Ölüylə tanışlığım – Dünya ədəbiyyatından hekayə

Ölüylə tanışlığım – Dünya ədəbiyyatından hekayə
6 yanvar 2020
# 17:51

Kulis.az Xuan Rulfonun “Ölümdən sonra” hekayəsini təqdim edir.

Təzəcə ölmüşəm. Dünən. Bəlkə də sizin üçün dünən “on il əvvəl” deməkdir. Məndən ötrü isə o vaxtdan cəmi bir neçə saat ötüb. Ölüm anlayışı zamana və məkana görə dəyişmir.

Çünki ölüm - ölümdür, onda heç bir daxili ziddiyyət yoxdur, o, nə "heç nə”, nə də "nə isə” anlayışına müxalif, zidd ola bilər.

Ölülər aləmində varlığa və yoxluğa yer yoxdur. Mənimlə bağlı vaxtilə dünyada var olan hər şey əslində varlığımın bir növ transformasiyasıdır. Ətimi-sümüyümü gəmirən məzar qurdları gözlərimin və ağzımın yerindəki boşluqlarda dolaşıb-dolaşıb, əldən düşüblər, ölüblər. Buna qədər isə onlar özlərinin sonrakı nəsillərini, yenə də mənim vücudumla qidalanan qurdları qoyub gediblər. Çürüməm nəticəsində bunlar dönə-dönə, həm də ta sonsuzluğa qədər törəməklə var olacaqlar. Amma ölüm - bir inkişaf prosesi deyil və mən torpağın altında, yəni gömüldüyüm əbədi mənzildə qərar tutmuşam.

Heç nə hiss eləmirəm. Elə hey nə isə xatırlayıram. Adətən, də bu olumsuz bir yaşantı olur. Mənə məxsus olan çox az saylı xoş yaşantılar sanki ruhumla birlikdə göylərə uçublar və sonuncu göz yaşımla birgə dışarı dığırlanıblar.

Sizlərə bir məsləhət vermək istərdim: ölüm ayağında ikən çalışın ağlayın. Ən azı bircə damla yaş çıxsın gözlərinizdən. O bir cüt damla ruhunuzun keçəcəyi yolu islatmağa yetəcək. Çalışın ki, ruhunuz bədəninizdən rahat ayrılsın, yoxsa siz bir insanın bəxtinə düşə biləcək ən acı, ən çəkilməz iztirablara məhkum olarsınız.

Ruhun bədənindən qopmasına imkan verməyən bir ölüylə mən yenicə tanış olmuşam. Dediyinə görə, onu ölmədən, yəni elə diri-diri torpağa gömüblər. Odur ki, məzarda ikən canını tapşırmalı olub, içini görünməmiş nifrət, kin və çarəsizlik dalğaları bürüyüb, qan çanağına dönən gözləri dəhşətdən və fışqıran qandan tutulub. Nəticədə o, zülmət məzarda ruhuyla baş-başa qalıb.

Sözünə belə davam elədi o:

- Elə sandım ki, cəhənnəmdəyəm. Hələ həyatda ikən bizlərə haqqında söz edilən əbədi və amansız tonqala girirmiş kimi sarsıntılara qapıldım. Vücudumun hər xırda hücrəsinin necə alışdığının fərqindəydim. Sümüklərim yanıb, külə dönsələr belə, əzablarım bitmək bilmirdi. Tamamilə külə döndüyü halda bədənim öz yaşamını sürdürürdü, sanki mən heç ölməmişdim. İçimdə nə isə bir ağrı var idi və durmadan artırdı. Çoxdan yoxluğa qarışmış vücud qılıfımın dışına çıxmağa can atırdı o. Ən nəhayət, mən intizarında olduğum o rahatlığa qovuşdum, taqətsiz halda aşağılara yuvarlandım. Amma adətən ruh ya cənnətə, ya da cəhənnəmə yollanır. Bədənin əsiri olan ruh isə atəşdə yanaraq təmizlənir. Gözlərimdən yaş çıxana qədər bu əzablar davam elədi. Niyə ağladığımı da bilmirdim. Bəlkə ağrıdan? Amma həmin vaxt ərzində hər hansı ağrı-sızı hiss eləmirdim axı... Bəlkə də mənim can çəkişməm bu dərəcədə aşkar keçibmiş?! Vacib məqam odur ki, ən sonda rahatlığa qovuşdum. Mənə bunca iztirab bəxş edən ruhum, axır ki, bədənimi tərk eləyə bildi. Rahatlıq tapdım.

O adam mənə bax, bunları danışmışdı.

Bir məsləhətim də olacaq sizə. Qoy arxanızca ağlaşmasınlar, çünki sonradan bu, ölülərin əleyhinə çevrilir. Dirilərin nə vecinədir ey?.. Ölülər isə bundan əbədi əziyyət çəkirlər. Axı, ölüm - əbədidir.

Dilimizə çevirdi: Azad Yaşar

/artkaspi.az/

# 3889 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər