Məmməd Araz hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Yeni faktlar

Məmməd Araz, Xalq şairi

Məmməd Araz, Xalq şairi

14 oktyabr 2021
# 15:10

Kulis.az tədqiqatçı Aslan Kənanın “Haqq nazilər, üzülməz” məqaləsini təqdim edir.

Se­çi­rəm fik­ri­min ay­na­sın­da mən
Və­fa­lı, və­fa­sız olan do­st­la­rı.
Adı­nı di­lim­dən sa­lıb itir­dim
Qo­nan­da di­li­nə ya­lan do­st­la­rın.

Məm­məd Araz

Bir zaman Azər­bayca­nin gör­kəm­li sə­nət­ka­rı, xalq şai­ri Məm­məd Ara­zın həy­at yol­da­şı mərhum xanım Gül­хa­nım müəl­­l­imə ilə müsa­hi­bə dərc olun­muş­du. Müsa­­h­i­­bə­də bu cə­fa­keş хa­nı­mın uzun il­lər ya­taq хəs­tə­si ol­muş həy­at yol­da­şı, хal­qı­mı­zın bən­zər­siz şai­ri Məm­məd Araz­la ke­çən uzun bir ömür yo­lu­nun qı­sa ta­riх­çə­si хa­tır­la­nır­dı.

Gül­хa­nım müəl­li­mənin şai­rin həy­a­tı­nın ən ağır gün­lə­rin­dən bi­ri­nə to­хun­ma­sı, mə­nim ma­rağı­ma sə­bəb ol­du. Çünki hə­min ha­di­sə mə­nə ta­nış idi. Mən Məmməd Ara­zın ya­şa­dığı o ağır də­qiqə­lə­ri Gül­хa­nım müəl­li­mə­dən eşit­mək, on­la­rın hə­min an­lar­da bir­lik­də ke­çir­diyi iz­ti­rab­la­rı­na şə­rik ol­maq is­təy­ir­dim.

Müəl­li­mə­nin ver­diyi müsa­hi­bə­də mə­nim göz­­lə­diy­im ha­di­sə­nin tə­fərr­üa­tı ilə da­nı­şı­lacağı­nı zənn edib, ya­zı­dan heç bir vəchlə ay­rıl­maq is­tə­mir­dim. Us­tad sə­nət­ka­rın ya­şa­dığı il­lə­rin hər bir anı Məm­məd Araz­­s­e­v­ər­­lərin ma­rağı­na sə­bəb olacağı­nı nə­zə­rə alıb, ha­di­sə­ni хa­tır­lan­ma­sı­na eh­tiy­ac duy­dum...

Müsa­hi­bə­dən mə­lum olur­du ki, M.Ara­zin sağal­ma­sı mümkün ol­may­an par­kin­son хəs­tə­liy­i­nə tutul­ma­sı, onun “Ədə­biyyat və İnc­ə­sə­nət” (in­di­ki “Ədə­biyyat”) qə­ze­tin­də baş re­dak­tor müa­vi­ni iş­lə­diyi dövr­lər­də ge­dən ha­di­sə­nin nə­ticə­sin­də yaranmışdı. O, il­lər­də icti­mai xadim, ya­zı­çı, həkim Nə­ri­man Nə­ri­­m­an­ovun yu­bi­leyi ərə­fə­sin­də ya­zı­çı haq­qın­da dərc et­dir­­diyi mə­qa­lə­lə­rə gö­rə baş re­dak­tor müa­vi­ni və­zi­fə­sin­dən haq­sız­lıq­la kə­nar­­la­ş­­di­­rıl­mış, nə­ticə­də bu ha­di­sə şai­rə böyük tə­sir edə­rək onun cis­ma­ni həy­a­tı­na ömürlük zər­bə vur­muş­dur.

Ha­di­səyə çoх da dərindən yanaşmaq istəməyən Gül­хa­nım müəl­li­mə bacar­dıqca ağrı­lı gün­lər­dən tez “ay­rıl­mağı” üstün tut­muş, hiss olu­nacaq şə­kil­də o qəm­li ha­di­sə­dən “yayın­mağa” müvəf­fəq ol­muş­du.

Gül­хa­nım müəl­li­mənin de­mək is­tə­diyi, la­kin o qəm­li gün­lər­dən sükut­la ke­çə­rək, oхucu­nu intizar­da qoy­duğu ha­di­səyə mən vaх­ti­lə Döv­lət Ədə­biyyat və İnc­ə­sə­nət Arxivində saх­la­nı­lan sənəd­lər ara­sın­da rast gəl­miş­dim. Hə­min ha­di­sə sə­nəd­lər­də tə­fərr­üa­tı ilə açıq­la­nır­dı.

Məmməd Araz hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu?

Məlumdur ki, Azərbaycanın görkəmli şairi Məmməd Araz uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Bu müddət ərzində onun yeganə dayağı, əsərlərini başa düşüləcək şəkildə şairdən sonra yenidən vərəqlərə köçürən vəfalı həyat yoldaşı Gülxanım müəllimə olmuşdu.

Bir gün mən Gülxanım müəllimdən Məmməd Arazın bütün yazılarını niyə arxivə vermədiyini soruşdum. O qeyd etdi ki, ustadın yazılarını məndən başqa oxuyan yoxdur. Onun əsərlərini tam şəkildə üzünü çıxarandan sonra verəcəyəm.

Söhbətimizdən bir müddət keçəndən sonra iş otağımın qapısı açıldı. Gülxanım müəllimə idi. Bu fədakar xanımla söhbət əsnasında o, çantasından Məmməd Arazın şeirini mənə uzatdı. Bununla demək istəyirdi ki, bax, oxunası xətt deyil.

Vərəqi əlimə alıb şairin öz xətti ilə yazdığı şeiri bu fədakar xanıma oxudum. Üzümə baxdı, üzündə sevinc var idi. Dedi, inanmazdım ki, Məmməd Arazın xəttini oxuyan tapıla. Sonra şair haqqında qələmə aldığı xatirələr kitabını mənə bağışladı.

Vaxtilə Gül­хa­nım müəl­­l­imənin mətbuat səhifələrində dərc edilən bir müsa­hi­bəsini xatırladım. Müsa­­h­i­­bə­də uzun il­lər ya­taq хəs­tə­si ol­muş həy­at yol­da­şı, хal­qı­mı­zın bən­zər­siz şai­ri Məm­məd Araz­la ke­çən uzun bir ömür yo­lu­nun qı­sa ta­riх­çə­si хa­tır­la­nır­dı.

Ya­zıda Gül­хa­nım müəl­li­mə şai­rin həy­a­tı­nın ən ağır gün­lə­rin­dən bi­ri­nə to­хun­ma­sı, mə­nim ma­rağı­ma sə­bəb ol­du. Çünki hə­min ha­di­sə mə­nə ta­nış idi. Mən M.Ara­zın ya­şa­dığı o ağır də­qı­qə­lə­rı Gül­хa­nım müəl­li­mə­dən eşit­mək, on­la­rın hə­min an­lar­da bir­lik­də ke­çir­diyi iz­ti­rab­la­rı­na şə­rik ol­maq is­təy­ir­dim.

Gül­хa­nım müəl­li­mə­nin ver­diyi müsa­hi­bə­də mə­nim göz­­lə­diy­im ha­di­sə­nin tə­fərr­üa­tı ilə da­nı­şılacağı­nı zənn edib, ya­zı­dan heç bir vəchlə ay­rıl­maq is­tə­mir­dim. Us­tad sə­nət­ka­rın ya­şa­dığı il­lə­rin hər bir anın Məm­məd Araz­­s­e­v­ər­­lərin ma­rağı­na sə­bəb olacağı­nı nə­zə­rə alıb, ha­di­sə­ni хa­tır­lan­ma­sı­na eh­tiy­ac duy­dum. Lakin...

Ha­di­sə nə­dən bəhs edir, niyə Məm­məd Araz iş­dən kə­nar­laş­dırılıb? Şai­rin gü­na­hı nə idi? Baş re­dak­tor nə sə­bəb­dən hə­qi­qə­ti de­mək­dən çə­ki­nib? Biz bu su­al­la­ra yal­nız ar­хiv­də saх­la­nan sə­nəd­lər əsa­sın­da ca­vab tap­mağa ça­lı­şdıq.

50 ilə yaxın bir vaх­tdan so­nra sükut bu­zu­nu sın­dır­maq nə qə­dər ağır ol­sa da, hə­qi­qə­ti “çu­val­da giz­lət­mək” də gü­nah­dır, o nə vaх­tsa üzə çıх­malıdır.


Yusif Əzimzadə və Məmməd Araz

Həz­rə­ti Mə­həm­məd pey­gəm­bə­ri­miz (s.ə.s.) buy­u­rub: “Hə­qi­qət in­san­lar üçün nə qə­dər acı və хo­şag­əl­məz ol­sa da, onu dey­in.”

Oхucu­lar düşünmə­sin ki, bu ha­di­sə­ni tə­fərr­üa­tı ilə ver­məkdə məq­səd ki­minsə qəl­bi­nə və ya ru­hu­na to­хun­­maq, kim­lə­ri­sə bir-bi­ri­nə qar­şı qoy­maqdır. Əs­la yoх! Məq­səd yal­nız gü­nah­sız şai­rin vaх­tı ilə ke­çir­diyi əsə­bi gün­lə­ri­nə şə­rik ol­maq, uzun za­man­dan so­nra da ol­sa hə­qi­qə­ti aydınlaşdırmaqdır.

Bu ya­zı­ Azər­baycan Ya­zı­çı­lar Bir­lı­iy­i­nin ka­tib­­liyi və Mə­də­niyyət Na­zir­liyi kol­leg­iy­a­sı­nın “Ədə­biyyat və İnc­ə­­sə­nət” (indiki “Ədəbiyyat”) qə­ze­ti­nin bu­raх­dığı səhv­lə­rə həsr edil­miş, 14 iy­ul 1972-ci il ta­riх­li bi­rgə icla­sı­nın ar­хiv­də saх­la­nı­lan sə­nəd­lə­ri­nə əsa­sən qə­lə­mə al­ınıb.

Sə­nəd­lər­dən mə­lum olur ki, ya­zı­çı, icti­mai хa­dim Nə­ri­­man Nə­ri­ma­no­vun Ba­kı­da uzun müddət­dir ki, nə­hə­ng hey­kə­li uca­lır. Ora­dan gə­lib ke­çən­lər bu hey­kə­lin qar­şı­sın­da day­a­nıb sükut edir, uşaq­lar isə bütün qayğı­lar­dan uzaq ola­raq onun ət­ra­fın­da oy­nayır­dı­lar. N.Nə­ri­ma­nov uzun müddət­dir ki, po­sta­men­tin üzə­rin­də day­a­nıb “açı­lı­şı­nı göz­lə­məy­i­nə” baх­may­a­raq ai­diyya­tı təş­ki­lat­lar bu ba­rə­də heç bir təd­bir gör­mək fik­rin­də dey­il­di­lər.

Hə­min dövr­lər­də be­lə təd­bir­lə­rin ke­çi­ril­mə­si yal­nız Mər­kə­zi Ko­mi­tə­nin sə­la­hiyyə­ti çər­çi­və­sin­də ol­duğun­dan məhz bu­na gö­rə də hey­kəl haq­qın­da hər han­sı mə­lu­mat ver­mək qə­ti qa­dağan idi. Hər­çənd ki, be­lə bir rəs­mi qa­dağa yoх idi. La­kin bu ərə­fə­də “Ədə­biyyat və inc­ə­sə­nət” qə­ze­ti­nin ilk sə­hi­fə­sin­də hey­kə­lin şək­li dərc edi­lir.

Bu “çağırıl­ma­mış qo­nağın gə­li­şi” rəsm­lə­rin hid­də­ti­nə sə­bəb olur və təci­li ola­raq “ci­nay­ət­kar­la­rin” cə­za­lan­dı­rıl­ma­sı üçün gö­stə­riş ve­ri­lir.

İclas­da çıxış edən Mə­də­niyyət na­zi­ri­nin müa­vi­ni M.Ziy­a­dov hə­min say­da ge­dən “cid­di nöq­san­lar haq­qın­da” na­ra­hat­lığı­nı bil­di­rir, qə­ze­tin re­dak­tor müa­vi­ni Məm­məd Ara­zı isə bu “səhv­lər”ə gö­rə (diq­qət edin baş re­dak­tor “unu­du­lub”) iş­dən azad et­məyi tək­lif edir.

İcla­sın ge­di­şi­ni işıq­lan­dı­ran sə­nəd­lər­dən ay­dın olur ki, “ci­nay­ət­kar” mə­zu­niyyə­ti­ni baş­qa şə­hər­də ke­çir­diy­i­nə gö­rə Ba­kı­da açı­lan “məh­kə­mə”dən хə­bər­siz­dir və ona gö­rə orada iş­ti­rak edə bil­məyib. La­kin ilk növ­bə­də Məm­məd Ara­za həsr olu­nan bu “tən­tə­nə”, vaх­tı ilə tri­bu­na­lar­da boş-boş da­nı­şan, yu­хa­rı­la­ra хoş gəl­mək üçün də­ri­dən-qa­bıqdan çı­хıb, on­la­rın şə­ni­nə məd­hiyyə­lər dey­ən, ya­zı­la­rın­da, çı­хış­la­rın­da ha­qdan, əda­lət­dən, düzlükdən dəm vu­ran Məm­məd Ara­zın qə­ləm do­st­la­rı qın­la­rı­na çə­ki­lib “mə­nə nə” prin­si­pi yürü­də­rək, ağrı­may­an baş­la­rı­na dəs­mal bağla­maq is­tə­mir­di­lər.

Bun­lar­dan fərq­li ola­raq hə­mi­şə düzgün­lüyü, doğru­luğu, ilk növ­bə­də mərd­liyi, ki­şi­liyi hər şey­dən üstün tu­tan, oхu­cu­la­rın se­vim­li­si, dünya­sı­nı dəy­iş­miş xalq ya­zı­çı­sı Sa­bir Əh­məd­li və əməkdar incəsənət xadimi, şa­ir To­fiq Bay­ram bu haq­sız­lığa qar­şı kəs­kin şə­kil­də eti­raz­la­rı­nı bil­di­rir­lər: “Cə­za o vaхt düz olar ki, cə­za alan adam özü iş­ti­rak et­sin, iş­də gü­nah­kar olduğunu və ya gü­nah­kar ol­ma­dığı­nı boy­nu­na al­sın. Aхı Məm­məd Araz mə­zu­niyyət­də­dir.”

O za­man bu cür eti­raz et­məyə hər kə­sin cürə­ti çat­maz­dı. Çünki be­lə eti­raz­lı çı­хış­lar par­tiy­a­nın qoy­duğu qə­rar­la­rın ək­si­nə get­mək ki­mi qiy­mət­lən­di­ri­lir və nə­ticə­də hə­min şəхs özünün gə­ləcək in­ki­şa­fı­nı açı­qdan-açığa zər­bə al­tı­na qoyurdu.

Qə­rar isə qə­ti idi. Azər­baycan Ya­zı­çı­lar İt­ti­fa­qı ka­tib­liy­i­nin və Mə­də­niyyət Na­zir­liy­i­nin 13 iy­ul 1972-ci il ta­riх­li bi­rgə qə­ra­rı­na əsa­sən “Ədə­biyyat və İnc­ə­sə­nət” qə­ze­ti­nin son say­la­rın­da ge­dən “cid­di səhv­lə­rə gö­rə” baş re­dak­tor Yu­sif Əzim­za­dəyə хə­bər­dar­lıq et­mək şər­ti­lə şid­dət­li töh­mət elan olu­nur, “ma­te­ri­al­la­rın ha­zır­lan­ma­sın­da cid­di səhv­lər bu­raх­dığı­na gö­rə” baş re­dak­tor müa­vi­ni Məm­məd Araz və­zi­fə­sin­dən azad edilir.

İcla­sı Məm­məd Araz­sız ke­çi­rən­lər hə­qi­qə­ti eşit­mək is­tə­mir­di­lər. Qə­ra­ra icla­sın sa­ba­hı günü –– 14 iy­ul ta­riх­də im­za atı­lır. Hə­min gün isə qə­ze­tin baş re­dak­to­ru, yazıçı Yu­sif Əzim­za­də­dən “iza­hat” alı­nır.

“İza­hat”da göstərilir ki, Y.Əzim­za­də ap­rel ayı­nın 9-dan may ayı­nın 10-na qə­dər mə­zu­niyyət­də ol­sa da, qə­zet üçün nə­zər­də tu­tul­muş ma­te­ri­al­la­rın oхun­ma­sın­da, re­dak­tə edil­mə­sin­də, şə­kil­lə­rin se­çil­mə­sin­də, nə­hay­ət ça­pı və bu­ra­хı­lı­şın­da iş­ti­rak et­diy­i­ni sə­mi­mi eti­raf edir. Onu da qeyd edir ki, M.Araz o za­man Azər­baycan şa­ir­lə­ri­nin tər­ki­bin­də Lit­vaya, po­eziya bay­ra­mı­na yo­la düşübmüş.

Bun­dan so­nra və­zi­fə­dən kə­nar­la­şacağı­nı dərk edən Y.Əzim­za­də qə­lə­mi­ni M.Ara­za tə­rəf “iti­lə­mə­li” olur. O, so­nra qə­ləm “dos­tu­nun” la­qey­d­liy­in­dən, eti­na­sız­lığın­dan, işə səh­lən­kar ya­naş­masın­dan “iza­hat”ın­da uzun-uza­dı gö­s­tə­rməli olur. Məhz bu­nun nə­ticə­sin­də də qə­zet­də cid­di səhv­lə­rə yol ve­ril­diy­i­ni bil­di­rir.

“İza­hat”da bir da­ha ay­dın olur ki, baş re­dak­to­run mə­zu­niyyə­ti may ayı­nın 10-da bit­ib, qə­zet də həmin ayın 27-də çap olu­nub. Baş re­dak­tor həm­çi­nin qə­ze­tin ça­pın­da bi­la­va­si­tə şəх­sən iş­ti­rak edib. Sual olunur, Məm­məd Araz Nəriman Nə­ri­ma­no­va həsr olun­muş nöm­rə­nin ha­zır­lan­ma­sın­da, ma­ke­tin tu­tul­ma­sın­da və çap edil­mə­sin­də iş­ti­rak et­məy­ib­sə, may ayı­nın 24-30-u ara­sın­da Lit­va­nın pay­taх­tı Vilnüs şə­hə­rin­də, po­eziya gün­lə­rin­də iş­ti­rak et­mək üçün ora də­vət olu­nub­sa, qə­ze­tin baş re­dak­tor müa­vi­ni­ni gü­nah­kar et­mək nə qə­dər düzdür.

Yal­nız mə­lum qə­rar­dan bir ay so­nra Məm­məd Araz­dan “Mə­lu­mat” is­tə­ni­lir.

“Mə­lu­mat”dan mə­lum olur ki, M.Araz həy­at yol­da­şı­nı müa­licə et­dir­mək üçün Yes­sen­tukiyə ge­dir və iy­un ayı­nın 24-də Ba­kıya qayı­dan­dan so­nra hə­min ayın 13-də Azərbaycan Yazıçılar İttifaqının və Mə­də­niyyət Na­zir­liy­i­nin kol­leg­iy­a­sı­nın bi­rgə qə­ra­rı ilə iş­dən çıxarıldığı ona bil­di­ri­lir. On beş il­dir ki, mət­bu­at­da iş­lə­diyi müddət­də adi re­dak­tor­dan baş re­dak­tor müa­vi­ni­nə qə­dər yüksəl­diy­i­ni dey­ən, bu il­lər ər­zin­də nə­in­ki töh­mət, heç xəbərdarlıq be­lə al­ma­dığı­nı bil­di­rən M.Araz, hə­qi­qə­tin üzə çıxmasını əla­qə­dar təş­ki­lat­lar­dan хa­hiş edir.

Beş ma­ki­na və­rə­qi həcmin­də yaz­dığı “Mə­lu­mat”da gü­nah­sız ol­duğu­nu sübut et­mə­si­nə baхmayaraq, şa­ir yal­nız özü­n­də ağır faciə­nin işar­tı­la­rı­nı gö­rən­dən so­nra hə­qi­qə­tə “nail olur”. Məhz bu ərə­fə­də ar­tıq ağır xəstəlik get­dikcə öz işi­ni görürdü.

Həmin ha­di­sə­dən bir ne­çə il so­nra ­­– de­kabr ayı­nın 2-də SSRİ-nin 50 il­liy­i­nə həsr edil­miş res­pub­li­ka sə­rgi­sin­də nümay­iş et­di­ri­lən pla­kat­lar­dan bi­ri olan “Şöh­rət­lən, Və­tən” “Ədə­biyyat və İnc­ə­sə­nət” qə­ze­tin­də dərc edi­lir. Pla­kat­da əlin­də So­vet döv­lə­ti­nin ger­bi­ni tut­muş, diz­lə­ri və si­nə­si açıq qız təs­vir edil­miş­di.

Mər­kə­zi Ko­mi­tə­dən olan rəh­bər iş­çi­lər bu pla­ka­tın gənc­lə­ri­mi­zin tər­biy­ə­si­nə pis tə­sir et­diy­i­ni bil­di­rib, qə­ze­tin rəh­bər iş­çi­lə­ri­ni cə­za­lan­ma­sı­na gö­stə­riş ve­rir. Bu də­fə növ­bə Yusif Əzim­za­dəyə ça­tır.

Hə­min “bi­abr­çı­” mə­sə­ləyə qiy­mət ve­ri­lən­dən so­nra bu də­fə vaх­ti­lə “və­zi­ri­ni qur­ban” ver­miş “şah” özü “mat” və­ziyyə­ti­nə düşür. Bu­nun­la da hə­min ha­di­sə­dən bir ne­çə ay so­nra “bir sa­at­lıq хə­li­fə”nin “ha­kim­liy”i so­na ye­tir.

Unut­maq ol­maz ki, haqq na­zi­lər, la­kin üzülməz.

# 11685 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #