“Sevgi şərbəti”, “No comment”

“Sevgi şərbəti”, “No comment”
3 sentyabr 2013
# 12:01

Milli teatr 141-ci mövsümünü açmağa hazırlaşır. Teatrlar mövsümü ilk olaraq hansı tamaşa ilə açacaq? Bu mövsümdə hansı yeni tamaşalar olacaq? Bunu öyrənmək üçün teatrlarla hal-əhval tutduq.

Məlum oldu ki, mövsümün ilk tamaşası Akademik Mili Dram Teatrında olacaq. Onlar mövsümü sentyabr ayının 15-də, ənənəvi olaraq “Lənkəran xanının vəziri” tamaşası ilə açacaq. Qeyd edək ki, milli teatrın tarixi 1873-cü ildə göstərilən bu tamaşadan hesablanır. “Lənkəran xanının vəziri” hətta sağlığında əfsanəviləşən rejissor Vaqif İbrahimoğlunun milli teatrda son “sözü”, vida tamaşasıdır.

Səhnə əsərində xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı iştirak edirlər. Mili teatrın bu mövsümə vəd etdiyi premyera isə Əli Əmirlinin pyesi əsasında rejissor Azərpaşa Nemətin hazırladığı “Şah Qacar” tamaşasıdır. Qacar rolunda tamaşaçılar xalq artisti Fuad Poladovu görəcəklər.

Pantomima Teatrı: “No comment”

Azərbaycan Dövlət Pantomima Teatrı növbəti mövsümünü sentyabrın 21-də xalq artisti Bəxtiyar Xanızadənin “No comment” tamaşası ilə açacaq.

Bu il həm də Pantomima Teatrının 20-ci mövsümüdür. Bu mövsümdə pantomimasevərlər “Balaca şahzadə” (A.Ekzüperi) kimi yeni tamaşaya baxa biləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə sentyabr ayının 21-də başlayacaq. Rus yazıçısı A.Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış “Buratinonun macəraları” mövsümün ilk tamaşası olacaq. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).

Həmin gün axşam saatlarında isə İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşa 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulub.

Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Belə ki, qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2013-cü ilin sentyabr ayının 30-dan oktyabr ayının 2-ə dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabr ayının 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcəkdir.

Rus Dram Teatrı mövsümü sentyabrın 15-də uşaqların sevimlisi “Maşa və Ayı” və böyüklər üçün “Mafiozun operası” tamaşası ilə açacaq.

Opera Teatrı “Sevgi şərbəti” vəd edir

Opera və Balet Teatrı da ənənəvi olaraq mövsümü sentyabr ayının 18-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açacaq. Bu teatr mövsümü ərzində bir neçə tamaşanın premyerası gözlənilir. İlk premyera isə sentyabrın 21-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək. Bu, İtalyan bəstəkarı Donesettinin “Sevgi şərbəti” operası olacaq.

Tamaşanın quruluşçu rejissoru Ukraynadan dəvət olunmuş Nikola Trityandır. Nəzərdə tutulan yeni tamaşalardan biri də Puçininin “Di Todaro” operasıdır.

Musiqili Teatrdan aldığımız xəbərə görə yeni mövsümün açılışı teatrın yenicə təmirdən çıxmış binasında nəzərdə tutulsa da hələ ki, tamaşa mövsümünün nə vaxt və hansı əsərlə açılacağı məlum deyil.

“Yuğ” “Sərhəddə”

“Yuğ” Teatrı mövsümü sentyabr ayının 21-də “Sərhəddə” tamaşası ilə açacaq. Premyerası ötən mövsümdə keçirilmiş tamaşanın quruluşçu rejissoru Tomaş Leşçinskidir. “Sərhəddə” adlı tamaşanın quruluşçu rəssamı Elena Lola Loli də Polşadan dəvət olunub.

Mrojekin əsəri əsasında hazırlanmış “Sərhəddə” tamaşasında seyrçilər sərhədlərə bölünmüş dünyanın acınacaqlı mənzərəsini görə biləcək.

# 2918 dəfə oxunub

Oxşar xəbərlər

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

15:00 18 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər