"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar
26 mart 2026
# 13:00

Bu gün İtaliya dramaturqu, rejissor, rəssam, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fonun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları Əyyub Qiyasın tərcüməsində təqdim edir.

- "Başa düş, özgə qadınlar mənə yalnız yataqda lazımdır, vəssalam!".

"Amma mən sənə heç yataqda da lazım olmuram!".

- "Mənim səninlə nə işim var, sənin sərgüzəştlərin, sənin başıboş qızların mənə lazım deyil!".

"Hə, demək başıboş olmasaydılar, onlarla işin olardı?".

- Dedi ki, mən pozğunam! Onun qızı mənim ərimdən hamilə qalıb, amma mən pozğunam!

- Son dərəcə sakit və kimsəsiz yerə görüş təyin etdik. Dedi: "Sabah saat 3-də qəbiristanda görüşərik".

- Hə-zz!! Heç dəxli var! Bu qədər sözün içindən gör nə seçiblər?! Məsələn, bunun əvəzində kətil sözünü götürmək olmazdımı? Belə deyərdilər: "Mən kətil alıram". Əvvəla heç kəs başa düşməzdi ki, söhbət biədəb məsələdən gedir. İkincisi, fikirləşərsən ki, adam yorulub, oturub dincəlir!

- Qızınızın neçə yaşı var? On altı? Bilirsiniz necədir, normal qızların on altı yaşı olanda yad kişilərlə veyillənmirlər, evdə, bağlı qapı arxasında əyləşirlər! Ərim mənim kimi yaşlı qadını bağlı qapı arxasında saxlayır. Siz də qızınızı saxlayın...

- Üyüdülmüş qəhvə kimi həmişə hazır vəziyyətdə olmalıyam! Bundan başqa, yuyunmalı, daranmalı, ətirlənməli, isti, yumşaq, üzüyola olmalı və ən əsası - susmalıyam! Sadəcə, dərindən nəfəs almalı və zingildəməliyəm ki, elə bilsin onu istəyirəm!

- Xor oxuyur. Polyakca. Roma Papasının dilində. Gözlədir! Heç nə başa düşmək olmur...

- Başımın bəlasısan! Əlindən heç nə gəlmir! Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!

- Toy günü kilsədə çox xoşbəxt idim!.. Səsimi başıma alıb oxuyurdum. Yox, ucadan yox, ürəyimdə: hər şeyi ürəyimdə edirəm. Və ürəyimdə oxuyurdum ki: "Eşq məqamı gəldi! O-o, o-o, eşq məqamı gəldi!" (İntonasiyanı dəyişir, məyus olur.) Əslində, ərim yanıma gəldi!

- Hər şeyi siyasətin üstünə yıxdı... Təsəvvür edin... Qaranlıq gecə... Yataqdayıq... "Niyə məni istəmirsən?" - "Başa düş, gözəlim, bacarmıram... Həyəcanlanıram... Ölkə dağılır, inflyasiya baş alıb gedir...".

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından...   - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından... - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

10:00 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər