Dənizə “qız tutmaq” üçün gələnlər

Dənizə “qız tutmaq” üçün gələnlər
17 iyul 2013
# 07:30

Artıq kimlərsə yay tətilinə yollanıb, bəziləri isə hazırlaşır. Sizcə, tətili hansı hallar məhv edə bilər? Kulis.Az siyahını təqdim edir.

1. Yanıqlar

Bir neçə saatlıq diqqətsizliyin nəticəsidir. Əvvəl qızarır, sonra soyulur... Qatıq, aloe bitkili kremlər sürtməklə də keçməz. İnsanı oturmağa, qalxmağa, yatmağa qoymur.

2. Yeni dadlar...

Tətildə ikən fərqli yeməklər, içkiləri dadmaq istəyirik. Ancaq yeni yeməklər heç də həmişə yaxşı və xoşagələn olmur. Bağırsaq pozuntuları, ürəkbulanmaları və hətta zəhərlənmələrlə də nəticələnə bilir.

3. Dost fəlakəti

Dost səfərdə tanınar. Bəzən dostunuz bir anda “person non-qrata”ya çevrilir. Onun tez-tez sərxoş olması, xırdaçılığı, kiçik mübahisələr tətilinizi pozmağa kifayət edir.

4. Tətilə “qız tutmağa” gələnlər

Yay aylarında meydana çıxan bir insan növüdür sanki. Gənc qızları görər-görməz onlarla tanış olmağa, söhbət etməyə hər vasitə ilə çalışırlar. İstəmədiyin halda telefon nömrələrinin ucadan söylənməsi, kiçik atmacalar tətildə qadınları əsəbiləşməyə vadar edir.

5. Ağcaqanad bəlası

Yorulmusunuz-gecə oynamısınız, içimisiniz, ancaq yatmaq haqqında düşünürsünüz. Təzə yuxuya getməyə hazırlaşanda bir ağcaqanad vızıldamağa başlayır. Əsəbi və yorğun halda ağcaqanada təslim olmaqdan başqa yol yoxdur.

6. Müəyyən günlər

Qadınlara aid bu günlər də tətili məhv edən və insanın əlini, qolunu bağlayan hallardandır.

7. Boy və dəniz

Yaxşı üzməyi bacarmayanların dərdidir. Dərinə getməkdənsə, bütün günü günəşlənmək daha yaxşıdır.

8. Hava dəyişkənliyi

Yayı isti və quraq, qışı mülayim və yağışlı keçən yerlərə dincəlməyə getdiyiniz gün hava dəyişə bilər. Bütün gün günəşlənəcəyinizi düşünərsiniz, amma külək və soyuq hava sizi otel otağına kilidlənməyə məcbur edər.

9. Evdə baş verənlər

Tətildə bəzən yaxın qohumlar, dostlar və bəzən evinizlə bağlı pis xəbərlər gəlib çatır. Məsələn, evinizdən su qonşunun divarına sızıb, evə oğru girib və ya dostunuz ayağını qırıb.

10. Şezlonq stressi

Bircə saat gec gəlməklə artıq şezlonqların tutulduğunu görərik. Boş bir şezlonq axtarışı ilə günəşin quru istisinə tuş gəlirik ki, bu da yanıqlar əmələ gətirir. Sonda gedib kölgəli, heç günəş işığı dəyməyən bir yer tapıb çarəsiz uzanarıq.

11. Dəniz yatağında yatmaq

Rahatdır bu yataqlarda yatmaq. Sərin meh, qaralmaq həvəsi, suyun həzin yırğalaması insanı yatızdırır. Ancaq oyananda sahildən çox uzaqda və qıpqırmızı olmaqdan betər heç nə ola bilməz.

12. Bircə qonşunuzun balaca uşaqları olmaya

Qonşunuzun balaca və ağlağan uşaqları olsa, tətil necə keçər? Uşaqların ağlamağı bitsə də, oynamaq istəkləri bitməz. Bunu anlamasa da, gəlib adamın üstünə su atar, müxtəlif əşyalarla qorxudar. Anasına şikayət etmək ən axmaq variantdır, çünki istənilən halda sizi haqsız çıxarda, uşaq düşməni elan edə bilər.

13. Hədsiz içki

İclaslar, tədbirlərdən yorulmuş iş adamları tətildə içkinin dozasını bir azca qaçırırlar. Bu da tətili çox yorucu edir.

14. Pulsuzluq

Çox vaxt bütün pulumuzu xərcləyirik, tətilin sonunu heç düşünmürük. Nəticədə tətilin sonunu ən ucuz pendir, ən ucuz kolbasa, ən ucuz şirələrlə keçirməyə məcbur oluruq.

15. Ayrılıqlar

Həvəslə tətilə çıxdığınız sevgilinizlə davalar, mübahisələr bütün tətili korlayır. Bu hallarda cütlüklərin mübahisəni dondurub, bu məsələləri qayıdanda danışmağı məsləhətdir.

16. Dönüş depressiyası

Qayıtmaq da depressiya yaradır. Xüsusən də qayıtmağa az qalanda günləri sayma tətilin xoşbəxt sonluqla bitməsini əngəlləyir. Və üç, iki, bir... Şəhər heç dəyişməyib, yenə eyni insanlar, eyni iş sizi gözləyir.

# 3780 dəfə oxunub

Oxşar xəbərlər

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər