"Google" süni intellektə görə məhkəməlik oldu

"Google"  süni intellektə görə məhkəməlik oldu
16 sentyabr 2025
# 10:01

"Rolling Stone", "Billboard" və "Variety" kimi məşhur nəşrlərin sahibi olan ABŞ-nin tanınmış media şirkəti "Penske Media" "Google"a qarşı məhkəmə iddiası qaldırıb.

Kulis.az xəbər verir ki, şirkətin iddiasına görə, "Google"un süni intellekt (Aİ) əsaslı axtarış xülasələri (AI Overviews) onun məqalələrindən icazəsiz istifadə edir və nəticədə veb-saytların ziyarətçi sayı azalır.

İddia ABŞ-ın Vaşinqton şəhərində federal məhkəməyə təqdim edilib və bu, süni intellekt xülasələrinə görə "Google"a qarşı irəli sürülən ilk böyük nəşriyyat iddiası olub.

"Penske Media" bildirir ki, "Google"un yeni süni intellekt funksiyaları onların veb-saytlarına trafiki azaldır, bu da reklam və abunə gəlirlərinə mənfi təsir göstərir. Şirkət həmçinin qeyd edir ki, "Google" (Aİ) xülasələrində istifadə edə bilmədiyi hallarda, onların saytlarını axtarış nəticələrinə daxil etmir. Bu isə o deməkdir ki, "Google" ya məqalələrə görə ödəniş etməli, ya da süni intellekt sistemlərini öyrətmək üçün bu materiallardan imtina etməlidir.

Məlumata görə, hal-hazırda "Penske Media"ya aid veb-saytlara yönələn axtarış sorğularının təxminən 20%-i AI xülasələriilə əvəz olunur və bu göstəricinin daha da artacağı gözlənilir. 2024-cü ilin sonuna kimi şirkətin partnyor proqramlarından əldə etdiyi gəlirlər üçdə birdən çox azalıb.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər