Bu kitabları oxuyandan sonra həyatınız əvvəlki kimi olmayacaq - Dini-elmi ehkamlara parodiya

Bu kitabları oxuyandan sonra həyatınız əvvəlki kimi olmayacaq - Dini-elmi ehkamlara parodiya
2 aprel 2024
# 17:00

Kulis.az həyata baxışınızı dəyişdirəcək kitabları təqdim edir.

Corc Oruell - 1984

1984 Print George Orwell Poster - Etsy

"1984" XX əsr dünya ədəbiyyatının ən məşhur romanlarındandır. Əsər insanların necə apolitikləşdirildiklərini, qorxaqlaşdırıldığını göstərir. Ədəbiy­yatın totalitar təfəkkürə və des­­­potik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diq­­qətəlayiq nümunələrindən biridir.

Kurt Vonnequt - Pişik beşiyi

Kurt Vonnequt - pişik Beşiyi

"Pişik beşiyi" dinin və elmin ehkamlarına parodiyadır. Əsərin qəhrəmanı Xirosimaya atom bombası atılan gün bomba ilə bağlı insanların nə işlə məşğul olduğu haqqında əsər yazmaq istəyən Con adlı bir jurnalistdir.

127 qısa fəsildən ibarət “Pişik beşiyi” romanında Vonnequt sona qədər kollaj üsulundan istifadə edir. Kitablardan, qəzetlərdən, jurnallardan hissələr, məktublardan parçalar — hamısı romanın sonuna qədər oxucunun ixtiyarına verilir.

Orson Skott Kard - Enderin oyunu

Ender's Game - Wikipedia

Müəllifin hələ də yazılmaqda olan elmi fantastika seriyasının ilk kitabıdır.

Personajın zorakılıq motivləri bəzi tənqidçilər tərəfindən pislənsə də, kitab ümumilikdə müsbət qiymətləndirilib. Əsər həmçinin Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusu da daxil olmaqla bir çox hərbi təşkilatlar üçün tövsiyə olunur. "Enderin oyunu" 1984-cü ildə Nebula, 1986-cı ildə isə Hüqo mükafatı qazanmışdır.

Oldos Haksli - Cəsur yeni dünya

Cəsur yeni dünya - Qanun.Az | Kitab | Kitablar

Antiutopiya janrında qələmə alınan roman ingilis yazıçı Oldos Hakslinin şahəsəridir.

Romanda reproduktiv texnologiya, yevgenika və hipnopediya sayəsində dəyişdirilmiş cəmiyyətdən bəhs olunur.

Əsərdə hamı sağlamdır, dünya texnoloji cəhətdən inkişaf edib, müharibələr və yoxsulluq aradan qaldırılıb. Bütün irqlərin bərabər olduğu və hər kəsin tamamilə xoşbəxt olduğu bir dünya var. Amma bu inkişaf fərd üçün çox vacib olan bir çox dəyərlərin məhv edilməsi və aradan qaldırılması ilə əldə edilib; ailə, mədəni müxtəliflik, incəsənət, ədəbiyyat, din və fəlsəfə artıq yoxdur.

Mark Hedn - Gecə vaxtı itin müəmmalı ölümü

Kitab Gecə Vaxtı İtin Müəmmalı Ölümü | Mark Hed | 9789952834352 | Alinino.az

Müəmmalı bir qətl və bu qətlə işıq tutmağa çalışan dünyanın ən diqqətli detektivi: Kristofer Con Frensis Bun.

15 yaşlı detektivimiz heç vaxt tək yaşadığı küçədən kənara çıxmayıb, amma astronavt olmaq istəyir. O, dünyanın bütün ölkələrini və onların paytaxtlarını bilir və 7507-yə qədər saymağı bacarır.

Gecəyarıdan yeddi dəqiqə keçirdi. İt missis Şirzin evinin qabağındakı çəmənliyin ortasında, otun üstündə uzanmışdı. Onun gözləri yumulu idi. Kənardan baxdıqda sanki o, böyrü üstə uzanıb qaçırdı, eynilə yuxuda pişik qovan itlər kimi. Ancaq it nə yatırdı, nə də qaçırdı. İt ölmüşdü. İtin bədəninə yaba sancılmışdı...

Əsər 2003-cü ildə İngiltərənin nüfuzlu “Kosta” mükafatına layiq görülmüşdür.

Cozef Heller - Maddə 22

Catch-22 Poster: Joseph Heller Book Cover Print - Etsy

İkinci Dünya Müharibəsi əsnasında Amerika ordusunda bombardmançı pilot kimi xidmət edən Yossarianın hekayəsi...

Oxuyarkən siz bu gün dünyada baş verənlərlə kitabdakı hekayə arasında əlaqə quracaq və əslində, nə qədər absurd, çılğın, qorxulu və kinli bir dünyada yaşadığınızı anlayacaqsınız.

Haruki Murakami - Kafka sahildə

Kitab Kafka Sahildə, müəllif Haruki Murakami - Qiymeti, Bakıda almaq.  Satışı, icmal, rəylər

Kafka Tamura on beş yaşına çatdığı gün evdən qaçır. Uzun müddətdir planlaşdırdığı bu qaçışın səbəbi atasının illər əvvəl dilə gətirdiyi öncəgörmədir. Amma atasının onun içinə mexanizm kimi yerləşdirdiyi bu öncəgörmə onu kölgə kimi izləyir. Kafka ilk dəfə eşq və ehtirası dadarkən taleyinin düyünləri sirli bir qətllə açılmağa başlayır.

Fyodor Dostoyevski - Karamazov qardaşları

Karamazov qardaşları - Qanun.Az | Kitab | Kitablar

"Karamazov qardaşları" bir çox tənqidçiyə görə dünyanın ən yaxşı mətnidir. Hətta deyirlər ki, Heminqueyin intihar etməsinin səbəbi onun heç vaxt belə bir kitab yaza bilməyəcəyini düşünməsidir

Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf edib və 1880-ci ilin noyabr ayında bitirib. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat edib.

Volter - Kandid, yaxud optimizm

Kitab :: Qeyri-bədii ədəbiyyat :: Fəlsəfə :: Kandid - yaxud optimizm

Bəşər tarixində yeni dövrün təməlini qoyan Volter (1694-1778) illərini həbsxanada keçirdi.
Russonun "optimist fəlsəfə" nəzəriyyəsini tənqid etdiyi "Kandid" dünyanın ən çox oxunan kitablarından birinə çevrilib.
Əsrlərin macəra ab-havasını da daşıyan bu əsərdə dünyanın müxtəlif yerlərinə xəyali səyahətlər, sevgi və fəlsəfə eyni anda işlənib.

Qabriel Qarsiya Markes - Yüz ilin tənhalığı

Yüz ilin tənhalığı | Bakı Kitab Mərkəzi

Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş bu romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilib.

Çili şairi Pablo Neruda romanı "Servantesin "Don Kixot"undan sonra yazılmış ən böyük vəhy" adlandırıb. Amerikalı yazıçı Uilyam Kennedi isə bu romanı İncildən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab edib.

Harper Li - Bülbülü öldürmək

Kitab Bülbülü öldürmək | Harper Lee | | Alinino.az

Bu roman oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur.

Alabamadan olan balaca bir qızın danışdığı həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.

“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. 1961-ci ildə Pulitzer mükafatına layiq görülən roman əsasında film də çəkilib.

Marqaret Etvud - Damazlıq qızın əhvalatı

Damazlıq qızın əhvalatı - Qanun.Az | Kitab | Kitablar

Etvudun bu kitabı əksər tənqidçilər və oxucular tərəfindən distopiya janrının aparıcı əsərlərindən biri hesab edilır. Əsər eyni zamanda feminizmin bədii ədəbiyyatdakı əsas nümunələrindədir.

Bütün hüquqlarından məhrum olan qadınlar iki qrupa bölünür: qısırlar və damazlıqlar. Əsərin baş qəhrəmanı of-Freddir. (Fredə məxsus) Əhvalat da onun dilindən nəql olunur.

Etvudun incə yumoru və təsvirləri oxucu maqnit kimi özünə çəkir.

Lois Louri - Seçilmiş

The Giver by Lois Lowry FIRST EDITION | eBay

Kitabda zaman açıq-aydın göstərilməsə də, bunun gələcəkdə bir cəmiyyətdə baş verdiyini başa düşmək olar. Kitabın böyük hissəsi Conasın yaşadığı icmada baş verir. Bu icma hər kəsin işinin aydın olduğu, inkişaf etmiş bir kəndlə müqayisə oluna bilər. Bu cəmiyyətdə təhsil çox inkişaf edib və hər kəs öz xüsusiyyətlərinə, qabiliyyətinə uyğun iş tapır.

# 2009 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
# # #