KQB onun əsərlərini niyə qadağan etmişdi? - Erməni əsilli anasının soyadını götürən yazıçı

KQB onun əsərlərini niyə qadağan etmişdi? - Erməni əsilli anasının soyadını götürən yazıçı
16 fevral 2024
# 15:00

Kulis.az Svetlana Quliyevanın Sergey Dovlatov haqqında yazdığı "Erməni əsilli anasının soyadını götürən yazıçı" adlı məqaləsini təqdim edir.

Sergey Dovlatov 1941-ci il 3 sentyabrda Rusiyanın Ufa şəhərində anadan olub.

Yəhudi atası teatr rejissoru, erməni əsilli anası bədii korrektor olub.

Dovlatov anasının soyadını götürüb.

O, 1959-cu ildə Leninqrad Dövlət Universitetinin Fin dili filologiyası fakültəsinə qəbul olunub, ancaq pis oxuduğuna görə iki ildən sonra qovulub və hərbi xidmətə yollanıb.

İosif Brodskinin dediyinə görə, Dovlatov da əsgərlikdən Tolstoy kimi qoltuğunda bir qalaq hekayə ilə qayıdıbmış.

Əsgərlikdən qayıtdıqdan sonra qovulduğu universitetin Jurnalistika fakültəsinə qəbul olunub və hekayələr yazmağa başlayıb.

1972-ci ildən 1975-ci ilədək Estoniyada yaşayıb. “Sovet Estoniyası” qəzetində işlədiyi vaxt qeydə aldığı maraqlı məqamları sonradan “Kompromis” kitabına daxil edib.

İlk kitabı “Beş künc” KQB-nin əmri ilə elə nəşriyyatdaca məhv edilib.




1975-ci ildə Leninqrada qayıdır, ancaq onun yazılarını nə qəzetlər, nə jurnallar, nə də nəşriyyatlar qəbul edir.

Dovlatovun hekayələri mühacirlərin jurnallarında dərc olunandan sonra onu SSRİ Jurnalistlər Birliyinin üzvlüyündən çıxarırlar.
Sergey Dovlatov Nyu-Yorka köçür və həyatının sonunadək – 1990-cı il 24 avqustadək Nyu-Yorkda yaşayır.


“Amerika, Amerika”

Əvvəlcə arvadı Yelena və qızı Yekaterina, 1978-ci ildə isə özü SSRİ-ni tərk edərək Amerikaya köçür. (Dissidentlər rahatca SSRİ-ni tərk edə bilirdilər)

Əslində, narazıların gedişi ittifaqa sərf edirdi. Beləcə onlar dinc və razı əhaliyə təsir edə bilmirdilər.

Əlbəttə, çoxu can atırdı, ancaq Amerika hamını eyni cür qarşılamırdı: Çoxu özünü tapmır, yaxud başa düşürdü ki, zənn etdiyi kimi dahi deyil.
Amma Dovlatovun bəxti gətirdi: əsərləri ingiliscəyə çevrildi və nəhayət, çap edildi, üstəlik, “Yeni amerikalı” qəzetinə baş redaktor təyin olundu.


Dovlatov və onun nəsri

Elə yazıçılar var ki, onları oxuyursan, yazdıqlarından, düşüncələrindən izaholunmaz zövq alırsan, amma təəssüratlarını ifadə eləyə bilmirsən, ehtiyat edirsən.
Dovlatov haqqında oxumaq azdır, gərək onun haqqında yazan, danışan adamın gözlərinin içinə də baxasan. Baxasan ki, sözlərlə ifadə eləyə bilmədiyini gözlərindən oxuyasan.
Dovlatovun realizmi sarsıdıcıdır, itidir, amansızdır.
Dili sadədir, oxunaqlıdır. Həm də Rus dilini mükəmməl bilirdi…

Dovlatov sadə insanları, sadə hekayələri sadə dillə təqdim edir: nə fəlsəfi fikirlər, nə psixoloji təsvirlər, nə də mübaliğə…. Dovlatov, sadəcə, yazırdı: iddiasız, sakitcə, orijinal.

Mən həmişə pessimist, depressiyada olan dostlarıma məsləhət görürəm ki, Dovlatovu oxusunlar. Dovlatov həyata ironiya ilə baxmağı öyrədir.
Onun istənilən əsərində - “Zona”, “Filial”, “Qoruq”, “Kompromis”, “Əcnəbi qadın”, “Çamadan”, “Tamaşa”, “Həyat qısadır” - Dovlatov obrazına rast gəlirsən: uğursuz, alkoqolizmdən əziyyət çəkən, özünü tapa bilməyən...
Oxucu aldanır, elə bilir ki, o obraz Dovlatovun özüdür.
Dovlatov öz obrazına mənfi xüsusiyyətlər yükləyib. Bunu hər yazıçı etməz, əlbəttə. O, özünü, ailəsini, dostlarını yıxıb-sürüyür, özünə ironiya edir.

Arzu edirəm, Sergey Dovlatovun haradasa gizlədilmiş, heç yerdə çap olunmamış, gün üzü görməmiş əlyazmaları tapılsın... Əgər varsa.

# 2096 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #