Yeni kino mükafatı olacaq

Yeni kino mükafatı olacaq
15 sentyabr 2014
# 11:25

IX “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına hazırlıqlar başlayıb. Bunu festivalın direktoru Fehruz Şamıyev Kulis.az -a açıqlamasından bildirib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq: “İlk yenilik təşkilatçılar sırasına “Azərbaycanfilm” kinostudiyasının qoşulması olub. Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. Düşünürəm ki, “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına dəstək durması da məhz bu layihələrin davamıdır. Biz də yəni “Cinema” Mərkəzi kinostudiyanın bu addımını müsbət qarşılayırıq”.

Qafqazın ən böyük qısametrajlı film yarışması olan “STAR”da yeniliklər bununla bitmir. Belə ki, bu ildən etibarən festivalın qaliblərinə “Qızıl NAR” mükafatı təqdim olunacaq. F.Şamıyev bildirib ki, bu adda mükafatın təsis olunması riskli olduğu qədər də ölkəmizin prestiji baxımından uğurlu seçimdir: “Bu araşdırma festivalın sponsorları cəlb etmə baxımından müəyyən qədər riskli idi. Məlumdur ki, respublikamızda mədəniyyət tədbirlərinə daha çox mobil operatorlar dəstək verir. Məntiqlə “Qızıl NAR” mükafatı digər operatorları və sponsorları festivalın işindən uzaqlaşdıra bilər. Ona görə neçə illərdir qərar verməkdə çətinlik çəkirdik. Nəhayət, iki il öncə gəldik ki, NAR bütün hallarda Azərbaycan məhsulu kimi ölkənin simvolu olaraq göstərilə bilər. Nar meyvəsinin simvolik mənaları çoxdur. Gördüyünüz kimi festivalın heykəlciyində qadın da var. Nar bir növ qadın rəmzidir: qadının bətnində körpə, narın isə dənələri var. Bu baxımdan da festivalın mükafatında qadın siluetindən istifadə olunub. Dünyanın bir çox ölkələrində istehsal etdikləri meyvə ilə bağlı kino mükafatları var. Azərbaycan nar istehsalçısı olduğu üçün bu mükafat – “Qızıl NAR”ı festivalın mükafatı kimi təqdim etməyə qərar verdik”.

Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Məqsəd kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək, müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir.

Qeyd edək ki, filmlərin qəbuluna yaxın günlərdə start veriləcək: “Hər il festivalda iştirak etmək istəyən gənclərin və onların təmsil etdiyi ölkələrin sayı artır: “Sevindirici haldır ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəri kino ənənəsi olan dövlətlərdi. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və sair bu kimi ölkələr var”.

# 2513 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər