər il Osloda təqdim olunur. Mükafat sülhün əldə olunmasında xidmətlərinə görə fiziki və hüquqi şəxslərə verilir. İlk dəfə 1901-ci ildə verilib.

Laureatların müəyyən edilməsi qaydası Nobel fondu tərəfindən müəyyənləşdirilir. Fondun nizamnaməsinə görə namizədlər aşağıdakı şəxslər və təşkilatlar tərəfindən təqdim edilə bilərlər.

1. Norveç Nobel Komitəsinin hazırkı və keçmiş üzvləri, Nobel İnstitutunun üzvləri tərəfindən

2. Müxtəlif ölkələrin hökumətləri və milli parlamentləri, həmçinin parlamentlərarası qrupların üzvləri tərəfindən

3. Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinin üzvləri tərəfindən

4. Sülh məsələləri üzrə daimi beynəlxalq büronun komissiya üzvləri tərəfindən

5. Beynəlxalq Hüquq İnstitutunun üzvləri və assosiativ üzvləri tərəfindən

6. Universitetlərin siyasi, hüquq elmləri, həmçinin tarix və fəlsəfə professorları tərəfindən

7. Nobel Sülh Mükafatı sahibləri tərəfindən

Nobel Fondunun nizamnaməsinə əsasən laureat Norveç parlamenti tərəfindən müəyyən edilmiş Norveç Nobel Komitəsi tərəfindən seçilir.

İlk Nobel Sülh Mükafatı 1901-ci ildə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının yaradıcısı isveçli xeyriyyəçi və iş adamı Anri Dürana verilib. Mükafat onunla birlikdə fransız siyasi xadim, sülhpərvər və iqtisadçı Frederik Passiyə də verilib.

Bəzi Nobel sülh mükafatları qiyabi şəkildə təqdim edilib. Laureatlar ya ev həbsində olublar, ya da sərbəst hərəkətlərinə məhdudiyyət qoyulub. 1935-ci ildə “Almaniyada militarizmlə mübarizəyə görə” sülh mükafatı almış Karl fon Osesskiy, 1983-cü ildə “İnsan haqları müdafiəçisi” kimi mükafat almış Lex Valensa, 2010-cu ildə mükafat almış çinli Lyu Syaobo belələrindəndir.

Norveç 1917-ci ildə sülh mükafatının Vladimr İliç Leninə verilməsini təklif edir. Lakin Rusiyada Vətəndaş müharibəsinin başlanması ilə əlaqədar mükafat təqdim olunmur.

Nobel Sülh Mükafatının ən gənc laureatı 2011-ci ildə, 32 yaşında mükafatı almış Təvəkkül Karman olub. Ən yaşlı laureat isə 1995-ci ildə Nobel almış 87 yaşlı Jozef Rotblat olub.

2005-ci ildə Nobel Sülh mükafatı almış Beynəlxalq Nüvə Agentliyinin (MAGATE) tərkibində azərbaycanlı alim Bəxtiyar Siracov da olub. Mükafat MAGATE və onun rəhbəri Məhəmməd əl-Baradeyə verildiyinə görə azərbaycanlı alimi mükafatın sahiblərindən biri hesab etmək olar.

2006-cı ildə ölkənin yoxsul əhalisi üçün kreditləşməni həyata keçirdiyinə görə sülh mükafatı Banqladeş bankı “Grameen Bank” və onun yaradıcısı Məhəmməd Yunusa verilib.

Mükafat indiyə qədər 98 şəxsə verilib. 49 nəfər mükafatı tək, 20 nəfər cüt, Yaser Ərəfat, Şimon Perez, İshaq Rabin isə üçü birlikdə alıb. Altı nəfər isə mükafatı rəhbəri olduğu təşkilatla birlikdə alıb.

Bu vaxta qədər bu mükafat 25 təşkilata mükafat verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT Ali Komissarının Qaçqınların İşi üzrə İdarəsi və başqa təşkilatlar bir neçə dəfə mükafat alıblar.

1914-1916, 1918, 1923-1924, 1928, 1932, 1939-1943, 1948, 1955-1956, 1966-1967, 1972-ci ildə mükafat verilməyib.

Mükafat təqdim edilən şəxslər arasında siyasi xadimlər (Frederik Passi, Koffi Annan, Nelson Mandella ), filosof-həkim, musiqiçi (Albetr Şveytser), alim (Məhəmməd Əl Baradey), prezident (Vudro Vilson, Teodor Ruzvelt, Barak Obama, Mixail Qorbaçov), ictimai xadim (Martin Lüter Kinq), xeyriyyəçi (Tereza Ana), hüquq müdafiəçiləri (Şirin Ebadi, Təvəkkül Karman) və başqaları var.

Nobel Sülh Mükafatı alanların içində hələlik yazıçı yoxdur.

# 4036 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər