“Reallığı qulaqlarımla duyuram”

“Reallığı qulaqlarımla duyuram”
13 dekabr 2013
# 12:50

Mixail Hanekenin “Pianoçu qadın”, “Ağ lent” filmləri Kann da daxil olmaqla bir çox festivalların mükafatlarını qazanıb. Haneke sonuncu dəfə “Qızıl palma budağı”nı 2012-ci ildə mütəxəssislərin onun şedevri saydıqları “Sevgi” filminə görə qazanıb. Münsiflər bu mükafata görə rejissorun aktyorlara – 85 yaşlı Emmanuel Rivyeyə (“Xirosima-mənim məhəbbətim”) və 81 yaşlı Jan Lui Tretinyana (“Kişi və qadın”) nə qədər borclu olduğunu da vurğulayıblar.

Kulis.az üç dəfə Kann festivalının qalibi olmuş Avstriya rejissoru Mixail Hanekenin müsahibəsini təqdim edir.

- Qızının ölümündən sonra, on il filmə çəkilməyən Trentinyanı qayıtmağa necə razı saldınız?

- Mən həmişə ona heyranlıq hiss etmişəm, amma indiyədək ona təklif edəcək bir şeyim olmayıb. Ona yalnız uyğun gəldiyi bir rol təklif edə bilərdim. Jan-Luini çəkmək fikri o dəqiqə ağlıma gəlmişdi, amma onlar yaşlı adamlardır. Amma o mənim çəkəcəyim yeganə adam idi. O zaman Daniel Otoe də belə idi, mən “Gizlin” filmindəki rolu onun üçün yazmışdım.

- “Sevgi”də bütün qəhrəmanlar musiqiçilərdir. Filmdə musiqinin əhəmiyyəti nə qədərdir?

- Çox böyükdür. Üç bəstəkar var ki, zaman-zaman mənim filmlərimə qayıdır: Bax, Motsart və Şubert. Trentinyan royala əyləşib Baxın “Xoral”ını “Sənə səslənirəm, ilahi!” Bibliya duası əsasında ifa edir. Onun ifanı kəsməsi təsadüfi deyil.

- Siz deyirdiniz ki, qulaq gözdən daha vacibdir.

- Mən reallığı qulaqlarımla duyuram. Nə isə düz olmayanda bunu “eşidirəm”. Dünyanı min dənə lazımsız xırdalıqlara sarpan gözlərimlə qəbul edirəm. Necə ki, aktyor replikanı səsləndirəndə hamıya səs artikulyasiyanın ekrandakı dodaq tərpənişi ilə üst-üstə düşməsi çətin gəlir. Amma əslində bu, ən asan işdir. Ən çətini tonallığa düşməkdir. Qulaq gözdən daha həssas orqandır. Mən tamaşa hazırlayanda məşq zamanı səhnəyə yox, döşəməyə baxıram, belə olan halda aktyorların işini daha yaxşı hiss edirəm.

- Rejissorluğa gəlişiniz uzun çəkib.

- Hə, 15 yaşımda anam kimi aktyor olmaq istəmişəm, 14 yaşımda pianoçu olmaq istəyirdim, 13 yaşımda isə rahib. Məni aktyorluğa götürmədilər, ona görə də fəlsəfəni öyrənməyə başladım. Hərdən hekayələr yazırdım, tez-tez kino-tənqidçi kimi çıxış edirdim. Günə üç filmə baxırdım. Sonra televiziyada işlədim, əvvəlcə dramaturq, sonra ədəbi redaktor kimi. 20 il televiziya üçün filmlər çəkib tamaşalar hazırladım. Yalnız 46 yaşında ilk filmimi çəkdim. İndi mənə elə gəlir ki, bunlar hamısı bəxtimin gətirməyindən olub. Qarşıma qoyduğum məqsəd özümlə bərabər böyüyüb.

- Amma motivasiya dəyişib?

- Yox. Ümumiyyətlə mənə “niyə kino çəkirəm” sualına cavab vermək çətindir. Yəqin ona görə ki, başqa heç nə bacarmıram.

- Az qala bütün filmlərinizi Kann festivalında nümayiş olunub.

- Ona görə ki, premyera üçün başqa bir yer yoxdur. Yalnız Oskar və Kannda film belə diqqət mərkəzinə keçir. Ona görə də istənilən müstəqil rejissorun arzusu bunlardan birinə düşməkdir.

- Siz heç vaxt öz filmlərinizi interpretasiya etmirsiniz...

- Çünki bu kontr-produktivdir. Bu, tamaşaçının mənim qoyduğum suallara cavab axtarmaq imkanlarını məhdudlaşdırır. Mən durub danışsam, bəs film haqda kim düşünsün? Bəzən müəllif özü də bilmir ki, onun məqsədi nədir, hətta publikanın filmdən çıxardığı fikirləri təxmin belə etmir. Mən öz filmlərim haqqında yüzə yaxın kitab və dissertasiya oxumuşam və həmişə orada yazılanlara təəccüblənmişəm - sən demə mən bununla hansısa fikri ifadə etmək istəmişəm.

- Sizin üçün mükafat nə deməkdir?

- O deməkdir ki, növbəti filmi daha yaxşı şəraitdə işləyəcəm.

- Sizin filmləriniz insan naturasını pessimist təsvir edir. Amma deyəsən son vaxtlar bir az yumşalmısnız.

- Qətiyyən pessimist deyiləm. Pessimist olsam, yüngül mövzuda, əyləncəli filmlər çəkər, tamaşaçıları axmaq sayar, onları ciddi mövzularda düşünməyə yaxın belə qoymazdım. Məncə, bütün sənətkarlar optimistdir, yoxsa niyə onun vacib suallar qoymaq, publika ilə kontakta girmək arzusu olsun ki? Pessimizmdə məna yoxdur, o heç hara aparmır...

# 2833 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər