Özünü kəməriylə boğub öldürən aktyor

Özünü kəməriylə boğub öldürən aktyor
21 sentyabr 2015
# 07:30

O, ən istedadlı komik aktyorlardan biri idi. Yaşasaydı bəlkə də hələ çox rolları ilə simalarda gülüş yaradacaqdı. Ancaq yaşamağı deyil, ölümü seçdi və canına qıydı…

Aktyorun uşaqlığı

Məşhur Hollivud ulduzu Robin Uilyams 21 iyul 1951-ci ildə Amerikanın Çikaqo ştatında dünyaya göz açıb. O, “Ford Motor”un varlı idarəçilərindən olan atası Robert Fitzgerald Uilyams və anası Laura Mclaurinin tək uşağı idi. Uilyamsın anası o dövrün ən məşhur modellərindən idi. Uşaqlığı Miçiqanda keçən Uilyams Detroid məktəbində ibtidai sinfi bitirdikdən sonra Kaliforniyadakı Redvud liseyində təhsilini davam etdirib. Lisey illərində teatr klubuna qatılan Uilyams ABŞ-dakı sənət məktəbi “Julliard”a keçib. Burada oxuyarkən məktəbdəki müəllimləri, ona komediya bölməsinə keçməyi tövsiyə edib. Universitetdə isə “Siyasət elmi” fakültəsində oxuyan Uilyams məzun olduqdan sonra gecə klublarında şoular göstərməyə başladı. Məşhur olmadan əvvəl o, daha çox stand-up şouları göstərməklə məşğul olurdu. Gənclik illərində Uilyams dram dərsləri də alıb. 70-ci illərin ən bəyənilən seriallarından olan "Morke and Mindy"dəki rolu ilə tanınmağa başlayan aktyor, həm səhnədə, həm də televiziyada şoular nümayiş etdirirdi.

Aktyorun karyerası

Aktyorun ilk ciddi rolu Robert Altmanın çox sevilən “Popeye” filmində olub. “The World According to Garp” filmindəki rolundan sonra aktyor komediya filmlərinə yönəlib. O, “The Survivors” və “Club Paradise” kimi filmlərdən sonra hələ də özünü istədiyi kimi sübut edə bilmirdi. O, bu istəyinə "Good Morning, Vietnam" adlı komediyadakı radio müxbiri olan Adrian Cronauer rolu ilə çataraq Hollivudda çox tanınmağa başladı. Aktyor, 1987-ci il istehsalı olan bu filmlə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” və “Qızıl Kürə” mükafatlarına namizəd göstərilib.

Uilyams karyerası boyunca tək komediya filmləri ilə deyil dramatik filmlərdə də istedadlı olduğunu “Dead Poets Society” filmindəki müəllim rolu ilə isbat edib. Filmlərində müəyyən sabitliyi saxlaya bilməyən Uilyams bəzən çox pis filmlərdə oynayaraq pərəstişkarlarını xəyal qırıqlığına uğradır, bəzən də möhtəşəm performansı ilə hamını təəccübləndirirdi. 1991-ci il istehsalı olan "The Fisher King" filmində dəli küçə avarası xarakteriylə peşəkarlığını göstərən aktyor, "Ələddin" filmlərini səsləndirməklə bu sahədə də iddialı olduğunu göstərdi.

Aktyorun karyerası boyunca ən uğurlu filmlərindən biri 1993-cü il istehsalı olan “Mrs. Doubtfire” olub. Aktyor bu filmdə o zamanlar evli olduğu Marşa Qarcesə də rol verib. Film çox sevilir və uğur qazanır. Bu filmlə o, Hollivudun ən yaxşı komediya aktyoru hesab olunub. Uilyams daha sonra “The Birdcage”, “Jack”, “Fathers Day” və “Flubber” kimi filmlərdə rol almağına baxmayaraq, yavaş-yavaş məşhurluğunu itirməyə başlayır.

O dövrdə Hollivudun yeni komediya aktyorlarından olan Cim Kerrinin məşhurlaşması ilə təlaşa düşən aktyor Gus Van Santın 1997-ci il istehsalı olan “Good Will Hunting” adlı filmiylə birlikdə hələ də var olduğunu sübut etdi.

“Cənubi Bostonlu” filmindəki terapevt rolu ilə aktyor “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb. Daha sonra aktyor Vincent Uardın vizual dramı "What Dreams May Come” filmində rol alıb. Burada o, avtomobil qəzası nəticəsində ölən və öldükdən sonra arvadını tapmağa çalışan adamı canlandırıb. Film böyük uğur qazanmasa da sevənləri onun bu filminə də heyran olub.

Xəstələrini müalicə edərək yaxşılaşdıran və müalicəsiylə tibb sahəsində inqilab edən fizikin gerçək hekayəsini canlandırdığı "Patch Adams", nasist Almaniyasında digər yoldaşlarını aldatmağa çalışan yəhudinin dramından bəhs edən "Jakop the Liar" və mövzusu insan olmaq istəyən robot olan "Bicentennial Man” filmində rol alan aktyor məşhurluğunu yenidən ələ ala bildi. Beynəlxalq böhranı həll etmək üçün vəzifələndirilən məsləhətçini canlandıracağı "The Interpreter"in çəkilişləri zamanı aktyor həm də rejissorluğu sınamış oldu. Fantastik filmi "Rim" və "Damien of Molokan"ın prodüserliyini də öz üzərinə götürüb.

Uilyams 2002-ci ildə "One Hour Photo” filmində rol alıb. İstedadlı aktyor elə həmin il baş rolu Al Paçino ilə paylaşdığı, 1997-ci il istehsalı olan Norveç filminin yenidən hazırlanmış variantı "Insomnia"da cinayətdə şübhəli bilinən Ualter Finç obrazını canlandırıb. Filmdə Uilaysmla birgə Hilari Svank və Maura Tierne kimi məşhurlar da rol alıb.

Şəxsi həyatı

Robin Uilyams ilk dəfə 1978-ci ildə Valerie Velardi adlı xanımla ailə həyatı qurub. 1986-cı ildə həyat yoldaşı aktyora qarşı ona virus keçirməsi iddiası ilə təzminat davası açıb. Aktyor nə qədər həyat yoldaşının ondan pul almaq üçün belə yalan uydurduğunu desə də məhkəmədə uduzur. Cütlük 10 il sonra, 1988-ci ildə boşanır. İlk evliliyindən aktyorun Zachary Pym Uilyams adlı oğlu var.

1989-cu il 30 apreldə aktyor ilk evliliyindən olan oğlunun dayəsi Marşa Qarceslə evlənib. Evlilikləri boyunca cütlüyün Zelda Rae Uilyams və Codi Alan Uilyams adlı iki övladı olub. Bu evlilik də 2008-ci ildə boşanma ilə nəticələnib.

Robin Uilyamsın sonuncu, üçüncü evliliyi isə 22 oktyabr 2011-ci ildə Susan Şneyderlə olub.

Aktyorun ölümü

Robin Uilyams 1997-ci ildə “Empire Magazine” jurnalında ən istedadlı 100 aktyor sırasında 63-cü yerdə olub. “Entertainment Weekly” tərəfindən yaşayan ən komik adam seçilib. Uilyams həyatı boyunca bir “Oskar”, iki “Emmy”, altı “Qızıl Kürə”, altı “Grammy” və iki “Kino Aktyorları Dərnəyi”nin mükafatına layiq görülüb.

Aktyor San-Fransiskodakı “Rubicon Restaurant”ı məşhur aktyor Robert de Niro ilə birlikdə işlədirdi. Hobbiləri arasında velosiped sürmək, üzmək və Rugby oynamaq var idi.

Məşhur aktyor 2014-cü il avqustun 11-də Şimali Kaliforniyadakı evində ölü tapılıb. Tibbi ekspertizadan sonra 63 yaşlı aktyorun özünü kəməri ilə boğaraq intihar etdiyi məlum olub.

Aktyorun həyat yoldaşı Suzan Şneyder, Robinin Parkinson xəstəliyindən (Mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edən xəstəlik) əziyyət çəkdiyini bildirib. Ancaq aktyor bu haqda ictimaiyyətə bildirməyib. O, Parkinson xəstəliyinin yaratdığı narahatlıq və depressiya ilə mübarizə aparıb. Suzan Şneyder aktyora bu diaqnozun nə zaman qoyulduğunu və onda olan xəstəlik simptomları barədə məlumat verməyib.

Aktyorun son zamanlarda maddi sıxıntılardan əziyyət çəkdiyi bildirilib. Deyilənə görə, onun maddi sıxıntı yaşamağının səbəbi bitən evlilikləri olub.

Qeyd edək ki, ölümündən bir gün əvvəl həyat yoldaşı Suzan Şneyder ilə birlikdə rəsm-sənət qalereyasına getdiyi məlum olub. Onların tədbirdə çəkilən fotoşəkli yayımlanıb.

Robin Uilyamsın yaşayarkən çəkilən son şəklində o, zəif və ruhdan düşmüş görünüb. Tədbirdə iştirak edənlər aktyorun həmin gecə sakit göründüyünü və gəzərkən bəzən qəfil dayandığını bildiriblər.

Ölümündən sonra sosial mediada Robin Uilyamsın intiharının ardından çəkilmiş olduğu iddia edilən fotolar yayılıb. Jurnalist Hüsnü Mahallinin aktyorun son görüntülərini montaj etmədən öz Tvitter hesabında yayması ciddi reaksiyalara səbəb olub. Bir çox Tvitter istifadəçisi jurnalistin etik davranmadığını söyləyib.

Həyat yoldaşının ölümü ilə bağlı Şnayder deyib: "Mən öz ərimi və ən yaxşı dostumu itirdim, dünya isə ən sevimli artistlərdən və ən gözəl insanlardan birini itirdi. Qəlbim artıq sınıb".

Aktyorun ölümü ilə əlaqədar ABŞ prezidenti Barak Obama aktyorun ailəsinə və dostlarına başsağlığı verib: “Uilyams insan ruhunun hər bir hissəsinə toxunmağı bacaran aktyor idi. Robin karyerası boyunca müxtəlif obrazları canlandırsa da hər birində örnək olub. O, bizi həm güldürdü, həm də ağlatdı”.

Qeyd edək ki, aktyorun cəsədi 12 avqustda yandırıldıqdan sonra külü San-Fransisko körfəzinə tökülüb.

# 1597 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #