Əvvəl prezident idilər. Sonra... - FOTOSESSİYA

Əvvəl prezident idilər. Sonra... - FOTOSESSİYA
14 iyun 2011
# 15:00
Onları hamı prezident kimi tanıyır və elə də qəbul edirlər. Amma bəzən prezidentlik heç də son peşə olmur: o posta sahib olan şəxslər daha sonra bacardıqları işin qulpundan yapışırlar. Aralarında qaynaqçı olan da olub, hakim olan da...

Əslində, “Prezidentlərin sonrakı peşələri” adlı araşdırmamız uzun ola bilərdi. Amma o qədər çox prezident var ki... Həm də onların heç də hamısı prezidentlikdən sonra çalışmayıblar. Ad çoxluğu problemini nəzərə alıb yalnız maraqlı ola biləcək dövlət başçılarının siyahısını veririk. Buyurun tanış olun.



1.Mixail Qorbaçov – SSSR-in ilk və son prezidenti. 1985-1991-ci illərdə Sovet İttifaqını idarə edib. İttifaqdan ayrılan 15 müttəfiq respublika sonradan Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdılar. Bu səbəbdən də Qorbaçov tamamilə səlahiyyətsiz qaldı və 25 dekabr 1991-ci ildə televiziyaya çıxaraq “vəzifəmi qayğı içində, amma ümidlə buraxıram” deyərək istefa verdi. Bundan sonra təqaüdə çıxaraq müxtəlif mətbuat orqanlarında şərhçiliklə məşğul oldu (1993).

2.Lex Valensa - 29 sentyabr 1943-cü ildə dünyaya gəlib. Sosialist dönəmində rejimə müxalif olan fəhlə hərəkatının - “Solidarnost” (“Həmrəylik”) təşkilatının lideri olub. 1990-1995-ci illər arasında Polşa Respublikasına rəhbərlik edib. 1983-cü ildə Nobel Sülh Mükafatı alıb.

1995-ci ildə prezident seçkilərini çox kiçik fərqlə uduzan Valensa təqaüdə çıxdığını açıqlasa da, 1997-ci ildə Həmrəylik Seçki Hərəkatı (AWS) adlı yeni bir siyasi partiya qurdu və 1.01 faiz səs alaraq ağır məğlubiyyətə uğrayaraq siyasətdən birdəfəlik getdi. Təqaüdə çıxdıqdan sonra əvvəl işlədiyi limanlarda köhnə yoldaşları ilə köhnə peşəsini – qaynaqçılığı davam etdirdi.

3.Enriko Roberto da Nikola (1877 - 1959) İtaliya Respublikasının birinci prezidenti. Eyni zamanda, hakim, jurnalist və siyasətçi olub.

1943-cü ildə kralın Mussolinini vəzifədən azadetməsi sayəsində Da Nikola ön plana çıxdı. Kral II Umbertonun qısa hökmdarlığından sonra qurulan pespublikanın müvəqqəti prezidenti seçilib. 1947-ci ildə qəfildən səhhətindəki problemlərini bəhanə edərək istefa verib. Ancaq ertəsi gün qurucu məclis onu yenə başçısı seçərək sədaqətini göstərdi. Konstitusiya qüvvəyə minən kimi – 1 yanvar 1948-ci il tarixdə rəsmi olaraq respublika başçısı olan Enriko Da Nikola 12 may 1948-ci il tarixdə prezidentliyi Luici Einaudiyə təhvil verdi.

Prezident olduğu üçün birbaşa Senata üzv edildi və 1951-1952-ci illərdə Senat başçısı olaraq vəzifəsini yerinə yetirdi. Bundan sonra 1955-ci ildə Konstitusiya Məhkəməsinə üzv seçildi və bu məhkəmənin 1956-cı ildə başçısı oldu. 26 mart 1957-ci il tarixində o vəzifədən istefa verərək aktiv siyasətdən ayrılan Da Nikola 82 yaşında öldü.

4.Jan Kazimir Perera (1847-1907) Fransada Üçüncü Respublika dövründə qısa müddətlərlə baş nazirlik və prezidentlik edən siyasətçi və iş adamı.

Karnotun öldürülməsindən dərhal sonra 27 yyun 1894-cü ildə III Respublikanın beşinci prezidenti seçildi. Baş nazir postuna təyin etdiyi Şarl-Aleksandr Dupuya nəzarət edə bilmədiyinə və “Dreyfus hadisəsi”nin yaratdığı narazılıq dalğası səbəbindən çox keçmədən siyasilərin hədəfinə çevrildi. 6 ay davam edən prezidentlik vəzifəsindən istefa verərək (15 yanvar 1895) siyasəti buraxdı və Anzin mədənçilik şirkətinin başına keçdi.

5.Tomas Cefferson (1743-1826) 1801-1809 tarixləri arasında ABŞ-ın III Prezidenti olub.

Cefferson sənayeləşməyə qarşı çıxmış, Amerika xalqının əkinçilik ənənəsini qorumağa çalışmışdı. Avropa ilə Amerika arasındakı ticarət əlaqələrinə bəzi qadağalar qoyub. İkinci dönəm prezidentliyindən sonra üçüncü dəfə namizədliyini irəli sürməyib və qurduğu Virciniya Universitetinə qayıdıb. ABŞ-ın 50-ci müstəqillik günündə; ikinci prezident Con Adamsdan bir neçə saat əvvəl dünyasını dəyişib. Son sözləri isə “Bu gün dördümüdür?” olub.

6.Uilyam Bill Cefferson Klinton (19 avqust 1946) 1993-2001-ci illərdə ABŞ-ın 42-ci prezidenti olub.

Klinton Ağ Evdən ayrıldıqdan sonra da “William J. Clinton” Fondunu qurub və onun başına keçib. Saksafon ifaçı olan Klinton konsertlər də verir.

7.Marqaret Hilda Tetçer (13 oktyabr 1925), “Dəmir Ledi” ləqəbilə də tanınan ingilis siyasətçi, keçmiş baş nazir. Yaxın tarixdə İngiltərəyə ən çox təsir edən simalardan biridir. Həm böyük dəstək, həm də ciddi bir müxalifətlə qarşılaşıb.

1990-cı ildə vəzifəsindən istefa verdikdən qısa müddət sonra kraliça tərəfindən İngiltərənin ən böyük mükafatı olan “Ləyaqət nişanı”na layiq görülüb. Bundan əlavə, özünə və həyat yoldaşı Denis Tetçerə 1991-ci ildə baronluq titulu verilib. Bu 1965-ci ildən bu yana verilən ilk baronluq tituludur.

1992-ci ildə tütün istehsalı ilə məşğul olan nəhəng “Fillip Morris” şirkətinə ildə 250 min $ maaş və vəqfinə illik 250 min $ hədiyyə qarşılığında geosiyasət məsləhətçi olmağa razılıq verib.

1993-2000-ci illər arasında Virciniya, ABŞ-dakı Uilyam və Mari kolleclərinə rektorluq edib. Bundan əlavə, İngiltərənin yeganə özəl universiteti olan Bekhəm Universitetinin də rektoru olub. 1998-ci ildə təqaüdə çıxıb.

8.Uolter Şeel (8 iyul 1919) Almaniya Federal Respublikasının IV Prezidenti.

1974-cü ildə baş nazir Villi Brandtın casusluq qalmaqalına görə istefa verən Şeel məclis qrupları tərəfindən yenidə prezidentliyə seçildi. 5 illik prezidentliyin ardından təqaüdə çıxan Şeel 1980-1985-ci illər arasında Bilderberq Konfransının rəhbərliyini üzərinə götürüb.



Vüqar QURDQANLI
# 1382 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #