Kitab oxumadan qonaqlığa getməyin

Kitab oxumadan qonaqlığa getməyin
21 fevral 2014
# 12:31

Hər insanın bir xarakteri olur. Elə millətlərin də. Hər millətin özünəməxsus xarakteri və adəti, dünyaya baxışı var.

Səfər etdiyimiz ölkənin insanlarının necə olduğunu, adətlərini, hansı mövzuya necə yanaşdığını bilmək təbii ki, vacibdir.

Kulis.Az bu dəfə ingilis və italyanlar haqqında məlumat verəcək.

İngilislər nəzakətli, başqalarını düşünən və xoşrəftar insanları sevirlər. Özünüzü sıxmağa ehtiyac yoxdu. Qeyri-adi bir hərəkətiniz olmasa insanları çaşdırmayacaqsınız. Cürətli addımlarınız onların diqqətini daha çox cəlb edər. İngiltərədə qonşuya çay içməyə gedəndə özünüzü sanki partiyə getmiş kimi aparsanız xoşa gəlməzsiniz.

Mağazadan nəsə aldıqda pulu kassada olan insanın əlinə vermək lazımdı, əgər pulu kassa aparatının üstünə qoysanız bu, çox böyük hörmətsizlik kimi qəbul edilər. Kiminləsə tanış olursunuzsa, tanış edən adamın sözü bitmədən danışmaq olmaz. İş yerində kimisə öz adı ilə çağırmaq pis davranış sayılır. Gərək soyadın əvvəlində xanım, bəy, doktor, professor kimi sözlər işlədilsin. Birilə tanış olanda o özü adı və soyadını deyir, məsələn, ser Con Ferqusan. Əgər siz ona xitab edirsinizsə, onda ser Ferqusan demək lazımdır, ser Con demək düzgün deyil. Həmin insanın həyat yoldaşı ilə də tanış olsanız bu zaman Ledi Ferqusan demək düzgündür.

İş yerində demək olar ki, hədiyyə vermirlər, xüsusi günlər istisnadır. Onlarda kimdənsə hədiyyə gözləmək adəti yoxdur. Alacağınız hədiyyə zövqlü olmalıdır. Bundan başqa hədiyyəni elə qiymətə almalısınız ki, rüşvət sayılmasın. Dostunuza hədiyyə verməkdənsə onu yeməyə və ya teatra dəvət edin, bu daha gözəl davranış hesab edilir. İngilislər mühafizəkardırlar. Romantik və şişirdilmiş hərəkətlərdən xoşları gəlmir, əksinə sakit hərəkət etməyi sevirlər.

Rəsmi görüşlərdə salamlaşanda kişilər xanımların əllərindən öpməlidir. Amma rəsmi olmayan tədbirlərdə insanlar qucaqlaşıb görüşməyi xoşlayır. İngiltərədə qonaqlığa əliboş getmək doğru deyil. Kiçik bir hədiyyə aparmalısınız. Bu hədiyyə çiçək, şokolad və ya bir şüşə şərab ola bilər. Çiçək seçəndə diqqətli olmalısınız. İngilislər qərənfilləri sevmirlər. Xrizantemaları cənazəyə aparırlar. Gül buketi aparmaq isə yaxşı seçim ola bilər.

Qonaq gedəndə ucuz italyan şərabı aparsanız, xəsis olduğunuzu düşünərlər.

Hədiyyə kimi gətirilən içki qonaqlara verilir. Buna baxmayaraq, ucuz italyan şərabını ev yiyəsi qonaqlara verməz. İngilisin evində bir neçə gün qonaq qalacaqsınızsa, ona qonaqpərvərliyinə görə kiçik hədiyyə bağışlaya bilərsiniz. İngiltərədə evdə parti təşkil edəndə qonşuları da çağırmaq nəzakətli davranış sayılır.

Tədbirlərə gedəndə geyimə xüsusi diqqət vermək lazımdı. Geyimi dəvət edildiyiniz yerə uyğun seçin. Sadə bir toya Hollivud ulduzları kimi geyinib getsəniz hamı sizə lağ edəcək. Dəfn mərasiminə gedəndə tünd paltar geyinmək lazımdır.

Qonaqlığa gec getmək bağışlanmaz davranışdır. Toylara da gecikmək hörmətsizlik sayılır. Axşam yeməyinə əsasən saat 20:00-20:30 arasında getmək lazımdır. Bu da o deməkdir ki, ən uzağı saat 20:00-da dəvət edilən yerdə olmaq lazımdır.

Gecikəndə ciddi bəhanə tapmaq lazımdır. Məsələn, evdə yanğın olubsa, gecikməyi bağışlayırlar. İngilislər evlərində işləyən ustaya bizdəki kimi çox da diqqət yetirmirlər. Yəni, ona yemək və ya çay vermək haqqında düşünmürlər. Usta çox yorulsa, bir fincan çay və peçenyə verirlər.

İngiltərədə rəsmi tədbirə dəvət edilsəniz, çox diqqətli olmalısınız. Bütün qaydaları dəqiqliklə öyrənib, ona uyğun hərəkət etmək lazımdı. Məsələn, bunun üçün «Debrettin Etiquette and Modern Manners» (Ədəb Qaydaları və Müasir Davranışlar) və ya «Correct Forma» (Doğru formalar) kitabını oxumaq yaxşı olar. «Correct forma» kitabı danışıq və yazı dilindəki bütün qaydaları detallı şəkildə izah edir.

İngiltərədə ofisianta əlavə pul vermək ənənə halını alıb. Xidmət ödənişi hesaba daxil edilibsə, onda bəxşiş verməyə ehtiyac yoxdu. Restoranlarda hesabın 10-15 faizi qədər bəxşiş vermək məqsədəuyğundur.

Oteldə işləyənlərə bəxşiş vermək lazım deyil. Amma çamadanınızı daşıyana 1 sterlinq vermək yaxşı olar. Ümumiyyətlə ingilislər bəxşiş verməyi sevməyən xalqdır.

İngilislərdə toy zamanı kilsədə çalınan zəngə xüsusi diqqət yetirilir. Düşünürlər ki, bu zaman pis ruhlar qovulur. Gəlinlə bəy kilsəyə girəndə və çıxanda zəng çalınır və onlara çiçək atılır.

İtalyanlar isə Avropanın ən şən, həyatı çox sevən insanları hesab olunur. Dünyadakı inflyasiya, işsizlik, siyasi gərginliklər onların vecinə deyil. Küçələr yaxşı geyinmiş, xoşbəxt görünən və nəzakətli insanlarla doludur. Buradakı mağazalar keyfiyyətli, cazibədar, çox bahalı olmayan mallarla boldu və insanlar alış-veriş etməyi sevir. Restoranlar həmişə adamla dolu olur. Fərdiliyi, açıq ürəkliliyi, qarşılıqlı hörməti və əylənməyi sevən italyanlar sanki böhranların belə onlara təsir etmədiyini hər zaman göstərməyə çalışırlar. Xaricilərin İtaliyaya daha çox üz tutmasının səbəblərdən biri də bu ölkədə dostcanlı insanlarının olmasıdır.

İtalyanlar çox çalışqan, sülhsevən, səxavətli, təvazökar, dözümlü və ailəcanlı olur. Onlar müxtəlif siyasi qruplara bölünür, alternativ fikrə dözümlü yanaşmırlar. Milli üstünlük və qüsurları haqqında davamlı olaraq danışırlar. Bu müzakirə qəzetlərdə, qatar kupelərində və kafelərdə davam edir.

Futbol – bu haqda çox şey söyləməyə ehtiyac yoxdur, onlar üçün idmanın bu növü həyatın bir hissəsini təşkil edir. İtaliyalılar çox qonaqpərvərdi. Onlar hər zaman deyirlər: «Qonaqpərvərlikdə bizə heç kim çata bilməz».

İtalyanların qeyri-adi nişan və toy adətləri var. Məsələn, nişan mərasimində üzüklər qırmızı lentlə deyil, az bişmiş spagetti ilə bir-birinə bağlanır. Nikah mərasimində bəylə gəlin ayaq üstə olmalıdır. Nikah kəsiləndən sonra qonaqlara pizza paylanır. Onların qeyri-adi adətləri az deyil. Məsələn, İtaliyanın bir bölgəsində, məsələn insanlar kafedə “iki qəhvə, bir qəhvə asqıda” deyə sifariş verirlər. Özünə bir qəhvə gəlir. Qəhvəsini içən müştəri, gedərkən iki qəhvə pulunu ödəyir.

Ofisiant mismara bir kağız asır. Daha sonra, içəriyə iki adam gələndə, “üç qəhvə, biri asqıda” deyir. Onlara da 2 qəhvə gəlir. Qəhvələrini içib gedəndən sonra üç qəhvənin pulunu ödəyirlər. Ofisiant yenə mismara bir kağız asır. Və kasıb adamlar asqıdan qəhvə sifariş verir. Ona bir qəhvə gətirilir və içdikdən sonra pul ödəmədən gedir. Bu zaman da qəhvəçi mismarda olan kağızlardan birini çıxarıb tullayır. Onlar üçün bu, ictimai həyatın tarazlığını qoruyan, cəmiyyətin gələcəyini təyin edən çox əhəmiyyətli xüsusiyyətdir.

# 2777 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #